"Yüksəliş"
gənclərin karyera
inkişafında müstəsna
rol oynayır...
Hər bir
cəmiyyətin və
dövlətin gənc
nəslə qayğısı,
onun inkişaf etdirilməsində maraqlı
olması qaçılmazdır.
Çünki istənilən
cəmiyyət fərdlərdən
ibarətdir və bu fərdlərin şəxsi keyfiyyət səviyyəsi birbaşa cəmiyyətin intellektual,
mədəni və sosial səviyyəsini müəyyənləşdirir.
Başqa sözlə
desək, cəmiyyətin
intellektual səviyyəsi
yüksək olan fərdlərinin xüsusi
çəkisi nə qədər yüksəkdirsə,
həmin cəmiyyət
bir o qədər intellektual səviyyəli sayılır. Cəmiyyətin
digər xüsusiyyətləri
də analoji qaydada müəyyənləşdirilir.
Cəmiyyətin gələcəyi
isə gənslərdən,
onların qabiliyyətindən,
intellektual səviyyəsindən
asılıdır. Ona
görə də hər bir dövlətin
strateji hədəflərindən
biri yeni nəslin - gənclərin
hərtərəfli inkişafına
nail olmaqdan ibarətdir. Buna nail olmaq üçün
ilk növbədə yeni nəslin içərisində olan istedadlar üzə çıxarılmalıdır.
Məsələm, alimlər Çin iqtisadiyyatının inkişafının
sirlərini araşdırarkən
dünyaya örnək
ola bilən bir çox aspektlər müəyyənləşdiriblər.
Həmin aspektlərdən
biri ondan ibarətdir ki, Çin dövləti əhalusinin istedadlı zümrəsinə sahib çıxır, inkişaf
etdirir və həmin istedadları dövlətin kapitalına
çevirir. Hamıya
bəllidir ki, dünya əhalisinin 5-7 faizi istedadlı doğulur. Minimum səviyyəni götursək,
deməli Çin əhalusinin təxminən
141 milyon nəfəri
istedadlı doğulub.
Hökumət ilk təhsil illərindən həmin istedadli kəsimi öz himayəsinə götürur
və onu ailəsi ilə birlikdə gərəkən
bütün həyat vasitələri ilə təmin edir. Həmin şəxsləri
yetişdirərək özünun
intellektial kapitalına
çevirir. Ona görə də Çin əhalusinin çoxluğu onun üstünlüýünə, dünya gücünə çevrilməsinə bir
vəsilə olur. Məhz bu üsul
nəticəsində inkişafının
heç bir mərhələsində Çindən
beyin axınına imkan verilməyib və nəticədə müasir dünyanin iqtisadi nəhəngi formalaşıb.
Bu baxımdan
Azərbaycanda ənənəyə
çevrilən "Yüksəliş"
müsabiqəsi xüsusi
əhəmiyyətə malikdir.
Onu da qeyd
edək ki, "Yüksəliş” müsabiqəsi
idarəçiliklə məşğul
olan 21 yaşından
51 yaşınadək Azərbaycan
vətəndaşları arasında
keçirilən, kreiativ
gənclər arasında
populyarlığı ilə
seçilən bir müsabiqədir. Hər il ənənəvi olaraq keçirilən bu müsabiqənin əsas məqsədi yüksək idarəetmə
qabiliyyətinə malik,
rəhbər vəzifələrdə
çalışmaq perspektivi
olan şəxsləri
müəyyən etmək,
onları inkişaf etdirmək, diqqət mərkəzinə çəkmək
və yaradıcılığa
ruhlandırmaqdır.
İdarəetmə sahəsində yaradıcılıq
qabiliyyəti olan gənclərin "Yüksəliş"
müsabiqəsinə qoşulmalarının
ən vacib üstünlüklərindən biri təcrübə mübadiləsi, müxtəlif
komandalarla işləmək,
həmfikir insanlarla əlaqə yaratma və ölkə daxilində böyük təcrübəyə malik
peşəkarlarla şəxsi
əlaqələr qurmaq
imkanlarının yaranmasıdır.
