Dövlətçilik tariximizdə “Konstitusiyasuverenlikgünü...

 

Azərbaycan ərazi bütövlüyünüsuverenliyini bərpa edən dövlət kimi özünün yeni inkişaf dövrünə qədəm qoyub. Torpaqlarımız uzun illər işğalda olduğu üçün ərazilərimizdə suverenliyimiz tam bərqarar olmamışdı. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımızın işğalda olan hissəsi azad edildi və Azərbaycan öz suverenliyini bütün ərazilərində bərqərar etdi.

 

Böyük tarixi ənənəyə malik olan Azərbaycan dövlətçiliyi günü-gündən daha da möhkəmlənir, inkişaf edir. 1991-ci ildə dövlət müstəqiliyimizin bərpası siyasi tariximizin ən böyük hadisəsi olduğu kimi, ərazi bütövlüyümüzün bərpası da böyük tarixi, siyasi əhəmiyyət daşıyır. Yeni tariximizin ən əhəmiyyətli səhifəsini məhz bu təşkil edir.

 

Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunan qələbənin 5-ci ildönümüdür.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilKonstitusiyaSuverenlik İlielan edilib.

 

Prezident bu Sərəncamı Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzünsuverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

 

Ərazi bütövlüyümüzün bərpası dövlətçiliyimizin, milli kimliyimizin bir təsdiqi oldu. Artıq nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada Azərbaycan öz dövlətçiyini günü gündən möhkəmlədən, öz torpaqlarını işğaldan azad edən, bütün ərazisində suveren hüquqlarını bərpa edən dövlət kimi yüksək dəyərləndirilir.

 

Təbii ki, müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası, sonrakı mərhələdə ərazilərimizin işğaldan azad edilməsi, öz torpaqlarımızda suverenliyimizin bərqərar edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

 

Müstəqil dövlət kimi 30 il bundan əvvəl, 1995-ci ildə ilk Konstitusiyamız qəbul olunub. Vahid milli ideologiyanın əsas xətt kimi götürüldüyü Konstitusiyamız dövlətçiliyimizin güclənməsində, möhkəmlənməsində bir mayak olub.

 

Bu, dövlətçilik tariximizdə çox böyük hadisədir”

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli 2025-ci ilinSuverenlik İli” və “Konstitutsiya İlielan edilməsinin böyük tarixi əhəmiyyəti var. F. Ələkbərli qeyd etdi ki, öz ərazilərimizdə suverenliyimizin bərpası dövlətçilik tarixində xüsusi yeri var. “Əlbəttə, xalq olaraq suverenliyimizin və Konstitutsiyamızın əhəmiyyətini gərək daha dərindən dərk edək. Biz suverenliyimizi bərpa etmək üçün çox uzun və məşəqqətli bir yol keçmişik, bu yolda itkilərimiz, faciələrimiz çox olub. Bilirsiz ki, dövlət müstəqilliyimiz bərpa edilərkən Konstitutsiyamız yox idi, onun qəbul edilməsinə 1995-ci ildə nail olmuşuq. Bu baxımdan, 2025-ci ilinSuverenlik İli” və “Konstitutsiya İlielan edilməsi tariximiz üçün çox böyük önəm daşıyır.

 

Bir məqamı qeyd edim ki, Sovet dövründə bizə məcburən 86, 6 min kvadrat kilometr ərazi saxlanılmışdı. Ancaq SSRİ dağıldıqdan sonra həmin ərazinin müəyyən bir qisminə nəzarət edə bilmirdik, hüquqi cəhətdən də ciddi problemlər vardı. 30 ilə yaxın bir müddətdə bu problem davam etdi. Biz 86, 6 kvadrat kilometrlik ərazidə öz suvenliyimizi bərqərar etmişik, bu Konstitutsiyamız da keçərlidir.

