"44 gün - Tarixi zəfər"-in 3 cildi Zaqatalada təqdim edildi...

 

Nəzakət Məmmədova: “Bu cildlərdə Zaqatala, Qax Balakən rayonlarından Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə ensiklopedik məlumatlar yer alıb

 

Uzun illərdir ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində misilsiz işlər görür, kitablar, xüsusi buraxılışlar, cildliklər hazırlayıb nəşr edir.

 

Şəhidləri xalqımızın əbədi ünvanı sayan redaksiya kollektivi bu ünvanların işığının sönməməsi, o oğulların yaddan çıxmaması, həmişə xatırlanması üçün fəaliyyət göstərir. Bir neçə cilddən ibarət olan “44 günTarixi zəfəradlı nəşr redaksiyanın Vətən müharibəsi şəhidlərinə ucaltdığı kitab-abidədir. Bu cildiliyin ayrı-ayrı rayonlarda şəhid ailələrinə təqdim edilməsi mərasimi keçirilir. Bu dəfə redaksiya Zaqatalaya üz tutub, o bölgədəki şəhid ailələrinə bu kitabı təqdim edib.

 

baki-xeber.com-un məlumatına görə, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası fevralın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində “44 günTarixi zəfəradlı kitabın I, II III cildlərinin təqdimat mərasimini keçirib. Mərasimdə Zaqatala, Qax Balakən rayonlarından olan şəhidlərin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin əməkdaşları iştirak edib.

 

“44 günTarixi zəfəradlı kitabın I, II III cildlərinin təqdimat mərasimində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərmin İbrahimova, Zaqatala rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Zaqatala şəhidi Əhməd Laçınovun anası Züleyxa Laçınova, Qax rayon şəhidi Hacıəhməd Hacıəhmədlinin anası İlkinbahar Səmədova, Balakən rayon şəhidi Kamal Məmmədovun anası Zümrüd Məmmədova çıxış edib, bu nəşrin çağdaş tariximizdə oynadığı rolu vurğulayıblar.

 

Təmsil etdiyimiz Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük zəfərlər bəxş edən cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə mühüm görür

 

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışındaXalqımız tarixi anlar yaşayır. Bu il Qələbəmizin 5-ci ildönümüdür. Müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımız artıq azaddır torpaqlarda üçrəngli bayrağımız dalğalanır...

 

Əlbəttə, müharibə qansız-qadasız ötmür, şəhidlərimiz var... Təmsil etdiyimiz Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük zərəfər bəxş edən cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə mühüm görür.

 

Bu istiqamətdə Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş şəxslərlə bağlı "44 gün - Tarixi zəfər" adlı çoxcildliyinin birinci, ikinci üçünců cildləri artıq çapdan çıxıb. Növbəti cild üzərində işlər aparılır.

 

Bu cildlərdə Zaqatala, Qax Balakən rayonlarından Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə ensiklopedik məlumatlar yer alıb.

 

Hazırda biz sizinlə birlikdə "44 gün - Tarixi zəfər" adlı çoxcildliyin haqqında bəhs etdiyimiz birinci, ikinci üçüncü cildinin təqdimatına toplaşımışıq.

 

Qeyd edim ki, şəhidlər barədə məlumat toplayarkən yerli icra hakimiyyətlərinin müharibə iştirakçıları şəhid ailələri ilə üzrə şöbələri, həmçinin, şəhid ailələrinin özləri ilə sıx əlaqə qurur, məlumatların doğruluğunu təsdiq etmək üçün onların yardımından istifadə edirik. Fürsətdən istifadə edib bizə göstərdikləri kömək üçün onlara minnətdarlığımı bildirirəm”-deyə bildirib.

 

N.Məmmədova çıxışında Xatirə Kitabının yaradılması tarixi barədə məlumat verib. Baş redaktor vurğulayıb ki, ilk vaxtlar Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi mədəni həyatında çox nəcib müqəddəs bir missiya yerinə yetirir. Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixliVətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqındaQanuna əsasən Azərbaycan vətəndaşlarının xatirəsini əbədiləşdirmək işini məhz Respublika Xatirə Kitabı Redaksiyası həyata keçirir.

 

Xatirə Kitabının cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik kitab artıq ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib.

 

2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş təndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi mülki şəxslərin sonrakı taleləri araşdırılıb dörd cilddən ibarət (iki dildə) kitab hazırlanıb, ictimaiyyətə təqdim edilib.

 

Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından da kitablar nəşr edir, ha-zırda layihə üzrə işlər davam etdirilir.

 

Respublika Xatirə Kitabı Redaksiyası həmçinin "Vətən daşı... ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin hamısı geniş ictimaiyyətə təqdim olunub.

 

"Heç kim unudulmur, heç yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə Kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk”-deyə bildirən N.Məmmədova çıxışının sonunda bildirdi ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman qeyrətli Azərbaycan övladları öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

 

Bizə Qələbə sevinci yaşadan şəhid oğulları anmaq, onların adlarını xatirələrini əbədiləşdirmək bizim əsas işimizdir.

 

Şəhidlər bizim əbədiyyət ünvanımızdır.

 

Sağlamlıqlarını itirmiş qazilərimiz bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

 

Bugünkü tədbirin baş tutmasında yaratdığı şəraitə görə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısına digər aidiyyatı şəxslərə təşəkkür edirəm.

 

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr arzulayıram”-deyə baş redaktor bildirdi.

 

Sonda “44 günTarixi zəfəradlı kitabın I, II III cildləri Zaqatala, Qax Balakən rayonlarından olan şəhid ailələrinə təqdim edilib.

 

İradə SARIYEVA

Bakı Xəbər 2025.- 21 fevral  № 32.- S.12;13.