Ailə dəyərləri - Qərbin
Azərbaycanda sistemli hədəfi...
Azərbaycanda ailə dəyərləri uzun əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çatıb. Xalq olaraq ailəni müqəddəs və toxunulmaz hesab edirik. Ailə bizim alınmaz qalamız, tapdanılmaz dəyərimizdir.
Dünyada qloballaşma prosesi getdiyi bir dövrdə əksər ölkələrdə ailə dəyərlərinin zədələnməsi kimi hallar baş verir. Elə dağıdıcı proseslər gedir ki, bu istər-istəməz ailə dəyərlərinə, demoqrafik vəziyyətin dəyişməsinə təsir edir. Nəzərə alsaq ki, dünyanın böyük güc mərkəzləri, xüsusən də Qərb institutları, hətta müxtəlif dövlətlər belə Azərbaycanın ailə institutunu hədəfə alır. Bunu Qərb institutları və bəzi dövlətlər qeyri-ənənəvi təriqətləri, ən təhlükəli dini sektaları işə salmaqla, onların missionerlik fəaliyyətini günləndirməklə edir.
Gizlin deyil ki, dünya ölkələrində olduğu kimi, bizdə də bu sektalar, bu təşkilatlar ailə dəyərlərini sarsıtmaq üçün var gücü ilə fəaliyyət göstərir. Doğrudur, dövlətin aidiyyəti qurumları bu kimi təsirlərə qarşı ciddi mübarizə aparır. Bu öz yerində.
Amma elə adamlar olub ki, həmin sektalara, qruplara qoşulub, zərərli təriqətlərə üzv olub. Nəticədə, ailələri də dağılıb, övladları ortalıqda qalıb. Ərin, yaxud arvadın bu qruplara qoşulması nəticəsində boşanmalar baş verib. ər yaxud arvad onlara qoşulub, problem yaşayıblar.
Heç şübhəsiz, ailə dəyərlərinə zərbə vuran amillərdən biri kimi məhz qloballaşma, onun təlqin etdiyi məqamlar da az deyil. Bəzi mərkəzlərin missionerlərinin, sektaların fəaliyyəti bizim ailə instututu üçün də təhlükə də ola bilər.
Qloballaşma şəraitində ailə dəyərlərimizi necə qoruya bilərik?
Sosiologiya üzrə fəlsəfə
doktoru, sosioloq Üzeyir Şəfiyev “Bakı-Xəbər”ə
şərhində bunları dedi: “Qərb,
Avropa güc mərkəzləri Azərbaycan kimi
ənənəvi cəmiyyətlərin əsaslarını
sarsıtmaq üçün ailə
institutlarını deqradasiyaya
uğratmağı hədəfləyirlər. Buna görə də,
müxtəlif səviyyələrdə
çalışırlar ki, saytlardan, sosial şəbəkələrdən,
sosial media
platformalarından istifadə edərək, eyni
zamanda müxtəlif filmlər, seriallar, eləcə də bəzi telelayihələr
vasitəsilə cəmiyyətin əsasını təşkil
edən ailə institutunda qadın kişi qarşıdurmasına nail
olsunlar. Bu da nəticədə ailə münaqişələrində,
boşanmaların statistikasında artım yaradır. Bəli, aqressiv feminist
hərəkatın dalğasının təsiri ilə bir sıra hallarda “gender bərabərliyi”, “qadınların hüquqi maarifləndirilməsi” adı
altında təəssüflər olsun ki, qadınları kişilərə
qarşı körükləyirlər. Nəticədə qadın-kişi
qarşı durması günümüzün
reallığına çevrilib. Bu gün
boşanmaların nəticələrini təhlil edəndə
görürük ki,
qadınlar daha çox
boşanma ilə bağlı məhkəməyə
müraciət ediblər. Halbuki, vaxt var idi
Azərbaycan qadını və Azərbaycan kişisi
boşanmanı ailə dramı, ailə faciəsi kimi qarşılayırdı. Bu
o vaxt idi
ki, Azərbaycan ənənəvi cəmiyyət
idi. Bilirik ki, cəmiyyətin fərd üzərində
dominantlığı olur, ictimai
qınaq güclü olur.
Çox təəssüf ki,
bu gün ictimai qınaq artıq arxa
plana keçib, ictimai qınaq nəzərə alınmır.
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən və qlobal dünyaya
açıldıqdan, açıq cəmiyyətə transfer olunduqdan sonra Azərbaycan adamı artıq
boşanmanı ailə dramı kimi
qarşılamadı və gördülər ki,
Qərbi Avropada heç
də boşanma ailə faciəsi kimi yox, fərdin liberal seçimi kimi qiymətləndirilir. Şübhəsiz ki, Azərbaycana ixrac olunan serialların, filmlərin də burda rolu oldu.
Xüsusən də xaricə
gedib gələn insanlar ordakı həyat tərzlərini də gördülər, gördükləri həyat
tərzlərini bir növ təqlid etməyə, imitasiya etməyə başladılar.
Beləliklə də,
artıq Azərbaycan qadını (halbuki, onlar evdar qadın
obrazında daha çox idi) iqtisadi fəal kütləyə çevrildikdən sonra daha müstəqil, daha sərbəst olmağa, eqoist həyat yaşamağa daha çox üstünlük
verməyə başladı.
