Azərbaycançılıq, milli ideya və iqtisadiyyat - dünyada yerimizi təyin etmiş
amillər...
Milli ideya ümumi halda milli özşüurun sistemli ümumiləşdirilməsidir. Milli özşüur cəmiyyətin özü haqqında təsəvvürlərin cəmidir. Bu keyfiyyətdə milli özşüur cəmiyyətin bütün fəaliyyət sferalarını - sosial, siyasi, mənəvi, mədəni, əxlaqi, ideoloji və s. sahələri özündə ehtiva edir.
Bu mənada, milli ideya milli özşüurun yüksək konseptual səviyyədə yığcam və fokuslanmış ifadəsidir ki, xalqın (etnosun, qövmün, millətin) mövcudolma mənasını əks etdirir. Deməli, milli ideyanın mənbəyində milli özşüur dayanır ki, burada tarixi, psixoloji, sosial, siyasi, mədəni, mənəvi-əxlaqi, ideoloji məqamlar hər bir dönəmdə konkret məzmun alır və bu keyfiyyətdə özünün mənası olur.
Milli ideyanın
funksiyaları çoxdur, onların
sırasında xalqı birləşdirməyin ayrıca yeri və rolu vardır.
Xüsusilə, müasir tarixi
dönəmdə cəmiyyəti real olaraq birləşdirə bilən milli ideya perspektivlidir.
Müstəqil dövlətlər bu səbəbdən öz
milli ideyalarını müəyyənləşdirməyə
strateji məsələ kimi
baxırlar. Çünki indiki
xeyli dərəcədə xaotik, qeyri-müəyyənliklər və
risqlərlə dolu, sürətlə dəyişən
dünyada xalqı birləşdirməyin
real modelini müəyyən
etmək dövlət üçün də
həyati əhəmiyyətli məsələdir. Dövlət
üçün həyati əhəmiyyəti
olan məsələləri xarakterizə
edərkən milli dövlətin mədəni
tarixi birliyi saxlaması
vəzifəsi xüsusi qabardılır. Bu da avtomatik
olaraq ölkənin ictimai
və dövlət institutlarının sabit
fəaliyyətinin təmin edilməsi ilə yanaşı,
inkişafını da nəzərdə tutur. Müasir dövlət üçün həyati
əhəmiyyət daşıyan məsələlər kimi daxili siyasi,
mənəvi, mədəni, ideoloji, konfessional və etnik birliyi təmin etməklə xarici
dağıdıcı təsirlərə qarşı
dayanıqlı immunitetə malik
olmağı göstərmək olar.
Təcrübə göstərir ki, istənilən
halda güclü
iqtisadiyyatı olmayan ölkə nə daxili birliyini təmin edə
bilir, nə də milli
maraqlara uyğun stabil mövqe tutur. Belə nəticə
çıxır ki, ulu
öndər Heydər Əliyevin müəyyən etdiyi güclü dövlət
quruculuğu konsepti
çərçivəsində güclü
iqtisadiyyat yaratmaq xətti
Azərbaycanın müstəqil dövlət kimi
regionda və qlobal miqyasda yerini müəyyən
edib. Azərbaycan özünü
təmin edən və dinamik inkişafda olan iqtisadi sistem qura bilib. Bu
əsasda dövlətin mövqeyi tam stabilləşib. Yəni daxili
sabitlik, sakitlik, sosial-siyasi, mənəvi-mədəni, ideoloji birlik olmadan dayanıqlı surətdə dövlət
maraqlarını müdafiə etmək mümkün
olmur. Bu, müstəqil
dövlət quruculuğunun müasir dönəmdə çox
mühüm şərtidir. Müstəqil
dövlətlərin son illərdə
topladıqları təcrübə göstərir ki, praktiki müstəvidə
buna nail olmaq ciddi məsələdir.
O, çoxlu sayda
çətinliklər və həlli zəruri olan
problemləri aradan qaldırmağı tələb
edir. Cənubi Qafqaz
dövlətlərinin nümunəsində bu
tezisin doğruluğuna
əmin olmaq mümkündür.