Müsabiqəyə qatılan
gənclərimizin özünü
başqaları ilə
müqayisə etməklə
yanaşı, həm də idarəetmə bacarıqlarını gücləndirmək
və məqsədə
çatmaq üçün
sərt, lakin ədalətli mübarizədə
özünü sınamaq
imkanı yaranır. Müsabiqənin qalibləri
1 il ərzində mentorlardan, iri şirkətlərin top-menecerlərindən
və dövlət qurumlarının rəhbərlərindən
fərdi karyera məsləhətləri almaq
şansı əldə
edirlər. Eyni zamanda, müsabiqə qaliblərinə 20.000 manat
dəyərində pul
mükafatı verilir.
Müsabiqənin keçirildiyi
5 il ərzində
400-dən çox vətəndaş
qalib olub və onların 65 faizi gənclərdir.
Maraqlıdır, bu müsabiqənin gənclərimizin inkişafında
hansı rola malik olması barədə ziyalılarımız
nə düşünür?
Yeni Yazarlar
və Sənətçilər
İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir
Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı,
Prezident təqaüdçüsü,
yazıçı-kulturoloq Aydın Xan Əbilov məsələyə
münasibət bildirərkən
baki-xeber.com saytının müxbirinə
deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi ilə
Azərbaycanda artıq
beş ildir təşkil edilən
"Yüksəliş" müsabiqəsi qabiliyyətli
idarəetmə kadrlarının
üzə çıxarılması
baxımından çox
önəmli müsabiqələrdən
biridir: "Müsabiqə
dövlət qurumlarının
yüksək çinli
məmurlarının iştirakı
ilə bir neçə mərhələdə
həyata keçirilir.
Bu gənc və qabiliyyətli kadrların potensialını
asanlıqla ortaya qoymaq baxımından çox maraqlı və cəlbedici bir təşəbbüsdür.
Təəssüflər olsun ki, bizim
gənclərin dövlət
orqanlarında işə
düzəlmək və
karyera qurmaqla bağlı inamlarını
vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov kimi iri məmurlar
qırmışdılar. Dövlət
qulluğu ilə bağlı imtahanların
nəticələri və
onlardan sonra keçirilən müsabiqələrdə
kəsilən minlərlə
gənc Azərbaycanı
tərk etdi. Ölkədən "beyin
axını" baş
verdi. Amma indi bu "Yüksəkiş"
müabiqəsi və
eyni zamanda, dövlət qurumlarında
vəzifəyə gətirilən
yeni kadr korpusu bu boşluğu
artıq huss edir və belə
müsabiqələri daha
obyektiv və intensiv keçirirlər ki, həmin o boşluq aradan qaldırılsın.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət qurumları o qədər də yüksək məbləğli məvacib
verə bilməsələr
də, Azərbaycan kimi iqtisadi durumunun
keçid mərhələsini
yaşayan ölkədə
dövlət qurumlarında
çalışmaq və
gələcəkdə mərhələli
şəkildə karyera
yüksəlişınə nail olmaq gənclərimizin
maraqları daxilindədir.
Baxmayaraq ki, dünyanın inkişaf etmiş ölkələrində
gənclər daha çox biznes və yeni start-up
layihələrində özlərini
təsdiqləmək istəyirlər.
Amma bizdə dövləti "sağmal
inək" sanan gənclər hələ də çoxluq təşkil edir. Onlar düşünürlar
ki, Azərbaycanda dövlət orqanlarında
işə qəbul olunmaqla gələcəklərini
daha yaxşı təmin etmiş olacaqlar. Bilmirəm bu psixologiya nə qədər doğrudur və ya nə qədər
yaxşı bir haldır. Amma hər halda, "Yüksəliş" müsabiqəsinin
keçirilməsi və
gənclərin burada karyera qurmaqla bağlı mərhələli
müsabiqələrdə iştirak
etmələri çox
maraqlıdır. Amma düşünürəm ki,
onu hər il eyni formada
keçirmək yox, hər il formatını
dəyişmək, təkmilləşdirmək
və genişləndirmək
daha yaxşı olardı.
Məsələn, bu müsabiqəni ilkin mərhələdə
ölkənin inzibati rayonları üzrə keçirmək, finali isə respublika üzrə təşkil etmək daha səmərəli olardı.
Bununla biz müxtəlif səviyyələrdə
istedadlı gənclərdən
ibarət kadr bankıni formalaşdıra
bilərik".
Akif NƏSİRLİ
Bakı Xəbər 2025.- 5 avqust
(¹135).- S.8.