Qadınlar köhnə qayda
ilə yaşamaq istəmədilər. Kişilər ailəni köhnə qayda ilə idarə edə bilmirlər, ona görə də artıq Azərbaycanda ailə böhranı yaşandı. Bu da öz əksini
qeyd etdiyim kimi boşanmaların statistikasında göstərdi.
Təbii,
burda Qərb güc mərkəzlərinin
də rolu oldu. Ənənəvi cəmiyyəti sarsıtmaq
üçün fəaliyyət
göstərdi”.
“Azərbaycan cəmiyyətinin
identikliyi onun ailə institutu ilə müəyyən olunur”
Ü.Şəfiyevin sözlərinə
görə, bizim Sovet dövründə və ona qədərki
dönəmdə klassik
ailə dəyərlərimiz,
ənənələrimiz olub,
əlbəttə ailə
münaqişələrinə də rast gəlinib,
amma Azərbaycan cəmiyyətində
mövcud olan ailə münaqişələri daha
çox cəmiyyətimizdə
mövcud olan ağsaqqal, ağbirçək
arxetiplər vasitəsilə
tənzimlənib. “Eyni zamanda ictimai
tənzimləmə mexanizmləri
ilə qaydasına qalınıb. Çox təəssüflər
olsun ki, artıq bu arxetiplər
Avropadan, Qərbdən
gələn yeni həyat dalğası fonunda güclünü itirir və Azərbaycan ailəsinin xarici təzyiqlərə immuniteti tükənir.
Ona görə də Azərbaycan ailələrində qarşıdurmalar,
böhranlar, koalisyalar
var. Çox yaxşı
olar ki, Azərbaycanda hansısa müvafiq qurum tərəfindən ailə
münaqişələrini qeydiyyatı aparılsın
və eyni zamanda bu münaqişələrlə
işləyən psixoloqların,
sosial işçilərin
akkreditasiyası, sertifikasiyası
həyata keçirilməlidir,
onların fəaliyyəti
lisenziyalı olmalıdır
ki, münaqişəli
ailələrlə işləyə
bilsinlər. Münaqişəli ailələrə vaxtında psixoloqların,
sosial işçilərin
müdaxiləsi olarsa
xeyli sayda münaqişənin qarşısı
alınar və boşanmaların statistikası
bu həddə olmaz. Ona görə də
çox yaxşı olar ki, bu
məsələyə yanaşma
həyata keçirilsin.
Ailə dəyərlərinin möhkəmləndirilməlidir. Orta məktəblərdə
şagirdlərə, gənclərə
ailə dəyərləri
aşılanmalıdır, xarici təzyiqlər onlara başa salınmalıdır. Biz anlamalıyıq ki, ailə cəmiyyəti sosial anemyadan xilas edən ən gözəl, ən güclü nüvə institutdur.
Biz bu institutu
qorumalıyıq. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin
indentikliyi onun ailə institutu ilə müəyyən olunur. Bu baxımdan, çalışmalıyıq
ki, Azərbaycan ailəsinin özəlliyiklərini
qoruyaq, onu xarici təzyiqlərdən
müdafiə edək.
Çünki bu həm də genefon təhlükəsizliyi, milli
təhlükəsizlik məsələsidir.
Biz bunu həmişə
həm dövlət, həm cəmiyyət həyatımızda prioritet
hesab etməliyik. Unutmayaq, ailə sağlam olarsa demək cəmiyyət də sosial anemiyalar uzaq olar, Azərbaycanın
demoqrafiq durumu, təbii artımı qaydasında olacaq. Belə halda sosial anemiyalar
cəmiyyətdən uzaq
olacaq. Ona görə də hər bir vasitə
ilə çalışmalıyıq
ki, sosiallaşma institutları – ailə, bağçalar, məktəblər,
ali məktəblər
sağlam olsun. Ən başlıcası isə
ailədən də, məktəbdən də daha güclü təsir imkanlarına malik olan sosial
medianın sağlam olmasına çalışmalıyıq.
Çünki ailədə uşaqların
sosiallaşmasına, ailə
dəyərlərinə sosial
medianın təsiri birmənalıdır, daha
çoxdur. Çox yaxşı
olar ki, sosial medianın fəaliyyətini tənzimləyən
ayrıca qanun qəbul olsun. Bu qanun ailə
dəyərlərini deqradasiyaya
körükləyən paylaşımlara
yol verilməsin və ailə dayanıqlılığı, Azərbaycan
ailəsinin dəyərləri
zədələnməsin. Ona görə biz bu istiqamətdə çalışmalıyıq”.
Ü.Şəfiyevin sözlərinə görə,
televizya verilişlərində
də diqqətli olunmalıdır, Azərbaycan
ailəsində deqradasiyaya
getməsini körükləyən
proqramların qarşısı
alınmalıdır, eyni
zamanda örnək ailələrdən bəhs
edən portret verilişlər təqdim edilməlidir. Sosioloqun fikrincə, bir
neçə nəsil
örnək ailələr
var ki, onlar
gənclərə böhranlı
vəziyyətlərdən çıxmaq üçün
tövsiyələr verə,
öz həyat təcrübələrini bölüşə
bilərlər. “Bu baxımdan, iz bütün səyimizlə
çalışmalıyıq ki, klassik Azərbaycan
ailə dəyərlərini
qoruya və sosial varisliklə gələcək nəsillərə
ötürə bilək”
- deyə Ü.Şəfiyev
əlavə etdi.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.-
5 fevral (№ 20).- S.8.