Dünyada boşluq yaranıb - Türk dövlətləri təşkilatına şans açıldı...

 

 

Azərbaycanın beynəlxalq təşkilatlarla qurduğu əlaqələr strateji əhəmiyyət kəsb etməklə yanaşı, dünya arenasında mövqeyini daha da möhkəmləndirib. Dövlətimiz qlobal problemlərin həlli, regional sabitliyin qorunması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi və digər nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

 

Bu münasibətlər Azərbaycanın siyasi, iqtisadisosial inkişafını təmin edir, dünya ölkələri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına zəmin yaradır. Azərbaycanın xarici siyasət strategiyası ölkəmizi beynəlxalq arenada nüfuzlu tərəfdaşa çevirməklə milli maraqları qorumaqqlobal proseslərə töhfə vermək məqsədi daşıyır.

 

Azərbaycan çoxsaylı dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir

 

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası prioritet məsələlər sırasına daxil oldu. Müstəqil dövlət olaraq Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük verdi. Etiraf edilməlidir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası məsələsində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev yeni dünya düzənində regionalqlobal inteqrasiyanı strateji xətt kimi müəyyən etmişdi. Bu siyasətin ardıcıl olaraq həyata keçirilməsi, Azərbaycanın dünyada özünü təsdiqi ilə nəticələndi. Məhz təməli qoyulan düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan hazırda çoxsaylı dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hazırda Azərbaycan nəinki dünya dövlətləri ilə əməkdaşlıq edir, hətta beynəlxalq aləmin qlobal problemlərinin həlli istiqamətində faydalı təşəbbüslə çıxış edir. Ölkəmiz bir sıra beynəlxlaq və regional təşkilatlara sədrlik edir, səmərəli fəaliyyəti ilə dünya dövlətlərinin rəğbətini qazanır. Xatırladaq ki, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Yeri gəlmişkən qeyd edək ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunurolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

 

Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər

 

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasət prioritetlərinə toxunaraq qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər: “Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmazbiz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.

 

Geosiyasi çağırışlara uyğun olaraq TDT dünyada öz sözünü deməlidir

 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədli hesab edir ki, Türk Dövlətləri Təşkilatı dünyada yaranan boşluğu doldurmaq gücündədir: “Prezident İlham Əliyevin istər yerli, istərsə də xarici media nümayəndələrinə verdiyi müsahibələrdə çox spektrli mesajlar olur. Orada həm görülən işlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirilir, həm də gələcək proseslərlə bağlı mesajlar, proqnozlar öz əksini tapır. Bu baxımdan Prezidentin ilin əvvəlində yerli telekanallara verdiyi müsahibədə bir sıra istiqamətlər var idi. Eyni zamanda Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı müəyyən konturlar var idi. TDT və D-8 ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi qeyd edib. Yəni TDT daha da güclənməlidir. Nəzərə almaq lazımdır ki, TDT bu səviyyəyə çatmasında Azərbaycanın müstəsna xidmətləri olub. Reallıq da ondan ibarətdir ki, bu gün dünyada geosiyasi vəziyyət dəyişir, yeni çağırışlar var. Ona görə də bu çağırışlara uyğun olaraq TDT dünyada öz sözünü deməlidir. Ona görə ki, TDT-in dünyada güc mərkəzi olmaq üçün kifayət qədər resurslar vardır. Birincisi, türk dövlətləri kifayət qədər böyük bir coğrafi arealı əhatə edir. Sibirdən Avropaya qədər böyük bir coğrafiyada türk dövlətləri yerləşir. Çox əlverişli bir coğrafi məkanda yerləşir, Avropa ilə Asiyanın qovuşduğu məkana sahibdilər. İkincisi, türkdilli dövlətlərdə demoqrafik problemlər yoxdur. Kifayət qədər böyük əmək qabiliyyətli resurslara malikdilər. Üçüncüsü, bu ölkələr zəngin və müxtəlif təbii resurslara sahibdilər. Ona görə də TDT çox güclü bir xarici gücə çevrilə bilər. Ona görə də həm TDT, həm də D-8 çərçivəsində fəallığımızı artırmalıyıq”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər .- 2025.- 14 fevral (№ 27).- S.8.