Sənsiz yaşamaq
çox çətin...
Nəhayət xanım alboma bax-baxa gah kövrəlir, gah düşünür, gah da titrək barmaqları ilə şəkillərdən boylanan övladlarının çöhrələrini sığallayır, köks ötürürdü... Anidən gözlərini bayırdakı boşluqlara dikdi və dedi:
- Musa şair idi. - Bir qədər susdu, yenidən dedi: - Altmışa yaxın şeiri var. Onları toplayıb kitab halına salsam, bir borcdan çıxaram...
İçimdən ani sızıltı keçdi. Sanki içimdəki “mən” pıçıltı ilə, yalnız özünün eşidəcəyi səslə dedi:
- O borc sənin deyil, bizim hamımızın borcudur, şəhid anası. O şeirləri kitab halına salmaq şəhid qardaşımıza verəcəyimiz ən doğru hesabat olar...
Nəhayət xanım qarşıma
çöhrəsi solmuş bir dəftər vərəqi qoydu.
Orada “Ana” şeiri əks olunurdu. Şeir
belə idi:
Dünyanın ən gözəl
varlığı - Ana,
Mən sənə
möhtacam hər zaman, hər an.
Sənsiz
yaşamağım çox
çətin olar,
Səni çox sevirəm, ey gözəl ana.
İlk dəfə sən verdin mənə sevgini,
Yerişi,
gülüşü, kədər,
sevinci,
Dil açdım, söz dedim mən inci-inci,
Səni çox sevirəm, ey gözəl ana.
Xətrinə dəymişəm, bağışla
məni,
Saçların ağarıb buludlar
kimi,
Bir damla göz yaşına qurbanam sənin,
Səni çox sevirəm, ey gözəl ana.
Hər
“Ana” deyərkən ürəyim
əsdi,
Yolumu bir anlıq qaranlıq kəsdi,
Sənə qovuşmaqçun qüvvətim
bəsdi,
Səni çox sevirəm, ey gözəl ana.
Sənin
nəfəsindi məni
yaşadan,
Allah yanımızdan almasın
səni.
Öyüd-nəsihəti sən verdin mənə,
Səni çox sevirəm, ey gözəl ana.
Bu şeirdə bir
şəhid şairin
ana sevgisi, ürək çırpıntıları,
kövrək ruhu əks olunur. Anasını
qiblə kimi xarakterizə edən Musa “Səni çox sevirəm, ey gözəl ana” fikri ilə sanki and içir...
...O, bu andı illər
sonra Vətən uğrundakı şücaəti
ilə təsdiq etdi.
***
Nəhayət xanımın qarşıma
qoyduğu vərəqlərdə
daha bir neçə poetik nümunə sıralanıb. Musanın illərdir
xınalı çiçəklər
kimi (bir-bir) ipə-sapa keçirdiyi bu şeirlərin əksərində böyük
həyat eşqi tapıram. (Sonra
da) düşünürəm
ki, görəsən,
o, bu böyüklükdə
təpəri (o qədər
də böyük olmayan) vücuduna necə sığışdırıb?
Musanın poetik duyğusu yüksək amal, məslək, əqidə,
yurd, Vətən, din və inanc uğrunda
təmənnasız çarpışmaq
fəhmidir. O, bir növ, söz uğrunda savaşın cəsur döyüşçüsüdür.
O, həyatın mübarizələrinə
yaxından şahidlik
edir, prosesləri dəqiq izləyir. Vətən,
torpaq, yer-yurd, el-oba şərəfinin nə olduğunu bilir, hər kəsi onun fəhmi qarşısında
ədalətli, nəhayətdə,
Vətən olmağa
səsləyir. Bu prizmadan yanaşaraq deyə bilərəm ki, Musa üçün söz, vəslinə yetə bildiyi poeziyanın ən yüksək mərtəbəsi,
başqa bir rakursda da Vətəndir.
Maraq doğuran
haldır ki, Musanın şeirlərində
milli mənlik, qürur, milli mənsubiyyət sətiraltı
deyil, aşkardır. O, yaşadığı
az həyatı
da milli sanır, hadisələrə
də milli ruhla nüfuz edir. Elə nümunə kimi verdiyim “Ana” şeirində
də insanı təqdir edən poetik vəsfin ənənəvi tərzi
ilə qabaq-qənşərəm.
