Gənc nəsil Azərbaycanı
dünyada daha uğurla təmsil etməyə başlayır
Müasir dövrdə
hər bir xalqın öz kimliyini qoruyub saxlaması və gələcək nəsillərə
ötürməsi üçün
ən vacib məsələlərdən biri
gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin
möhkəmləndirilməsidir.
Milli kimlik
yalnız tarix və mədəniyyətlə
bağlı bilgilərdən
ibarət deyil, eyni zamanda mənəvi
dəyərlərə, dilə,
adət-ənənələrə və dövlətçilik
düşüncəsinə söykənir. Gənc nəslin düzgün istiqamətləndirilməsi həm
cəmiyyətin gələcək
inkişafı, həm
də milli dövlətçilik ideyalarının
qorunması baxımından
mühüm əhəmiyyət
kəsb edir.
Diaspor Gənclərinin
VI Yay Düşərgəsi
vətənpərvərlik hisslərinin tərbiyəsində
müstəsna önəmə
malikdir
Yuxarıda qeyd
olunanlar fonunda müvafiq dövlət qurumları tərəfindən
zəruri addımlar atılır. Bu günlərdə baş tutan, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı
ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi
qeyd edilənlərin real nümunələrindən
biridir.
Xatırladaq ki, düşərgə avqustun 3-dən 9-dək Xankəndi
şəhərində keçirilib.
Tədbirə dünyanın 61 ölkəsindən
128 azərbaycanlı və
Azərbaycana dost münasibəti bəsləyən
xalqların gəncləri
qatılıb. Düşərgənin
proqramı da olduqca zəngin olub. İştirakçılar
dövlət başçısının
rəhbərliyi ilə
həyata keçirilən
diaspor siyasəti barədə müfəssəl
məlumat alıblar, rəsmi şəxslər
və diplomatlarla, müxtəlif sahələr
üzrə ekspertlərlə,
şəhid ailələrinin
üzvləri və qəhrəman qazilərimizlə
görüşüblər, Qarabağla daha yaxından tanış olublar, Ana dili
dərslərinə, əyləncəli
proqramlara və intellektual oyunlara qatılmaq tədbirin əsas məqamları sırasında yer alıb.
Xankəndi şəhərindən
böyük təəssüratla
ayrılan düşərgə
iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya
azərbaycanlı gəncləri
ilə bir araya gəldiklərinə
görə təşkilatçılara
minnətdarlıqlarını bildirib, bu layihənin
uzunömürlü olmasını
arzulayıblar. Gənclər
Qarabağın işğalı,
müharibə və postmüharibə dövrü
ilə bağlı müfəssəl məlumat
almaq, işğaldan azad olunan ərazilərə
həyatın yenidən
qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə
etmək üçün
düşərgənin böyük
fürsət olduğunu
dilə gətiriblər.
Tədbirlə bağlı
təssərüatlar da
yükəsk olub. Məsələn, akademik Misir Mərdanov qeyd edib: “"Diaspor Gənclərinin VI Yay Düşərgəsində
iştirak etmək 79 illik ömrümün ən yaddaqalan günlərindən biri oldu. Bu, Azərbaycan
mədəniyyətini, həqiqətlərini
dünyaya çatdırmaq
istiqamətində çox
ciddi görüş idi. Bu gün
ABŞ, Fransa, Böyük
Britaniya kimi ölkələrlə əlaqələri
daha da yaxşı
qurmaq üçün
imkanlarımız çoxdur.
Bu düşərgədə
bir daha əmin oldum ki, xaricdə faydalı və savadlı yeni nəsil formalaşır”.
Əməkdar incəsənət
xadimi, Türkiyənin
Çukurova Universitetinin
professoru Cahangir Novruzov isə bildirib: "Gənclərin
Azərbaycan dilini bilmə səviyyəsinin
xeyli yüksəldiyini
aydın şəkildə
gördüm. Bu, mənim üçün böyük sevincdir. Diasporumuzun bu təşəbbüsünü ürəkdən alqışlayıram.
Hətta anaları azərbaycanlı, ataları
xarici vətəndaş
olan uşaqlarımız
belə, dilimizi gözəl danışırlar.
Əminəm ki, xaricdə doğulan uşaqlarımız öz
kimliyini və mənliyini qoruyaraq Azərbaycan mədəniyyətini
və dilini yaşadacaq, onu dünyada yayacaqlar". Ümumiyyətlə, bu qəbildən olan rəylərin sayı yetrincə çoxdur. Qeyd edək ki, Diaspor Gənclərinin
Yay Düşərgəsi
layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun
bariz nümunəsidir.
