Qərbi azərbaycanlıların şərəfli qayıdışı
XXI əsrin ən böyük insan haqları məsələsidir...
“Qərbi azərbaycanlıların
şərəfli qayıdışı”
ifadəsi sadəcə
bir ritorika deyil, XXI əsrdə etnik ədalətin, insan hüquqlarının
və regional sabitliyin təməl məsələlərindən biridir”
Qərbi azərbaycanlıların
məskunlaşdığı ərazilər - İrəvan,
Göyçə, Zəngəzur,
Dərələyəz və
başqa bölgələr
- tarixən Azərbaycan
türklərinin yaşadığı
yerlər olub. Lakin 1828-ci ildə bağlanmış mənfur
Türkmənçay sülh
müqaviləsi ilə
Azərbaycan çar Rusiyası tərəfindən
ilhaq edildikdən sonra, xüsusilə XX əsr boyunca bu ərazilərdən sistemli şəkildə azərbaycanlılar deportasiya
edilib.
Qərbi azərbaycanlıların
XX əsrdə əsas
deportasiya mərhələləri
aşağıdakı kimidir.
Birinci mərhələdə,
1905–1907-ci illərdə Çar
Rusiyası dövründə
erməni–müsəlman
qarşıdurmaları zamanı
azərbaycanlılar qətlə
yetirildi və köçürüldü.
Ardınca 1918–1920-ci illərdə Ermənistan
Respublikası (birinci)
dövründə azərbaycanlılara
qarşı qırğınlar
baş verdi.
1948–1953-cu illərdə isəSSRİ rəhbəri
Stalin azərbaycanlıların
Ermənistandan Azərbaycan
SSR-ə köçürülməsi haqqında qərar verdi. Bu qərara
əsasən təxminən
100 min nəfər azərbaycanlı Ermənistandan
köçürüldü.
Sonuncu mərhələdə
- 1987-1989-cu illərdə Dağlıq
Qarabağ münaqişəsi
fonunda Ermənistan
SSR-də yaşayan təxminən 250 min nəfər azərbaycanlı
dədə-baba yurdlarından
qovuldu. Bu proses silahlı hücumlar, zorakılıq
və soyqırım meylləri ilə müşayiət olundu.
Ermənistanda azərbaycanlılara qarşı
zaman-zaman həyata keçirilmiş zorakılıqlar,
deportasiyalar və sistemli ayrıseçkiliklərlə
bağlı beynəlxalq
hüquq pozuntuları
barədə bir sıra rəsmi sənədlər, hesabatlar
və hüquqi əsaslandırmalar mövcuddur.
Bu sənədlərin
təhlili göstərir
ki, Ermənistan tərəfindən azərbaycanlılara
qarşı iki əsr boyunca etnik təmizləmə, məcburi köçürmə,
mülki əhaliyə
qarşı zorakılıq
və mülkiyyət
hüquqlarının pozulması
kimi ağır beynəlxalq hüquq pozuntularına yol verilib.
Bu proses
nəticəsində ata-baba
yurdundan didərgin düşmüş Qərbi
azərbaycanlıların, yəni
indiki Ermənistan ərazisindən müxtəlif
dövrlərdə, xüsusən
də XX əsrdə deportasiya olunan azərbaycanlıların öz
ata-baba yurdlarına qayıdışı məsələsi
insan haqları baxımından ümumi prinsiplərə görə
ədalətli və legitim bir tələbat
kimi qiymətləndirilə
bilər. Bunun bir neçə əsas hüquqi və etik əsasları
var.
Bu məsələnin
insan hüquqları baxımından çox tutarlı beynəlxalq əsaslandırması ortadadır.
Qaçqınların və məcburi köçkünlərin qayıtmaq
hüququ
BMT-nin və
digər beynəlxalq təşkilatların qəbul
etdiyi sənədlərə
əsasən, hər bir insanın doğma yurduna qayıtmaq hüququ var.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (1948) 13 və
14-cü maddələrinə, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə,
BMT-nin Qaçqınların
Statusuna dair Konvensiyasına (1951) görə,
Qərbi azərbaycanlıların
öz dədə-baba
yurduna qayıtmaq hüququ var.
Etnik təmizləmə
və deportasiya beynəlxalq hüquqa ziddir. Buna baxmayaraq,
XX əsrdə (xüsusilə
1948, 1953, 1987-89 və 1991-ci illərdə) Ermənistan
SSR və müstəqil
Ermənistan tərəfindən
minlərlə azərbaycanlı
deportasiya olunub.
Bu hallar
bir sıra hüquq müdafiə təşkilatları tərəfindən
etnik təmizləmə
kimi qiymətləndirilir.
İndi sadəcə olaraq bu tarixi
ədalətsizliyin aradan
qaldırılması - Qərbi
azərbaycanlıların öz
yurduna ləyaqətli
qaydışı prosesinin
reallaşdırılması qalır ki, bu da öz
həllini mütləq
tapacaq.
Qərbi azərbaycanlıların
sadə insan hüquqlarının bərpa
edilməsi onların yalnız Qərbi Azərbaycana qaydışı
ilə məhdudlaşmayacaq.
Onlarin həm də Ermənistan dövləti üzərində
əmlak və kompensasiya hüquqları var və bu
da təmin edilməlidir.
Qərbi azərbaycanlılar
deportasiya zamanı öz mülklərini itiriblər. Beynəlxalq hüquqa görə, zorla köçürülmüş
şəxslər ya öz mülklərinə
qayıtmaq, ya da adekvat kompensasiya
almaq hüququna malikdirlər.
Belə görünür
ki, indiki mərhələdə Ermənistan
bu qayıdışı
qəbul etmir və bu məsələni
"ərazi bütövlüyünə
və suverenliyə qarşı təhdid"
kimi təqdim edir.
Eyni zamanda,
Ermənistan-Azərbaycan münasibətlərinin
gərginliyi bu prosesi çətinləşdirir.
Qayıdış yalnız o zaman mümkün və ədalətli sayıla bilər ki, qayıdanlara təhlükəsizlik,
hüquqi status, mülkiyyət hüquqları
və sosial təminatlar tam təmin olunsun.
Bəli, Qərbi
azərbaycanlıların öz
doğma yurdlarına şərəfli və təhlükəsiz qayıdışı
insan hüquqları və beynəlxalq hüquq normalarına əsasən ədalətli
bir prosesdir.
Qərbi azərbaycanlıların
qayıdış hüququ
aşağıdakı beynəlxalq
prinsiplərə əsaslanır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə
görə, “Hər bir insanın öz ölkəsini tərk etmək və geri qayıtmaq
hüququ var”.
BMT-nin Məcburi
Köçkünlər üzrə
Prinsiplərinə görə
(1998), məcburi köçkünlərin
könüllü, təhlükəsiz
və ləyaqətli
şəkildə geri
qayıtmaq hüququ tanınır.
Lakin bu
hüququn reallaşması
üçün beynəlxalq
hüquq normaları ilə yanaşı, siyasi iradə, diplomatik mexanizmlər və təhlükəsizlik
zəmanətləri də
tələb olunur.
“Qərbi azərbaycanlıların
şərəfli qayıdışı”
ifadəsi sadəcə
bir ritorika deyil, XXI əsrdə etnik ədalətin, insan hüquqlarının
və regional sabitliyin təməl məsələlərindən biridir.
Ona görə
də, bu prosesə beynəlxalq ictimaiyyətin obyektiv və hüquqa əsaslanan dəstəyi vacibdir.
Akif
NƏSİRLİ
Bakı Xəbər 2025.- 8 avqust
(¹138).- S.13.