Zəngəzur mahalında Kurud mədrəsəsi
Məlumat üçün qeyd edim ki, hələ XIX əsrin sonlarında Zəngəzur mahalının Kurud kəndində mədrəsə fəaliyyət göstərmişdir.
Mətləbə keçməzdən əvvəl oxucularımızın yaddaşını təzələmək naminə mədrəsə barədə qısaca xatırlatma:
Mədrəsə - ərəb sözü olub “dərs oxumaq, dərs deyilən yer” deməkdir. İslamın yayıldığı ilk dövrlərdə ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcədə böyük məscidlərdə daima məktəb və ya mühazirə kursları mövcud idi ki, burada da dini və dünyəvi elmlər tədris olunurdu. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər tarixinə nəzər saldıqda görərik ki, Zəngəzur mahalının Kurud kəndində 1880-ci ildə Molla Əbdurrəhimin açdığı mədrəsə bu tip tədris mərkəzi idi.
1038-ci ildə Nişapurda öz dövlətlərini qurmuş Səlcuqlar tərəfindən yaradılmış mədrəsə təhsil sistemi daha sonra Nişapurda, Mərvdə, Xorasanda və oradan da dovlətin qərb vilayətlərinə yayılmışdır. Mədrəsələr yalnız inzibati idarəetmə sistemi üçün kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Lakin gələcək inzibatçılar öz fəaliyyətləri üçün vacib olan elmləri də öyrənirdilər. Bəzi tətqiqatçıların fikrincə, mədrəsədə Qazı vəzifəsi hazırlanırdı ki, bu da dini xarakter daşıyırdı və məhkəmələrdə şəriət qanunlarına istinad edərək fətvalar verib hakimlik edirdilər. C.Maqdisi və K.Klauzer kimi alimlər hesab edirdilər ki, mədrəsədə təhsil almış şəxslər fiqhdə yəni qanunvericilik və hüquqşünaslıqda mükəmməl məlumatlı olan şəxs hesab olunurdu. O məhkəmədə Qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi işləyə bilər və tədris hissəsində başçılıq edə bilərdi. Bu baxımdan bütün müsəlman dünyasının tədris mərkəzi sayılan Bağdad Nizamiyə mədrəsəsi dövrün tələbi idi. Səlcuq sultanı Alp Arslanın hakimiyyəti illərində onun vəziri olmuş Nizamülmülkün təşəbbüsü ilə 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrin ilk universiteti sayılır. Mədrəsə elmi inkişaf etdirmək üçün açılmışdır ki, sonralar bütün islam alimlərini özündə birləşdirmiş bu mədrəsədə ildə 6000 tələbə təhsil alırdı.
Bu tələbələrdən biri də 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmış Molla Hacıbaba oğlu Əbdürrəhim olub. Qeyd etmək yerinə düşər ki, Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Molla Əbdürrəhim də 1880-ci ildə Bağdad da Ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq orada mədrəsə açıb. (Mənbə: S.Qarayev “ Qazangöl həsrəti səh.201 Bakı-2002-ci il)
Molla Əbdürrəhimin mədrəsəsində təhsil almış tələbələrin bizə məlum olan qisminin siyahısını təqdim edirik:
1) Molla Əbdülsəlam (qardaşı) – Kurud kəndi;
2) Molla Ziyad – Kurud kəndi;
3) Molla Həsənxan – Kirs kəndi;
4) Molla Dosdu – Çiriş kəndi;
5) Molla Alı Rzaqulu oğlu- Kurud kəndi;
6) Molla Hacı Hacıyev-Kurud kəndi;
7) Ziyəddin Hacıyev-Kurud kəndi;
8) Canıbaba Hacıyev- Kurud kəndi;
9) Əminə Hacıyeva-Kurud kəndi;
10) Maral Hacıyeva-Kurud kəndi;
11) Molla Pəpiş (əsl adı Həsənov İsrafil Hacı Səməd oğlu)-Qubadlı rayonunun Qiyaslı kəndi.
12) İbiş Nəzərəliyev(Sovet dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru olub)-Qubadlı rayonunun Göyyal kəndi.
Atam və əmilərim bizə söyləyirdi ki, babanız Molla Hacıbaba Pirdavdan kəndində bacısı Səlbigildə qonaq olarkən bir gün mal növbəsinə getməli olur və çöldə kənd uşaqları ilə savaşıb döyülür. Bacısı Səlbi nənə qardaşını Qazının yanına aparıb şikayət edir ki, qardaşımı kənd uşaqları döyüblər.
Qazı
babamdan soruşur:
-Bala kimin oğlusan?
-Cavab: Molla Allahyarın.
Cavabı
eşidən Qazı Hacıbabaya bir şapalaq vurub deyir: Gərək səni elə vurardılar ki, gözün çıxardı.
Molla Allahyar ölüb deyə,- çoban olacaqsan? Niyə Dədə-babalarının təhsil yolunu yarımçıq qoymusan?!
Rəhmətlik Səlbi nənə bu sözdən sınaraq pul-para toplayıb qardaşını
Təbrizə oxumağa
göndərir. Qeyd etmək yerinə
düşər ki, Səlbi nənənin övladları 1918-1920-ci illərdə
Pirdavdan kəndi ermənilər tərəfindən
dağıdılıb əhalisi
qırılanda, Mustafa kimi
igidin köməkliyi ilə, Ordubada-Qoruqlar, Kələki, Bis, Əbrəqunus kəndlərinə
pənah aparıblar.