Bu günə kimi Düşərgələr
Şəki, Şamaxı,
Şuşa, Naxçıvan
və Laçın şəhərlərində baş
tutub. Düşərgələrin
təşkilat komitəsinə
hər il 60-dan çox ölkədən
ümumilikdə 3 mindən
artıq müraciət
edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı
olub.
Gənclərin ideoloji cəhətdən zənginləşmələrinə xidmət edən tədbir…
O da faktdır
ki, milli mənlik şüuru dedikdə gənclərin öz milli kimliyini
dərk etməsi, xalqına mənsubiyyət
hissi və tarixi köklərinə bağlılığı nəzərdə
tutulur. Bu şüur formalaşmadıqda
gənc öz kökünü, kimliyini itirə bilər. Ona görə də ailədə, məktəbdə və ictimai mühitdə gənclərə milli dəyərlərin aşılanması
əsas vəzifələrdən
biridir. Yuxarıda barəsində bəhs olunan Diaspor Gənclərinin Yay Düşərgəsi həm
də buna xidmət edir.
Azərbaycan gənclərinin son illərdə Qarabağ uğrunda göstərdiyi
qəhrəmanlıq, torpaqlarımızın
azad edilməsi naminə canlarından keçməsi vətənpərvərlik
tərbiyəsinin ən
parlaq nümunəsidir.
Bu qəhrəmanlıq
nümunələrinin gənclərə
çatdırılması, onların yaddaşında
daim canlı saxlanılması gələcək
nəsillərdə də
vətən sevgisini gücləndirir. Diaspor Gənclərinin Yay Düşərgəsində gənclərin
iştirakı bu məqama da hesablanıb. O da faktdır ki, bu aksiyanın dünyanın ayrı-ayrı
ölkəsində yaşayan
gənc soydaşlarımızın
ideoloji cəhətdən
zənginləşmələri üçün əvəzsiz
xidmətdir. Dünya şöhrətli fotojurnalist
Reza Deqati bu fonda qeyd
edir: “Bu gəncləri görəndə
elə bilirəm dünya ölkələri
bir-biri ilə birləşib. Gənclər
çox şeyləri
ürəkdən öyrənmək
istəyir, ürəkdən
sual verirlər”. Əməkdar incəsənət
xadimi, bəstəkar Cavanşir Quliyev isə qeyd edir:
“Gənclər bu düşərgələrdə vətənə daha çox bağlanırlar,
vətəni daha çox sevirlər. Əminəm ki, bu gənclər ölkəmizə faydalı
nəsil olaraq yetişəcək. Diaspor
Komitəsinin bu layihəsi çox faydalıdır. İnanıram
ki, xaricdə güclü Azərbaycan diasporu formalaşır”. Faktdır ki, milli mənlik şüuru və vətənpərvərlik yalnız
nəzəri biliklərlə
məhdudlaşmamalıdır. Gənclər cəmiyyətin
ictimai-siyasi həyatında
fəal iştirak etməli, dövlətin inkişafına öz töhfəsini verməlidirlər.
Könüllülük hərəkatlarında,
sosial layihələrdə
və beynəlxalq tədbirlərdə fəal
iştirak edən gənclər həm öz milli kimliklərini
nümayiş etdirir, həm də ölkələrinin dünyada
tanınmasına kömək
edirlər. Diaspor Gənclərinin Yay Düşərgəsi bu mənada da böyük önəm kəsb edir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
tərbiyəsi dövlətin,
cəmiyyətin və
ailənin birgə səyləri nəticəsində
mümkün ola bilər. Gənclər xalqın gələcəyidir
və onların milli ruhda yetişməsi
Azərbaycanın müstəqilliyinin,
ərazi bütövlüyünün
və inkişaf yolunun təminatçısıdır.
Milli mənlik şüuru və vətənpərvərlik sadəcə
tarixdə və keçmişdə qalmamalı,
gündəlik həyatın
bir hissəsinə çevrilməlidir. Yalnız
bu halda gənclərimiz həm öz milli kimliyini
qoruyacaq, həm də müasir dünyada Azərbaycanı
ləyaqətlə təmsil
edəcəklər. Diaspor
Gənclərinin Yay Düşərgəsi kimi
tədbirlərə bu
fonda da zərurət yüksəkdir.
Tahir TAĞIYEV
Bakı Xəbər 2025.- 19 avqust
(¹ 145).- S.8.