Oddan-alovdan keçən şəhidlik
zirvəsi...
Mirağa
Qasımov doğma yurdunu, xalqını öz canından artıq sevirdi. Odur ki, 44 günlük haqq savaşımız başlanan gündən Vətən torpaqlarının
azadlığı naminə
yağıya qarşı
son damla qanına qədər döyüşüb,
yaddaşlara əbədi
olaraq yazılmış
igidlik və mərdlik göstərib. Məhz buna görə də bu gün
cismən aramızda olmasa da, bütün Azərbaycan onunla fəxr edir, böyüməkdə olan
gənc nəsil Vətən sevgisini onun kimi ölümsüzlüyə
qovuşan cəsur oğullardan öyrənir.
1995-ci ildə Cəlilabadın Moranlı kəndində anadan olan Mirağa
Hafiz oğlu Qasımov
yetkinlik yaşına çatanda birinci arzusu yağı tapdağında olan Vətən torpaqların azad görmək olub. Erməni dığaların Qarabağımızda
törətdiyi qanlı
əməllərlə heç
cür barışa bilmirdi. Hər an qanında, ruhunda dövr edən Vətən sevgisi Mirağanı döyüşə
çağırıb və
elə doğma Azərbaycana əsl oğul olmağı bunda görüb. Əsgərliyə yola düşəndə də
düşməndən Vətənin
qisasını alacağına
and içib. Həmçinin
deyib ki, ordumuz tezliklə erməni işğalçılarına qalib gələcək, mən də sizin yanınıza zəfər sevinci ilə alnıaçıq,
başıuca qayıdaram...
Mirağa
Qasımov 2013-2014-cü illərdə
müddətli həqiqi
hərbi xidmətdə
olub .
Hərb sənətinə
olan maraq, ən əsası qəlbində cağlayan Vətən sevgisi, erməni dığalarına
nifrət hissi onu 2015-ci ildə Dövlət Sərhəd
Xidmətinə gətirib.
Çevik Hərəkət
Qüvvələrinin Çevik
Hərəkət Dəstəsində
xidmətə başlayan
Mirağa yüksək
fiziki hazırlığı,
intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar
hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqların icrasında,
müxtəlif taktiki təlimlərdə yüksək
nəticələr göstərərək
rəislərinin və
yoldaşlarının etimadını
qazanıb, igidliyi, mərdliyi, dürüstlüyü
nümunə olub.
Nəhayət, 2020-ci ildə Vətən
müharibəsi başlayanda
Mirağa istəyinə
çatıb, erməni
qəsbkarlarına qan
qusdurmaq üçün
əlinə silah alıb müharibə meydanına girib. 30 il əsarətdə qalan bizə məxsus kəndləri, rayonları
azad etməkdə rəşadətlə vuruşub.
Silahına tuş gələn dığaların
sayı bilinməyib. Beləcə zəbt edilmiş yeni yaşayış
məskənlərdə Azərbaycanın
üç rəngli qələbə bayrağı
dalğalananda igid döyüşçü Mirağa
daha da ruhlanıb, atıldığı hər
savaşda qəlbi qələbə eşqi ilə cuşa qəlib və Vətən olan sevgisini layiqincə sübut edib. Fizuli, Cəbrayıl istiqamətlərində gedən
qanlı döyüşlərdə
düşmənin başına
od ələyib. Daha sonra Zəngilan
şəhərinin və
ətraf ərazilərin
azadlığı naminə
dığalara sarsıdıcı
zərbələr vuran
bölmələrin tərkibində
xüsusi olaraq fərqlənib. Oddan-alovdan
keçən, son qarşı
Vətən torpaqların
azad olunacağı günədək vuruşa
hazır olan kiçik qizir Mirağa Qasımov
21 oktyabr 2020-ci il tarixdə Zəngilanda düşmən
qüvvələrinin darmadağın
edildiyi yerdə ağır yaralanıb. Bakı şəhərinə
təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alsa da, noyabrın 12-də gözlərini
yumaraq əbədiyyət
dünyasına qovuşub.
Vətənə, millətə əvəzsiz
xidməti ilə ürəklərə köçən
kiçik gizir Mirağa Hafiz oğlu Qasımov ölümündən
sonra ”Qarabağ” ordeni, ”Vətən uğrunda”, ”İgidliyə görə”
və digər medallara layiq görülüb.
Zəfər
ORUCOĞLU
Bakı Xəbər 2025.- 8 avqust
(¹138).- S.13.