Azərbaycan yeritdiyi
uğurlu və rasional siyasəti ilə buna nail ola bildi.
İdeologiya, iqtisadiyyat və
milli ideyalar Azərbaycanı layiq olduğu yerə çıxardı
Prezident İlham Əliyev Çinin CGTN telekanalına
müsahibəsində Azərbaycanın
dünyada yerini müəyyən edən faktorlarla bağlı çox önəmli məqamlara toxunub. Ölkə
başçısı qeyd
edib ki, ideologiya, iqtisadiyyat və milli ideyalar
Azərbaycanı dünyada
layiq olduğu yerə gətirib çıxarıb: “Biz özümüzü
daxili işlərə
müdaxilədən qorumağa
müvəffəq olduq.
Lakin heç də hər bir ölkə
bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman
sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını
müdafiə etmək
üçün daha az imkanı
olacaq. İqtisadiyyat hər şeyin
əsasını təşkil
edir. İdeologiya, iqtisadiyyat və
milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı
bizim layiq olduğumuz yerə gətirib çıxardı”.
Prezidentin Azərbaycanın dünyadakı
yerinin müəyyən
olunmasında həlledici
formul kimi verdiyi bu üç
prinsipin içərisində
azərbaycançılıq ideologiyasının rolu nədən ibarətdir?
Azərbaycançılıq cəmiyyətdə
birləşdirici, təkanverici
rol oynadı
Sözügedən məsələni “Bakı-Xəbər”ə
şərh edən şərqşünas Seyid
Camal Əzimbəylinin
fikrincə, hər üç faktorun uğurlu formada əlaqələndirilməsi və
aparılan düzgün
siyasət Azərbaycanın
qələbəsini təmin
edib: “Mərhum prezident Heydər Əliyev tərəfindən
əsası qoyulan azərbaycançılıq ideyası
və bunun Prezident İllham Əliyev tərəfindən
uğurla davam etdirilməsi çox önəmli rola malikdir. Məsələ ondadır ki,
azərbaycançılıq ideyası həqiqətən
də cəmiyyətdə
birləşdirici, təkanverici
rol oynadı. Halbuki, dünyada bəzi dövlətlər illərdir
vahid birləşdirici
ideya ətrafında birləşə bilmirlər.
Çünki bunun fundamental əsaslarını
praktiki nöqteyi-nəzərdən
yarada bilmirlər.
Nəticədə həmin ölkələrdə
illərdir təbəddülatlar
səngimək bilmir.
Ancaq Azərbaycan bütün dünyaya nümunə olacaq bir duruş,
bir konsepsiya ortaya qoydu. Birinci Qarabağ müharibəsində
məğlub olsaq da, cəmiyyəti konsolidasiya etmək mümkün oldu. Məhz azərbaycançılıq ideyası
sayəsində. Nəticədə
atəşkəsdən 26 il sonra ərazilərimizi işğaldan
azad etdik. Azərbaycanın uğurlarının kökündə həm də iqtisadiyyat dayanır. Əgər biz iqtisadi baxımdan
hansısa ölkədən
asılı olsaydıq,
bu uğurları təmin edə bilməzdik. Bu baxımdan güclü iqtisadiyyat bu məsələdə önəmli
faktorlardan biridir.
1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin kontraktı” sazişi və illər sonra bunun gətirdiyi dividentlər ölkəmizin
iqtisadi müstəqilliyinin
təmin edilməsində
mühüm rol oynadı. İqtisadi müstəqillik sayəsində müasir silahlar alıb güclü ordu yarada bildik. İqtisadi müstəqillik
hesabına əhalinin
sosial durumu yaxşılaşdırıldı, infrastruktur yeniləndi, məcburi köçkünlərin
mənzil şəraiti
yaxşılaşdırıldı və s. Bütün bunlar birlikdə güclü Azərbaycanın
qurulmasına öz töhfəsini verdi”.
Vidadi ORDAHALLI
Bakı Xəbər 2025.- 19 fevral (№ 30).- S.8.