Musa üçün eşq də Vətən qədər üstün məqamdır,
onun ləngərində
duruş gətirə
bilmək hər kəsə müəssər
deyil. “Ana” şeirində
pərvanə ola bilmək şamın hansı rakursda əriyə bilmək sevdasını anlamaq kəsbi verir.
Əlbəttə, bu cür sətiraltı
zəminlər oxucunu həm düşündürür,
həm ona doğru-düzgün yaşamağı
öyrədir.
Musanın elə şeiri var ki, dumanı
qatıdır, leysanı-dolusu
bir ölüm anı qədər üzücüdür, fəqət
bir yaz yağışı
kimi oxucuya bahar təravəti daddırır, duyğularını
məmnun qoyur. Bu şeirlərin
sehri oxucuda bir “Vətən” anlayışı yaradır...
Sən qalibsən, sən, ay şəhid!
Həsrət köçüb, lal
an bitib,
Düşmən adlı yalan bitib...
Qarabağda talan bitib,
Vətən necə şən,
ay şəhid,
Sən qalibsən, sən, ay şəhid!
Kibrit islaq, bu şam
azad,
Bir qorxusuz quşam, azad.
Laçın məmnun, Şuşam
azad,
Duaçınam mən, ay şəhid,
Sən qalibsən, sən, ay şəhid!
Dərd,
atdığın oxu verir,
Sınayıbdı çoxu, verir.
Cənnət kimi qoxu verir
Tabutunda
çən, ay şəhid,
Sən qalibsən, sən, ay şəhid!
Əzrayıla hayanmısan?
Vətən adlı qayanmısan?
Ucalarda dayanmısan
Bayrağınla tən, ay şəhid,
Sən qalibsən, sən, ay şəhid!
“Şəhidlər bulağı”
və xatirə lövhəsinin açılışı
25 sentyabr 2021-ci il tarixində Mingəçevirdə şəhid qardaşlar Musa və Tural Həsənovların xatirə lövhəsi və adlarını daşıyan ikinci “Şəhidlər bulağı”nın açılış mərasimi olub. Açılış mərasimindən əvvəl Mingəçevir şəhər Şəhidlər xiyabanında şəhid qardaşların məzarları ziyarət edilib. Ziyarətdə şəhid qardaşların ailə üzvləri, yaxınları, Bakı, Bərdə, Goranboy, Mingəçevir, Şəmkir, Kürdəmir, Yevlax, Gəncə, Şəmkir və digər bölgələrdən olan şəhid ailələri, şəhid anaları, qazilər, din xadimləri, ilahiyyatçılar, şəhər sakinləri və digərləri iştirak ediblər. Ziyarət zamanı şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub. Ziyarətdən sonra şəhid qardaşların valideynlərinin yaşadığı Günəşli yaşayış massivində “Şəhidlər bulağı” və xatirə lövhəsinin açılışı mərasimi başlayıb. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, sonra çıxışlara start verilib.
Daha sonra “Şəhidlər bulağı” və xatirə lövhəsinin üzərindən örpək götürülüb, açılış olub, məktəblilərin ifasında şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim edilib.
Mərasimdə şəhid qardaşların valideynləri Tapdıq və Nəhayət Həsənovlara söz verilib. Onlar bir daha övladları ilə fəxr etdiklərini, qürur duyduqlarını deyib, həmçinin, bu gün onları tək buraxmadıqları, dəstək olduqları üçün başda şəhid ailələri olmaqla, bütün ziyarət və mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidlərin adına ehsan süfrəsi açılıb.
***
Günəşli qəsəbəsinin yuxarı səmtində - şəhid qardaşların böyüdükləri evin qarşısında məni Nəhayət xanım tək qarşıladı. Avtobusda da eşitmişdim ki, həyat yoldaşı Tapdıq Həsənov vəfat edib. Ağır ləngərlə Nəhayət xanımın qarşısından keçib həyətə daxil oldum. Divarlardan boylanan acı təəssüratın hənirində bişdim, gözlərimi hüzn acıları ilə doldurub dedim:
- Allah Tapdıq kişiyə rəhmət eləsin! Bu evdə indi üç müqəddəs insanın ruhu dolaşır...
Nəhayət xanım başı ilə minnətdarlıq etdi və acı-acı sızıldadı...
(Ardı var)
Hikmət Məlikzadə
Bakı Xəbər .- 2024.- 13-15
yanvar (¹ 6).- S.14.