Oljas Süleymenov Azərbaycana mesaj
göndərdi - “gec tez
Turan olacaq”...
Fərman Qarabağlı: “Oljas Süleymenov Turan birliyini İlham
Əliyevin və Ərdoğanın yaradacağını,
quracağını dedi”
Keçən əsrin 60-cı illərdə qələmə aldığı “Az i Ya” əsəri ilə türk dünyasının qəlbində özünə abidə ucaldan görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovun Azərbaycanda çoxlu dostları var. Bu dostlar arasında görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimlərinin də, xalq yazıçısı və şairlərinin də, dövlət adamlarının da, sadə azərbaycanlıların da olduğu diqqəti çəkir.
Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, uzun illər ticarətlə məşğul olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı da (Süleymanov) Oljas Süleymenov dostlarından biridir. Maraqlıdır, elə deyilmi?
Fərman Qarabağlı bu günlərdə türk dünyasının böyük şairi, ictimai xadimi Oljas Süleymenovla görüşmək üçün onun yaşadığı Almatı şəhərinə gedib.
F.Qarabağlı ilə O. Süleymenovu nə bağlayır, onlar necə dost olublar? O, böyük ədəbiyyat xadimi ilə görüşmək üçün niyə Almatıya gedib? İki dost arasında görüşdə nələrdən danışılıb? Bütün bunları Fərman Qarabağlı “Bakı-Xəbər”ə danışdı.
“Xəstə olduğunu eşitdim və bir günlüyə də olsa Almatıya gedib Oljas Süleymenovla görüşüb Bakıya qayıtdım”
“Böyük türk Oljas Süleymenova bu böyük sevgi, böyük rəğbər məndə hardan yaranıb? Sovet dövründə Moskvada “ Ko mne, Muxtar” adlı bir film çəkilmişdi. Filmdə itə Muxtar adını vermişdilər. Oljas bunu türk, islam dünyasına təhqir olaraq qəbul etdi və özünün “Az i Ya” adlı möhtəşəm əsərini yazdı. Bununla sübut etdi ki, türk mədəniyyəti rus mədəniyyətindən çox qədimdir. Ruslara yazdı ku, sizin XII əsrdə “İqor Polku haqqında dastan”ınız olub, ondan əvvəl heç nəyiniz olmayıb.
Xalq şairi Bəxtiyar Vahabzadə televiziyaya müsahibəsində deyirdi ki, 20 yanvar 1990-cı ildə Sovet qoşunları Bakıya hücum edib dinc əhaliyi qıranda mən bir çox dünya şöhrətli yazarları-Çingiz Aytmatovu, Rəsul Həmzətovu, Oljas Süleymenovu və başqalarını Bakıya çağırdım, heç biri gəlmədi, təkcə Oljas Süleymenov gəldi. O dövrdə Oljas Moskvada qurultayda Azərbaycanın xeyirinə çıxış edərək bizi müdafiə edib.
1995-ci ildə Saatlı rayonundan olan dostum Əliağa ilə Moskva şəhərində Kremlin yaxınlığındakı “Moskva” otelində qalırdıq. Bir gün təsadüfən otelin girişində Oljas Süleymenovla rastlaşdıq, Əliağa və mən Oljası böyük məhəbbətlə qucaqladıq. Ona Bakıdan gəldiyimizi dedik və o, da bizi böyük sevincə, hərarətlə qarşıladı. Elə həmin gündən də dostluğumuzun binası qoyuldu və indiyə qədər də davam edir. Sonra Oljasın dostları ilə də tanış olub dostlaşdıq. Baltabəylə və başqa dostları ilə indi də dostluq əlaqələrimiz davam edir. Baltabəy akademik Xoşbəxt Yusifzadə ilə möhkəm dost olublar. O, da neft geoloqudur, Almatıda universitet professordur, həm də yüksək dövlət vəzifələrində işləyib. Eyni zamanda iş adamıdır. Aprelin 15-də Baltabəy mənə zəng edib dedi ki, Fərman, Oljas xəstədir, xəstəxanada yatır, onun yanına getmişdim, sənin haqqında danışdıq. Oljasın xəstə olduğunu eşidən kimi ona baş çəkmək üçün təyyarəyə bilet alıb Almatıya getdim. İlk dəfə idi Almatıda olurdum, çox gözəl şəhərdir. Burda çoxlu alma ağacları olduğu üçün şəhərin adı Almatıdır. O şəhərdə alma ağacı çoxdur, baxırsan, şəhər elə bil alma meşəsinin içindədir. Mən təbii gözəlliyi olan şəhərlərdə olmuşam, gördüyüm şəhərlər içərisində yay-qış başı qarlı Tyanşan dağlarının ətəyində, meşənin içərisində yerləşən Almatı kimi gözəl şəhər görməmişəm.
