Azad rayonlarımızın bərpası ölkənin inkişafında xüsusi fenomenə çevrilir...

 

Regionların sosial-iqtisadi inkişafına yönəlik tədbirlər işğaldan azad edilmiş ərazilərdə davam etdirilir. Bu ərazilərdə ölkənin iqtisadisosial siması bərpa edilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı strategiya hazırda azad edilmiş əraziləri də əhatə edir, burada geniş miqyasda tətbiq edilir.

 

Azad ərazilər tamamilə yenidən qurulur, burada həm yaşayış evləri tikilir, həm müəssisələr, fabriklər, zavodlar açılır, sahibkarlıq subyektləri yaradılır.

 

Azad rayonlarda yeni yaradılan müəssisələr, yerləri…

 

Keçən ilin fevralında mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, işğaldan azad edilmiş rayonlarda 2023-cü il ərzində 1 271 yeni yeri açılıb.

 

2022-ci ildə isə işğaldan azad edilmiş rayonlarda 797 yeni yerləri yaradılmışdı.

 

2023-cü ildə ən çox yeni yeri Laçın və Şuşada yaradılıb. Laçında 625, Şuşada isə 275 yeni yeri yaradılıb.

 

Təbii ki, bu proses 2024-cü ildə davam etdirilib. Həmin ilin ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1532 yeni yeri yaradılıb. Göründüyü keçən il xeyli sayda müəssisə açılıb yerli əhali işlə təmin edilib. Azad rayonlarda yaşayan insanların işlə təmin olunması onların sosial rifahının güclənməsinə şərait yaradır.

 

Azad rayonların bərpası, yenidən qurulması, müxtəlif təyinatlı tikililərin inşa edilib istifadəyə verilməsi, burda yeni parkların, yaşıllıq zolaqlarının salınması, muzeylərin, mədəniyyət müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının, müxtəlif kursların fəaliyyət göstərməsi ciddi bir nümunə kimi diqqəti cəlb edir. Bu gün Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə, Zəngilanda başqa azad ərazilərimizdə aparılan tikinti qiruculuq işləri, yeni yerlərinin açılması prosesi, əhalinin məskunlaşması kimi amillər bizim o torpaqlara necə böyük əhəmiyyət verdiyimizin göstəricisdir.

 

Bütün bu proses Prezident İlham Əliyevin şəxsi tapşırığı əsasında həyata keçirilir bu böyük tarixi hadisəyə ölkə başçısı rəhbərlik edir.

 

Prezident azad rayonlara tez-tez səfərlər edir səfərlər çərçivəsində kəndlərin, yeni müəssisələrin, təhsil, səhiyyə ocaqlarının, fabkrik zavodların, parkların əsasını qoyur.

 

Tikiş fabriki, “Buludhotelin açılışı, təməli qoyulan Zəfər parkı

 

Prezidenti İlham Əliyev Xankəndinə səfəri çərçivəsində fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub. Ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan Özbəkistan arasında iqtisadi investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Ümumilikdə burada 800 yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə ixrac ediləcək.

 

Məlumata görə, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

 

Bildirilir ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.

 

Prezident İlham Əliyev həmçinin Xankəndi şəhərində əsaslı təmir bərpadan sonraBuludhotelinin açılışında iştirak edib. Məlumata görə, ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq qapalı restoranlar fəaliyyət göstərəcək. Hoteldə 50 nəfər işlə təmin olunub.

 

Qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür. Füzuli Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.

 

Qələbəmizin əsas simvollarından biri olan növbəti Zəfər parkı Xankəndidə inşa olunacaq. Prezident İlham Əliyev Xankəndi səfəri zamanı bu şəhərdə Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Xankəndi şəhərində, Ağdərə Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov ölkə başçısına parkda görüləcək işlər barədə məlumat verərkən bildirib ki, Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. Ümumilikdə ərazidən 279 min 416 kubmetr həcmində söküntü tullantılarının daşınması təmin olunub. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.

 

Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görüldüyü vurğulanıb.

 

Qeyd edilib ki, ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün suverenliyimizin tam bərpasının rəmzidir. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.

 

Azad ərazilərin sosial iqtisadi inkişafı get-gedə sürətlənir, daha geniş miqyas alır. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz yaxın illərdə bu rayonları kəndləri tam olaraq inkişaf etmiş görəcəyik onların sosial həyatımıza, iqtisadiyyatımıza verdiyi töhfələri müşahidə edəcəyik. R

egionların sosial iqtisadi inkişaf strategiyasının azad rayonlarda geniş intişar tapması burada gələcək böyük inkişafın müjdəsini verir.

 

İradə SARIYEVA

Bakı Xəbər  2025.- 21 fevral № 32.- S.8.