Çindən Avropaya “Yaşıl dəhliz” - Azərbaycan təşəbbüskar və aparıcı rolda...

 

Azərbaycan dünyəvi və demokratik ölkə olmaqla yanaşı, həm də liberal iqtisadiyyata malik bir dövlətdir. Müstəqilliyin ilk dönəmində liberal iqtisadiyyatayeni iqtisadi münasibətlərə keçid bir qədər ağrılı və çətin olsa da, sonrakı illərdə vəziyyət pozitiv istiqamətdə inkişaf etməyə başladı.

 

Əgər “Əsrin müqaviləsi”nin imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdisə, sonrakı dönəmdə mənzərə tam fərqli oldu. Çünki beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilmək istəyən Azərbaycan da özəl sahəni prioritet istiqamət kimi müəyyənləşdirdi. Bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqlədi.

 

Sahibkarlığın inkişafına xidmət edən zəruri hüquqi baza yaradılıb

 

Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlıq institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxilixarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərdi. Təsadüfi deyil ki, ümumdaxili məhsulda özəl sektorun payı ilbəil artır. Sahibkarlığın inkişafına xidmət edən zəruri hüquqi baza yaradıldı. Bundan sonra neftən gəlir və xarici investisiyalar birbaşa özəl sektorun inkişafına yönəldildi. Daha sonra isə sahibkarlığın inkişafına əngəl olan amillər aradan qaldırıldı. Nəticədə özəl sektor ÜDM-də dövlət sektorunun payına tədricən sahib çıxdı. Təsadüfi deyil ki, son illər dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran “İnkişafın Azərbaycan modelini gündəmə gətirir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas elementlərindən olan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır. Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlarainvestisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir.

 

Çini enerji kabeli ilə bir-biri ilə bağlayacaq

 

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində dedi ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar: “Və bu proses artıq gedir. COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq”.

 

Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlığın perspektivi böyükdür

 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Azərbaycanın Çinlə genişlənən iqtisadi əlaqələri çoxşaxəlidir: “İki ölkə arasında iqtisadi-ticarət əlaqələri getdikcə genişlənir. Ötən il iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Hər iki dövlət arasında son 10 il ərzində iqtisadi sahədə əsas müzakirə mövzusu Orta Dəhliz layihəsi olub. ÇininBir Kəmər, Bir Yol Təşəbbüsünə” ilk qoşulan və dəstəkləyən Azərbaycan Orta Dəhliz layihəsinə dəstək verməklə yalnız regional tranzit imkanlarını gücləndirməyi planlamır. Həmçinin müəssisələrin yaradılmasını hədəfləyir. Məsələ ondadır ki, Çin kapitalı ilə Orta Dəhlizin keçdiyi ölkələrdə müəssisələr yaradılır. Çin investisiyasının dünyadakı rolu getdikcə güclənir. Bu baxımdan ölkəmiz Çin üçün daha cəlbedicidir. Azərbaycan həm qərb, həm şərq müəssisələri üçün unikal coğrafiyada yerləşir. Bir sıra hallarda Çində ixrac məqsədli məhsulların istehsalına ehtiyac yoxdur. Həmin müəssisələr Ələt Azad İqtisadi Zonasısının ərazisində əsas kapitala sərmayə qoyaraq Çin mənşəli məhsulları qərb bazarlarına çıxara bilərlər. Habelə qərb müəssisələrinin istehsalını azad iqtisadi zonalarda quraraq Çin bazarlarına çıxış əldə etmək imkanları var. Digər tərəfdən Çinin “yaşıl enerji” sahəsində böyük təcrübəsi var. Günəş enerjisi panelləri, külək enerjisi qurğuları əsasən Çində istehsal edilir. Azərbaycanda günəş elektrik stansiyalarının panelləri əsasən Çin istehsalıdır. O baxımdan Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlığın perspektivi böyükdür”.

 

Vidadi ORDAHALL

Bakı Xəbər  2025.- 22-24 fevral № 33.- S.8.