Nəhayət, Oljasla xəstəxanada görüşdük və xəstəxanının həyətində oturub söhbət etdik, Azərbaycanla maraqlandı, burdakı dostlarını soruşdu. Qarabağ işğaldan azad ediləndə bizi çox dəstəklədiyinə, daim yanımızda olduğuna görə ona minnətdarlıq etdim. Oljas mənə “bu mənim borcum idi. Azərbaycan da, Qazaxıstan da türk torpağıdır, mənə əzizdir” cavabını verdi. Çox məsələlərdən danışdıq. Oljas daha çox Azərbaycan Prezidenti İlham Əliyevdən və Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğandan danışdı, onların türk birliyi üçün gördüyü böyük işləri xüsusi vurğuladı. Oljas Süleymenov dedi ki, İlham Əliyev və Ərdoğan türk dünyasının fəxridir, ikisi də Turan birliyini yaradacaqlar. Oljasdan soruşdum ki, nə üçün dörd türk dövləti (Mərkəzi Asiyanın dörd türk dövlətini-Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı və Qırğızıstanı nəzərdə tutur-İ.S) Avropa İttifaqının 12 milyard avrosuna görə Şimali Kipri dəstəkləmədi, yunan Kiprində səfirlik açdılar? “12 milyard avro nədir ki, dörd türk dövləti üçün böyük para deyil”-deyə Oljas bildirdi və gülə-gülə əlavə etdi ki, o paranı mən də taparam, burda əsas faktor Rusiyadır, Rusiya istəmir ki, Turan birliyi yaradılsın. Oljas Süleymenov əlavə etdi ki, İlham Əliyev də, Ərdoğan da çox keçməz Rusiyanın razılığını alacaqlar, mən buna inanıram, yaxın illərdə Turan birliyi qurulcaq, bunu da İlham Əliyev və Ərdoğan edəcək.
Almatıda ona Oljas Omaroviç deyə müraciət edirlər. Oljas Omaroviç dedi ki, on ildir “Həqiqət ana” əsəri üzərində işləyirəm, əsəri bitirmişəm, yaxın günlərdə çapa verəcəyəm. Bildirdi ki, Monqoustanda 3 min il əvvələ aid Oğuz-türk abidələri var, xoşbəxlikdən monqollar o abidələri məhv etməyiblər. Bu ilin may ayının 18-də “Az i Ya” əsərinin nəşr olunmasının 50 illiyi və özünün yubileyi keçiriləcək. O, yubiley tədbirinə məni də dəvət etdi, mən də söz söz verdim ki, mütləq gəlib iştirak edəcəyəm”.
F.Qarabağlı dedi ki, Oljas Süleymenovla bir neçə dəfə görüşüb, Bakıda da görüşləri olub, amma bu dəfəki görüş tamam başqa bir əhəmiyyət daşıyır. “Mən xəstəxanaya gedəndə onu həyətə düşürdülər. Oljas məni görəndə kövrəldi, gözü yaşardı, qucaqlaşdıq. Hayıf ki, arabada əyləşmək məcburiyyətində qalıb, bu məni çox üzdü. O nəhənglikdə türk oğlunu həmişə ayaqda görmək çox xoş olardı. Oljas dövlət qayğısı ilə tam əhatə olunub, ona ayrıca mühafizəçi veriblər. Mühafizəçisi boks üzrə üç dəfə dünya çempionu, iki dəfə Olimpiya çempionu Serik Kərimbekoviç Kunanbayevdir. Bir yerdə şəklimiz də var. Xəstə olduğunu eşitdim və bir günlüyə də olsa Almatıya gedib Oljas Süleymenovla görüşüb Bakıya qayıtdım. Bir xeyli söhbət etdik, böyük təəssüratlarım var. Getməsəydim özümü heç vaxt bağışlamazdım…
Oljas dostluğu
yüksək qiymətləndirən insandır. Əlbəttə,
dost ağır gündə sınanar. Mənim
məhz onu görmək üçün
Almatıya uçduğumu çox yüksək qarşıladı. O, böyük
türk oğludur. Dost dostu bu gündə yada salar. Əhval-ruhiyyəsi çox yaşı
idi, yubleyinə hazırlaşır. “Az i Ya”
1975-ci ildə çap
olunub”.
F.Qarabağlı bildirdi ki, Oljas
Süleymenov Azərbaycana,
Bakıda qırılmaz
tellərlə bağlı
olan bir türk oğludur və o həmişə Azərbaycanı müdafiə
edib, təəssübümüzü
çəkib. “Onu da deyim ki,
Oljas Süleymenov ümummilli lider Heydər Əliyevin
Bakıda keçirilən 80 və
90 illik yibileylərində
iştirak edib. Azərbaycana, türk dünyasına çox bağlı adamdır. Bu dəfəki
görüşümüzdə dediyim ki, İlham
Əliyevdən və
Ərdoğandan danışdı,
hər iksini çox bəyəndiyini və türk dünyası üçün
böyük dəyərə
malik olduqlarını
dedi. Oljas Süleymenov Turan birliyini İlham Əliyevin və Ərdoğanın yaradacağını,
quracağını dedi.
O, Qasım-Comərd Tokayevi
də çox təriflədi, barəsində
çox müsbət
fikirlər dedi və əlavə etdi ki, Kipr
məsələsində Qazaxıstan
prezidentinin və o biri türk respublikalarının rəhbərlərinin
heç bir suçu yoxdur, burda Rusiya faktoru
var, o da aradan qaldırılacaq. Oljas türk dünyasının
gələcəyinə çox
böyük ümidlərlə
baxır və inanır ki, mütləq Turan birliyi yaranacaq, türk birliyi dünyada böyük bir güc kimi
özünü təsdiqləyəcək”
- deyə F.Qarabağlı
bildirdi.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.- 26-28 aprel (¹70).- S.15.