Qubalı şəhid kəşfiyyatçı Seymur
Qocayev - Şuşada həlak oldu
Rəsmiyyə Qocayeva: “Seymir müharibədə iki dəfə yaralansa da geri çəkilmədi,
inadından dönmədi,
irəliyə getdi”
Özü getsə
də, dastanlara sığmayan qəhrəmanlıqları,
neçə-neçə nəslə
örnək olan adı qaldı şəhid Seymur Qocayevin. Atalar yaxşı deyib: “İgid ölər adı qalar...” Qəhrəmanımız Vətən
müharibəsində ad
qoyan, iz qoyan igidlərimizdəndir.
Anan izinə
qurban
İgidim, qəhrəmanım.
Torpaq aldı
səni də-
Çürüdü sənsiz canım.
Oğlum, qəhrəman
oğlum-
Şəhid adına qurban...
Azərbaycan Silahlı Qüvvələrinin
MAXE əsgəri, İkinci
Qarabağ müharibəsi
şəhidi Seymur Mahir oğlu Qocayev canı-qanı ilə torpağa, yurda elə bağlı idi ki, onun bu
bağını heç
bir qüvvə qopara bilməzdi.
Məktəbi bitirdikdən sonra
2014–2016-cı illərdə müddətli hərbi xidmət keçən Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı,
Vətən müharibəsi
şəhidi Seymur Mahir oğlu Qocayev 29 yanvar 1996-ci ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya
gəlib.
Seymurun anası
Rəsmiyyə Qocayeva
ilə Qubada yaradıcılıq ezamiyyətində
olarkən tanış
olub söhbət etdik. Nəzakət Məmmədovanın rəhbərlik
etdiyi Mədəniyyət
Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə
gətirdiyi “44 gün-Tarixi
zəfər” kitabının
II və III cildlərinin
Qubada keçirilən
təqdimat mərasiminə
Rəsmiyyə ana da gəlmişdi.
“Polad Həşimov
şəhid olandan sonra Seymur deyirdi
ki, komandirimin qanını yerdə qoymayacağam, onun qisasını alacağam”
Sinəsinə çalın-çarpaz bala
dağı çəkilən
ana oğlundan danışdıqca kövrəlir,
həyəcanlanır, itkisinə
yanıb-yaxılır. Əlbəttə,
belə bir igidin anası olmaqla fəxr də edir Rəsmiyyə
ana.
Ana danışır,
oğlundan danışır...
Qubanın Bağbanlı
qəsəbəsində anadan
olan Seymur Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə
yüksələn kəşfiyyatçılarındandır.
44 günlük Vətən
müharibəsində peşəkar
kəşfiyyatçı kimi
ən öndə savaşan 24 yaşlı Seymur Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən
döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin
düşməndən azad
olunmasında böyük
şücaət göstərib.
Şəhid kəşfiyyatçımız Seymur daim şəhidlərimizin
qisasını almaq və torpaqlarımızı
azad etmək istəyi ilə yaşayıb. Bu arzusunu reallaşdırarkən
noyabrın 7-də Şuşa
uğrunda döyüşlərdə
özü də şəhid olur.
“Şəhid olanda 24 yaşı vardı oğlumun. Ali təhsil almamışdı, orta təhsillidir. 2016-cı ildə
məktəbi bitirib hərbi xidmətə yola düşdü.
Seymurun uşaqlıqdan
hərbiyə marağı
çox böyük idi, fikri-zikri hərbiçi olmaqda idi. Hey deyirdi
ki, hərbiçi olacağam. Əsgərlikdən
sonra da hərbidə qalmaq istəyirdi. Onu məcburi gətirdik. Amma heç cür bizim bu hərəkətimizlə
razılaşmırdı, deyirdi
ki, qoy müharibə
olsun müharibəyə
gedəcəyəm və
Qarabağı və
o biri torpaqlarımızı
düşmən tapdağından
azad edəcəyik.
2018-ci ildə Vətənə
olan sevgisi, torpaqlarımızın işğaldan
azad olunmasında iştirak etmək arzusu onu yenidən
hərbiyə çəkib
apardı. Öyrəndik
ki, gedib hərbiyə yazılıb.
Gədəbəydə “N” saylı
kəşfiyyat bölümünə
yazıldı və tabor komandiri oldu”.
Ananın sözlərinə
görə, Seymurun futbola da böyük
marağı olub və hətta hərbi hissələr arasında keçirilən
futbol yarışlarında
da iştirak edib, çox yaxşı oynayıb: “O,
1 nömrəli oyunçu
olub. Seymurun evə axırıncı gəlişi 2020-ci ilin may ayında oldu. Məzuniyyətə gəlmişdi. Nə vaxt telefonda danışırdısa deyirdi
ki, ana, təlimdəyəm. Seymur
Tovuz döyüşlərində
də iştirak etdi və yaralandı.
