Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

 

 

Müasir dövrdə regionların sosial-iqtisadi inkişafı hər bir ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Lakin bir çox ölkələrdə, regionlarda yerlərinin azlığı ciddi problemlərdən biri olaraq qalır.

 

Bu vəziyyət həm əhalinin sosial rifahına mənfi təsir göstərir həm də miqrasiya proseslərini sürətləndirir. Azərbaycanda son illərdə həyata keçirilən uğurlu iqtisadi islahatlar və dövlət proqramları regionların inkişafına təkan verib. İnfrastrukturun modernləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və yeni investisiya layihələri bölgələrdə sosial rifahı yüksəldib, həyat səviyyəsini nisbətən yaxşılaşdırıb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sosial təşəbbüslər regionların inkişafına yeni imkanlar açır.

 

Regionların sosial-iqtisadi inkişafı prioritet istiqamətlərdən biridir

 

Əsas hədəflərdən biri regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Ölkəmizin iqtisadiyyatı gücləndikcə, bu sahəyə daha çox diqqət vəsait ayrılır. Bütün bunlarla yanaşı, ölkədə demək olar ki, bütün sahələrdə köklü islahatlar aparılır iqtisadiyyatın bütün sahələrində əsaslı dönüş yaranır. Bu vaxtadək Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini müasirləşməsini təmin edib. Son 20 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi artıb, əhalinin sosial vəziyyəti yaxşılaşıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb sözügedən proses bu gün davam etdirilir. Bütün bunlarla paralel, bu gün ölkə iqtisadiyyatının güclənməsi istiqamətində regionlarımızın inkişafı, eyni zamanda dayanıqlı iqtisadi inkişaf modelinin tətbiqi mühüm rol oynayır. Hazırda regionlarımızda iqtisadi aktivliyin artırılması, daxili xarici sərmayələrin cəlb olunması, istehsal ixrac imkanlarının artırılması üçün mühüm işlər görülür. Prezident İlham Əliyev hər zaman bu hədəfləri müəyyən edib. Dövlət başçısının bu sahədə yürütdüyü siyasət regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Çünki regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bu sahədə qəbul edilən dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır yaxud da minimuma endirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas hədəflərindən biri xüsusən bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarətdir. Ötən müddətdə regionlarda infrastrukturun qurulması bunun fonunda kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşıb. Nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb edən bir prosesdir növbəti illərdə proses daha geniş şəkildə davam edəcək.

 

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı deyib ki, infrastruktur layihələrinin əsas məqsədi bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır: “Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi sahəsi böyük dərəcədə artırılmışdır”.

 

Belə layihələr bölgələrdə yan sahələrin inkişafına öz təsirini göstərir

 

Sözügedən məsələniBakı-Xəbər”ə şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, hansı regionda böyük infrastruktur layihələri həyata keçirilirsə, bu, bilavasitə əhalinin məşğulluğuna öz müsbət təsirini göstərir: “Birinci ondan başlayaq ki, hansısa regionda su anbarı tikilirsə, yol infrastrukturu qurulursa, bu zaman ilk növbədə orada yaşayan əhali işə cəlb olunur. Adətən bölgələrdən əhali, əsasən cavanlar işsizlik üzündən şəhərlərə üz tutur. Ancaq hansısa infrastruktur qurulanda həm ora işçi cəlb olunur, həm bu, o bölgədə yan sahələrin inkişafına öz müsbət təsirini göstərir. Nəticədə yeni xidmət sahələri yaranır ki, bu da yeni yerlərinin yaranmasına təkan verir. Regionlarda su anbarları tikilirsə, bu, birinci növbədə aqrar sahənin inkişafında özünü göstərir. Çünki kənd təsərrüfatı sahəsi əmək tutumludur. Xüsusən regionlarda aqrar məhsulların qablaşdırılması, emalı ilə bağlı müəssisələr yaradıldıqda bu, dayanıqlı yerlərinin açılmasına öz təsirini göstərir. Ona görə regionlarda emal müəssisələrinin yaradılmasına hər zaman xüsusi diqqət göstərmək lazımdır. İndi demək olar ki, bütün regionlarda işıq problemi yoxdur. Bəzi dağ rayonlarının ucqar kəndlərində havalar soyuyanda fasilələr olur. Qazla təmin edilən rayonlarda da qazın verilməsi fasiləsiz təmin olunur. Əsas məsələ yeni yerlərinin açılmasıdır. Bunun üçün isə istehsal müəssisələrinin xidmət sahələrinin açılmasına ehtiyac var”.

 

Vidadi ORDAHALLI                

Bakı Xəbər .-  2025.- 26-28 aprel (¹70).- S.8.