“Böyük
Qayıdış” özü ilə
yüzlərlə sahibkarlıq subyektini də
hərəkətə gətirir...
İşğaldan azad edilmiş ərazilərə, kəndlərə, şəhərlərə qayıdış prosesinin getməsi, əhalinin qayıdıb öz yurd-yuvalarında yaşamasının təmin edilməsi dövlətin ali məqsədlərindən biri olaraq həyata keçirilir.
Ermənilər tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır, tikinti-bərpa işləri başa çatan yerlərdə əhalinin məskunlaşdırılması gerçəkləşdirilir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.
Onu da deyək ki, azad ərazilərə qayıdış prosesi intensivləşib, geniş miqyas alıb, bu proses sürətlə gedir. Qarabağ iqtisadi rayonunda, eləcə də Şərqi Zəngəzurda məskunlaşdırma prosesi nəticəsində keçmiş məcburi köçkünlər öz evlərinin ocağını yandırırlar. Əhalinin məskunlaşdığı ərazilərdə bütün infrastruktur mövcuddur, məktəb, səhiyyə müəssisəsi, bağça, ticarət məkanları və sair mövcuddur. Burda əhalinin məşğulluğunun təmin olunması üçün sürətli işlər aparılır. Onu da deyək ki, yerli və xarici sahibkarlar azad ərazilərə böyük maraq göstərir və burda sahibkarlıq subyektləri də geniş səviyyədə fəaliyyət göstərir.
Azad ərazilərə sahibkarların marağı çox böyükdür…
2025-ci ilin 1 yanvar tarixinə aid olan məlumata görə, işğaldan azad olunmuş ərazilərdə 100,039 sahibkarlıq subyekti qeydə alınıb.
Dövlət Statistika Komitəsindən mətbuata bildirilirdi ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artım təşkil edir. İqtisadi rayonlar üzrə məlumatlar belə olub:
Qarabağ iqtisadi rayonu:
Mikro sahibkarlıq subyektləri: 3,984 (artım 7,3 faiz)
Kiçik sahibkarlıq subyektləri: 197 (artım 8,24 faiz)
Orta sahibkarlıq subyektləri: 87 (artım 22,5 faiz)
İri sahibkarlıq subyektləri: 11 (artım 83 faiz)
Fərdi sahibkarlar: 88,505 (artım 5 faiz)
Şərqi Zəngəzur iqtisadi rayonu:
Mikro sahibkarlıq subyektləri: 882 (artım 22 faiz)
Kiçik sahibkarlıq subyektləri: 51 (artım 15,9 faiz)
Orta sahibkarlıq subyektləri: 23 (artım 2,3 dəfə)
İri sahibkarlıq subyektləri: 5 (artım 5 dəfə)
Fərdi sahibkarlar: 6,294 (artım 28,5 faiz)
Bu yanvarın 1-nə qədər olan məlumat idi.
Görək yeni nə işlər görülüb?
Xankəndi, Ağdərə və
Xocalıya 30 milyon manat investisiya qoyulub
Xankəndi, Ağdərə, Xocalıya
439 sahibkarlıq subyekti
30 milyon manat investisiya qoyub.
Bunu Xankəndi
şəhərində, Xocalı
və Ağdərə
rayonlarında Azərbaycan
Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin
Xankəndiyə səfəri
çərçivəsində çıxışı zamanı
deyib.
E.Yusubov
bildirib ki, hazırda yerli və xarici investorlar üçün
münbit şərait
yaradılır: "Bu ərazilərdə
3 mindən artıq şəxs il sonuna kimi işlə
təmin olunacaq".
Xüsusi
nümayəndə əlavə
edib ki, eyni zamanda, Xankəndi
Hava Limanının inşası davam edir: "Həmçinin,
burada yeni müasir avtomobil, dəmiryolu çəkilir,
müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək
alternativ enerjidən istifadə genişləndirilir,
işğal dövründə
qırılmış meşələrin
bərpası istiqamətində
işlər aparılır".
