Peşə təhsili
proqramlarının yenilənməsinə kəskin ehtiyac var...
Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir.
Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.
Çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir
Müasir dövrdə ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının təkmilləşdirilməsi və inkişafı üçün vacib işlərin görülməsi ilə bağlıdır. Azərbaycanda bu sahənin inkişafı prioritet istiqamətlərdən biridir. Ona görə də bu istiqamətdə mühüm işlər görülür. Amma yenə də istənilən nəticə əldə olunmayıb. İstər elm, istər təhsil, istərsə də mədəniyyətin inkişafı ilə bağlı müəyyən addımların atılması zərurətinə ehtiyac yaranmaqda davam edir. Hər hansı bir proqramı birbaşa gətirib tətbiq etdikdə təbii ki, bunun effekti olmayacaq. Necə ki, hal-hazırda biz kurikulum təhsil tətbiqindən sonra bunun fərqindəyik. Ümumilikdə, ölkəmizdə müvafiq təhsil proqramlarından və bəzi istiqamətlər üzrə sintez olunmuş proqramlardan istifadə olunur. Amma bizim üçün vacib olan öz təhsil proqramımızı formalaşdırmağımızdır ki, cəmiyyətimizə uyğun tətbiq edə bilək. Çünki proqramlarda bəzi detallar var ki, onu bir yerdə tətbiq edərkən problem yaşamırıq, digər bir yerdə tətbiqində isə çətinklərlə üzləşirik. Bütün bu amillər nəzərə alınmalıdır. Eyni zamanda biz başqa ölkələrdən də nümunələr götürməliyik. Təəssüflər olsun ki, bizdə şagirdlərin və tələbələrin hazırladıqları məhsulların bazara çıxarılmasında bəzi universitet və bəzi məktəblər istisna olmaqla, qalan təhsil müəssisələrimiz bu prosesə cəlb olunmur. Bu istiqamətdə bir növ təkcə təhsil vermə yox, bilik və bacarıqların formalaşdırılması və əldə olunan biliyi istehsalata cəlb etmək, ölkə iqtisadiyyatına dəstək xarakterli addımlar atılmasına təşfiq etməliyik. Hansı ki, dünyanın qabaqcıl ölkələrində bu proses var və tətbiq olunur. Dövlət elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində addımlar atır. Amma yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir.
Peşə təhsili sahəsində
ciddi problemlər var
Azərbaycanda peşə təhsili ilə bağlı ciddi çatışmazlıqlar
var və ən çox tənqid edilən sahələrdən biridir. Dövlət
Statistika Komitəsinin
2023-cü il hesabatına
görə, ölkədə
orta məktəbi bitirən məzunların
yalnız 10%-i peşə təhsilinə
yönəlir, halbuki bu göstərici Avropa ölkələrində
40-60% arasında dəyişir.
Ən ciddi problem regionlarda özünü göstərir.
Peşə Təhsili
üzrə Dövlət
Agentliyinin məlumatına
əsasən, regionlarda
orta məktəbi bitirənlərin əksəriyyəti
nə ali,
nə də peşə təhsilini seçir, nəticədə
əmək bazarına
peşə bacarıqları
olmadan daxil olur. Azərbaycan Respublikasının 2018-ci ildə qəbul etdiyi “Peşə Təhsili Haqqında” Qanunda peşə təhsilinin əmək bazarının tələblərinə
uyğun formalaşdırılması
nəzərdə tutulsa
da, praktikada bir çox peşə məktəbləri
köhnəlmiş metodologiyalarla
fəaliyyət göstərir.
2021-ci ildə aparılmış rəsmi
araşdırmalar göstərir
ki, peşə məktəblərinin 60 faizində
tədris proqramları
müasir texnoloji standartlara cavab vermir.
Ümumiyyətlə, maraqlıdır, peşə-texniki
təhsillə bağlı
proqramlar necə hazırlanır? Sözügedən proqramların bu
bugünkü hazırlıq
vəziyyəti necədir?
Bununla bağlı nə kimi işlərin görülməsinə, yeniliklərə
ehtiyac var?
İlk növbədə Prezident sərəncamları yerinə
yetirilməlidir
Sözügedən məsələyə aydınlıq gətirən
təhsil sahəsi üzrə ekspert Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında
bununla bağlı bir sıra məqamlara
toxundu: “Məsələ
ondadır ki, təhsilin bütün pillələrində çox
ciddi böhran və problemlər yaşanır. O cümlədən
də peşə təhsili sahəsində.
Ölkəmizdə “Peşə Təhsili
Haqqında” Qanun
2018-ci ildə qəbul
edilib. Elə həmin vaxtlardan başlayaraq peşə təhsili ilə bağlı ciddi islahatlara start verilib. Ancaq çox təəssüf
olsun ki, aparılan islahatlar effekt vermədi. Bunun əsas səbəbi islahatların qeyri-peşəkarlar
tərəfindən həyata
keçirilməsi idi.
Nəticə etibarı ilə
bu gün peşə təhsili əmək bazarının
tələblərinə uyğun
olaraq kadr hazırlaya bilmir. Peşə təhsili müəssisələri
ilə əmək bazarı arasında uzlaşma yoxdur. Prezident İlham Əliyevin 2022-ci ildə əmək bazarının öyrənilməsi
ilə bağlı 2 ciddi sərəncamı yerinə yetirilməmiş
qalır. Həmin sərəncamlarda
göstərilirdi ki, əmək bazarının
öyrənilməsi ilə
bağlı iki institut yaradılmalı idi. Bu institutlardan
biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində
yaradılmalı idi.
Digər
institut isə Azərbaycan Milli Elmlər Akademiyası yanında elmi tədqiqat institutu olmalı idi. Həmin institutlardan biri 2023-cü ildə, digəri isə 2024-cü ildə fəaliyyətə başlamalı
idi. Artıq 2025-ci ildir, amma
onlardan heç biri fəaliyyətə başlamadı. İstər
peşə təhsili
müəssisələri, istərsə
də orta ixtisas və ali təhsil
müəssisələri əmək
bazarını öyrənmədən
kadr hazırlığı
ilə məşğuldular.
Bu, o deməkdir ki, bizim kadr
hazırlığı ilə
məşğul olan hər üç təhsil müəssisəsi
əmək bazarının
tələbini bilmədən
kor-koranə sadəcə
öz proqnozları ilə bəlli ixtisaslar üzrə tələbə hazırlayırlar.
Ona görə də eyni problem təkcə peşə təhsili ilə bağlı deyil, digər sahələrdə də
var. Ona görə də ilk növbədə
Prezident sərəncamları
yerinə yetirilməlidir.
Əmək bazarını öyrənəcək
qurum yaradılmalıdır.
Nazirlər Kabineti hər tədris ili üçün
ixtisasların təsnifatını,
o cümlədən tələbə
yerlərin sayını
müəyyən edərkən
əmək bazarını
öyrənən institutların
rəylərini əsas
gətirməlidilər. Bunlar
olmadan hər şey proses xaotik olaraq həyata
keçirilir. Bir sözlə,
vəziyyətdən çıxış
yolu əmək bazarının öyrənilməsindən
keçir”.
Vidadi ORDAHALLI
Bakı Xəbər .- 2025.- 1-3
fevral (№ 18).- S.8.