Seymurun yaralandığından
bizim xəbərimiz yox idi. Hərbi
xidmətdə olanda Polad Həşimov onun komandiri olub. Polad Həşimov
şəhid olandan sonra Seymur deyirdi
ki, komandirimin qanını yerdə qoymayacağam, onun qisasını alacağam.
Oğlum Polad Həşimovun qisasını
alacağına and içmişdi. Gecə-gündüz
arzu edirdi ki, müharibə başlasın və o, düşməndən komandirinin
qisasını alsın.
Komandirinin qisasını
almaq Seymura qismət oldu. 2020-ci ilin 27 sentyabrında hamı kimi o da döyüşlərə
atıldı, 44 günlük
müharibədə sona
qədər gedirdi, döyüşürdü. Seymir
müharibədə iki
dəfə yaralansa da, geri çəkilmədi,
inadından dönmədi,
irəliyə getdi. Sonuncu dəfə oktyabrın 30-da danışdıq.
Sonuncu zəngində hamıdan halallıq istədi, bizimlə hallaşdı. “Birdən telefona zəng çatmaz, qəti narahat olmayın”-dedi və bizi
arxayın saldı ki, hər şey
yaxşıdır, hər
şey yaxşı olacaq. hər danışanda ürəyinin
üstündəki üçrəngli
bayrağı göstərin
deyirdi ki, bunu Şuşaya sancacağam. Sonuncu dəfə danışandan
sonra Seyumurun telefonuna daha zəng çatmadı. Onlar Şuşaya qalxdılar...Noyabrın
4-də bibisi oğlu ilə danışanda deyib ki, artıq
Şuşaya girmişik,
qələbə bizimdir.
Hər danışanda
deyirdi ki, tezliklə sizə qələbə xəbərini
verəcəyik.
Şuşada şiddətli əlbəyaxa
döyüşləri olub,
erməni hərbiçiləri
ilə əlbəyaxa
döyüşüblər.
Oğlum düşmənlə
əlbəyaxa döyüşərək
qələbəyə bir
neçə saat qalmış - noyabrın
7-də Şuşa qalasının
yanında şəhid
olub.
Seymur ailəsini
çox sevirdi, ailəsi qədər də Vətənini çox sevirdi. Seymur öz adını “Vətənə
sevdalı” qoymuşdu,
döyüş yoldaşları
isə oğlumu “Boz qurd” ləqəbi
ilə çağırırdılar.
Oğlum oynamağı,
şəkil çəkdirməyi
çox sevirdi. Bütün bunların hamısından çox isə sevdalısı olduğu Vətənini çox sevirdi”.
Quba Şəhidlər
Xiyabanında son mənzilə uğurlanan
“Boz qurd”un
qəhrəmanlığı dövlət tərəfindən
yüksək qiymətləndirilib.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli
Sərəncamına əsasən
Seymur Qocayev ölümündən sonra
"Vətən uğrunda"
medalı, şəhid
kəşfiyyatçı, həmçinin "Kəlbəcərin
azad olunmasına görə", "Şuşanı
azad olunmasına görə", ”Döyüşdə fərqlənməyə
görə” medalları
ilə də təltif edilib.
Seymur Vətənə
sevdalı olan oğullardan biri kimi ana torpağa
köçüb, torpaq
onu, o da torpağı qucaqlayıb.
Məzarını süsləyən
üç rəngli bayrağımız bir Tanrı duası kimi igidlərin şanına-şöhrətinə ucalıq qatır. Seymur bu bayraq,
bu torpaq, bu Vətən uğrunda canını fəda etdi. Şəhid olacağını
qanı ilə, canı ilə hiss edərək bu haqq yolunu
seçdi. Özü
də seçilmişlərdən
oldu.
Ana gah ağlayır, gah da dərdini ürəyinə büküb
“Boz qurd” oğlu ilə fəxr edir, onun Vətən sevdasına canını qurban edir.
Bəli, analar
qurban demir, analar qurban olur...Şəhid Seymurun anası da özünü
oğluna da, onun uğrunda şəhid olduğu bayrağa da, Vətənə də, torpağa da qurban deyir. Ay
ana, sənin ən böyük fədakarlığın Seymur
kimi igid oğul doğub böyütməkdir. Bundan
böyük fədakarlıq
yoxdur...
İradə SARIYEVA
Quba-Bakı
Bakı Xəbər 2025.- 5 avqust
(¹135).- S.13.