Mən 1971-ci ildə
Culfa rayonunda yaşayan bibimoğlu Məhəmməd İmaməliyev
ilə Naxçıvan
Muxtar Respublika Prokurorluğunda yüksək
vəzifə tutan İbiş Nəzərəliyevin
evinə getdik. Cay süfrəsində
tanışlıqdan sonra
biləndə ki, mən Hacının oğluyam, dedi- sənin atanın adı Hacıbabadır. Əbdürrəhim baba öz atasının adını
oğluna qoymuşdu.
İbiş müəliim
qohumluq və kimliyimiz haqqında xeyli söhbət eləyəndən sonra dedi ki, Molla
Əbdürrəhim- sizin
babanız bizə həftədə 3 dəfə
dərs keçirdi. Hacıbaba, Canıbaba, Ziyəddin, Əminə, Maral, Alı, Əsəd, Davud, Pəpiş, Həsənxan və.s yadımdan çıxan tələbələr də
vardı. Hər cümə
namazından sonra yarış keçirərdi.
Molla Pəpiş ilə Alı hamımızdan əzbərçi və savadlı idilər. Hər ikinci gün bizim dərsimiz hədrə-cavablıq yəni
hazır cavablıq dərsi idi. Mərhum Molla Əbdürrəhim mütəmadi
olaraq Gığıdan
Molla Fərzalını,
Molla Gəncalını
Kuruda-mədrəsəyə dəvət edib bizi imtahana çəkərdi...
Əslində sizin soyadınız da Hacıyev yox, Əfəndiyev olmalıdır. Çünkü siz Əfəndi
uşağı gedirsiniz.
Canılı tayfası-Əfəndilər yəni oxumuş, təhsilli adamlar.
Bu məqamda hörmətli oxucuların diqqətini Əfəndi sözünün
mahiyyətinə yönəltmək
istərdim;
Əfəndi-Sünnü din alimlərinə verilmiş
xüsusi tituldur. Əfəndi fiqh elmini mükəmməl
bilən, Qazı rütbəsi almış,
şəriət məhkəmələrini
aparan ilahiyyat alimlərinə deyilir.
İslami fətvaların
verilməsində səlahiyyəti
olan sünnü alimlərinə Əfəndi
titulu verilirdi ki, bizim babalarımız
bu titula laiq olduğu üçün el-oba arasında bizlərə Əfəndilər, Əfəndi
uşağı deyə,- müraciət edirdilər.
Arxiv sənədlərinə əsasən
1853-cü ildə Kurud
kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan
MTN-nin iyun 1993-cü il tarixli
11/14-H631 saylı arayışında
babamızın soyadı
Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba
oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Höküməti əleyhinə
fəaliyyətdə ittiham
olunaraq üçlüyün
qərarı ilə güllələnmiş, məscidi
mədrəsəsi isə
sökülüb dağıdılmışdır.
Beləliklə sənədlərə baxdıqda
görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən
Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin
tətbiqi ilə keçirilmiş siyahıyaalma
zamanı babalarımızın
adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri
qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış
Türkmənçay müqaviləsi
ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd
olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları
da, o cümlədən
Zəngəzur Rusiyanın
tərkibinə qatıldı.
1801-ci ildən Gürcüstanı işğal
etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi
sistemini həyata keçirməyə başladı.
Belə ki, Zəngəzurda da yeni iqdisadi
layihə 1826-1828 Rusiya-İran
müharibəsi başa
çatdıqdan sonra
maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən
həyata keçirildi.
1830-cu ildən Zəngəzur mahalında
komeral təsvir aparılır.
Kimya üzrə
fəlsəfə doktoru
Nazir Əhmədlinin
“Zəngəzur mahalının
komeral təsviri”
1832-1833 -cü illər
kitabında Kurud mədrəsəsinin qurucuları
haqqında məlumata
rast gəlirik. Belə ki,
kitabın 277-ci səhifəsində
Gığılı obası
haqda yazılır.
3978 nomrəli arxiv işində Abdulla Canı
oğlu 35 yaşında,
1797-ci il doğumlu, oğlu Allahverdi 6 yaşında, 3979 nömrəli
arxiv vərəqində
yazılmışdır-Molla Allahyar Canı oğlu 58 yaşında-1774-cü il doğumlu. Hər ikisi gümüş pulla 2 rubl və
məhsulun 1/5 hissəsini
mal-cahat olaraq ödəyiblər. Babalarımın demiyyə yararlı torpağı və dəyirmanı var idi. Həmin müəllifin kitabının
403-ü səhifəsində qeyd olunur ki,
Kurud kəndi elmin inkişafı və fəaliyyətində
dövlətə xidmətində
mollaların xüsusi
rolu olmuşdur.
54 nömrəli arxiv işində göstərilir
ki, Molla Hacıbaba Molla Allahyar oğlu- 1834-cü il təvəllüdlü.
Qeyd edək ki, yoxlamanı
həyata keçirtdi
Zəngəzur qəza
rəisi Artunov.
(bax N.Əhmədli
Zəngəzur mahalının
komeral təsviri səhifə 277. Bakı 2021 )
Arxiv materiallarından aydın olur ki, Nəcəf
və Bağdad şəhərləində təhsil
almaqlarına baxmayaraq
babalarımız Zəngəzur
mahalı Kurud kəndinin daim yaşayan sakinləri olaraq kənddə hökumətə vergi vermiş, Mədrəsə
açmış, ilahiyyatçı
alimlər kimi özlərinə sünnü
alimlərinə verilən
Əfəndilər titulunu
qazanmışlar.
Bu faktlar bir daha sübut edir ki, Zəngəzur
mahalında XIX əsrin
80-ci illərindən ilk təhsil
ocaqlarından biri kimi Kurud mədrəsəsi
fəaliyyət göstərmişdir.
Səxavət
HACIYEV
Bakı Xəbər 2024.- 30 yanvar (¹ 17).- S.15.