 

Amma biz tarixə baxsaq görərik ki, bizim Azərbaycan Xalq Cumhuriyyəti dövründəki ərazimiz 114 kvadrat kilometr olub. 114 kvadratkilometrlik ərazidə suverenliyimizi élan etmişik. Dünya da bunu bu cür qəbul edirdi. Ancaq Sovetlər dönəmində torpaqlarımızın böyük bir hissəsinin Ermənistan SSRİ-yə verilməsi, GürcüstanRusiya arasında bölüşdürülməsi nəticəsində ərazimiz 86, 6 kvadrat kilometrlə məhdudlaşdırılıb. Onun da 20 faizə yaxını işğal olunmuşdu.

 

Ancaq torpaqlarımızın işğaldan azad edilməsi və ərazilərimizdə suverenliyimizin bərpa olunması dövlətimizin ciddi bir uğurudur. Bu dövlətçilik tariximizdə çox böyük hadisədir. Bu bizim yeni mərhələyə keçməyimiz üçün böyük bir uğurdur. Tarixi torpaqlarımıza sahib çıxmağımız üçün suverenliyimizi bərpa edirik və həmin ərazilərdə də konstitutsiyamız keçərlidir. Məsələnin bu tərəfi çox önəmlidir ki, artıq insanlarımız digər torpaqlarımızın tarixi, hüquqi cəhətdən sahibliyinə can atır.

 

86, 6 kvadratmetrlik ərazidə suverenliyimizin bərpası, gələcəkdə tarixi torpaqlarımızın da bütövləşməsinə tarixi bir zəmin yaradır. Biz bilirik ki, tarixi, coğrafi Azərbaycan Azərbaycan Respublikası ilə məhdudlaşmır”.

 

“Qarşımızda böyük hədəflər var

 

F.Ələkbərli hesab edir ki, bu, bizə gələcəkdə tarixi torpaqlarımıza sahib çıxmağımız üçün zəmin yaradır. Bütün hallarda Azərbaycandan ayrı düşmüş Güney Azərbaycan, Qərbi Azərbaycan və başqa tarixi ərazilərimizə sahiblənməyimiz üçün SuverenlikKonstitutsiya günlərinin bizə ciddi əsaslar verdiyini deyən F.Ələkbərli qeyd etdi ki, məsələnin bu cür dəyərləndirilməsi təsadüfi deyil. “Əvvəllər Azərbayacn Respublikası ərazisində suverenliyimiz tam bərpa edilmədiyi üçün tarixi torpaqlarımızdan danışanda bu qeyri-ciddi qarşılanırdı, bizi utopist, xəyalpərəst adlandırırlar. İndiki halda isə əksinə. Biz suverenliyimizi bərpa etmişik və irəliyyə addım atmaq üçün imkanlar var”.

 

F.Ələkbərlinin fikrincə, dövlətçilik tariximizin, milli dəyərlərimizin təbliği işində böyük fəaliyyətlər həyata keçirilməlidir. O, qeyd etdi ki, suvenliyimizə nail olduğumuz dövrə qədər olan tariximiz də dərindən öyrənilməlidir. “Azərbaycan Konstitusiyasının əsas istiqamətlərindən biri ərazi bütövlüyümüzünsuverenliyimizin bərpası olub ki, biz ona nail olmuşuq. Qarşımızda böyük hədəflər varbu bizi gələcək hədəflərimizə çatdırmaq üçün əhəmiyyətlidir. Azərbaycan xalqı öz dövlətçiyinə sahib çıxdı və biz daha böyük uğurlara addımlar atmaqla istədiklərimizə nail olacağıq. Dövlətçiliyin inkişafı, qorunması, müdafiəsi indən sonra da bizim əsas işimiz, vəzifəmizdir. Bu gənc nəslə dərindən təlqin edilməlidir, onlar bizim üçün böyük dəyər olan suverenliyimizi və Konstitutsiyamızı daha yaxşı dərk etməlidir” - deyə F.Ələkbərli bildirdi.

 

İradə SARIYEVA

Bakı Xəbər  2025.- 18 fevral (№ 29).- S.8.