O qeyd edib ki,
Xankəndinin yeni baş planı da hazırlanır: "Bu
ərazilərdə müasir
infrastruktur işləri
həyata keçiriləcək.
Minatəmizləmə işləri də
sürətlə sistemli
şəkildə davam
etdirilir. İşğal dövründə dağıdılmış
kəndlərimiz bərpa
olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində
12 min insanın məskunlaşması
təmin edilib. Ballıca kəndinə
136 ailə, Ağdərə
rayonunun Həsənriz
kəndinə 70 ailə
olmaqla 238 sakin, Suqovuşan kəndinə
180 ailə olmaqla 592 sakin köçürülüb.
2025-ci ilin sonuna
kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə
tutulan 24 kəndin 8-də
layihələndirmə, 16-da bərpa-quruculuq işləri
həyata keçirilir".
“Bu çox gözəl bir tendensiyadır”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri
Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində
“Azərbaycan hökumətinin
də arzusudur ki, işğaldan azad edilmiş ərazilərə sahibkarlarımız
maraq göstərsinlər,
gedib orda biznes qursunlar. Yalnız yerli
sahibkarlar deyil, o cümlədən də xarici sahibkarların, investorların da bu əraziyə maraq göstərməsi Azərbaycanın xeyrinədir.
İşğaldan azad olunmuş
ərazilərdə bu
gün fəaliyyət
göstərən özəl
şirkətlərin demək
olar ki, 90 faizi dövlət büdcəsindən ayrılan
vəsaitlə işləyir.
Tutaq ki, hansısa kəndin bərpa edilməsi, tikinti üçün dövlət vəsait ayırır və həmin layihə tendere çıxarılır,
tendered hansısa şirkət
udur və gedib öz layihəsini
azad ərazilərdə
icra edir”-deyə bildirdi.
A.Nəsirlinin sözlərinə görə,
amma biznes strukturlarının bu bölgəyə maraq göstərməsi, gedib orda iş qurması
həmin ərazinin bərpasında biznes strukturunun iştirakı deməkdir. “Birincisi,
özü biznes quraraq orda fəaliyyətə
başlayacaq, orda məskunlaşan əhalinin
aməşğulluğuna töhfə
verəcək. Digər
tərəfdən, ola bilsin onlar öz fəaliyyətləri
ilə bağlı həmin ərazilərə
mütəxəssislər gətirirlər
və o mütəxəssislərin
də yaşayış
yerinə tələbatı
artır. Məsələn,
100 azad ərazilərə
100 şirkət getsə
və hər şirkət də kənardan 10 nəfər mütəxəssis dəvət
edirsə artıq 1000
yaşayış mənzilinə
tələbat yaranır.
Tələbat yaranan kimi dərhal MTK-lar gedib orda relyefə
uyğun yaşayış
binaları tikib onlara satır. Bununlada həmin ərazilərdə
məskunlaşma prosesi
gedir. Əslində, mexanizm bundan
ibarət olmalıdır.
Azərbaycan hökuməti o ərazilərdə
yol, su, işıq, internet, kanalizasiya
sistemi çəkməlidir,
ona qədər də əraziləri minadan təmizləməlidir
və bu ərazinin iqtisadi potensialını müəyyənləşdirib
reklam etməlidir ki, şirkətlər gəlib burda öz biznesini qursun. Həmin biznesi qurmaqla da ərazidə məskunlaşmaya, ərazidə
hökumətin məskunalşdırdığı
əhalinin işlə
təmin olunmasına töhfə versin. Yəni bu tendensiya çox
gözəl bir tendensiyadır. Bu tendensiya
davam etdirilməldir ki, biznes hökumətin
bu ərazilərdə
məskunlaşdırma siyasətinə
dəstək versin” - deyə A.Nəsirli qeyd etdi.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.- 22 aprel
(¹66).- S.8.