Konstitusiya və suverenlik: dövlətçiliyin təməl
prinsipləri
Konstitusiya və suverenlik anlayışları hər
bir dövlətin mövcudluğunun əsas
sütunlarından biridir. Konstitusiya dövlətin
hüquqi, siyasi və sosial əsaslarını müəyyənləşdirən,
vətəndaş hüquqlarını
qoruyan və dövlət hakimiyyətinin
legitimliyini təmin edən hüquqi aktdır. O, dövlətin
sabit inkişafını
və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini təmin
edən fundamental sənəddir.
Beynəlxalq hüquqa görə, dövlətin əsas atributlarından biri suverenlikdir. Suverenlik dövlətin daxili
idarəçiliyini, qanunlarını,
iqtisadiyyatını, mədəniyyətini
qorumağı və xarici siyasətini sərbəst müəyyən
etmək imkanlarını
ifadə edir. Suveren dövlət öz qanunlarını müstəqil
qəbul edir, xarici siyasətini heç bir kənar təsir olmadan müəyyən edir, iqtisadi, mədəni və sosial inkişafını müstəqil planlaşdırır.
Suverenliyin iki əsas aspekti var: daxili və
xarici suverenlik. Daxili suverenlik dövlətin öz ərazisində qanunları tətbiq etməsi və idarəçilik funksiyalarını
müstəqil yerinə
yetirməsidir. Xarici suverenlik
dövlətin beynəlxalq
münasibətlərdə müstəqil qərar qəbul etməsi və öz maraqlarını qorumasıdır.
Bu iki anlayışın
vəhdəti ölkənin
hüquqi və siyasi sisteminin bünövrəsini təmin
edir.
Müasir dünyadakı qloballaşma,
siyasi-iqtisadi inteqrasiya
prosesləri suverenlik anlayışını müəyyən
qədər dəyişsə
də, Konstitusiya hər bir dövlətin
müstəqilliyini qoruyan
əsas hüquqi sənəd olaraq qalır. Konstitusiya suverenliyin əsas
hüquqi zəmanətidir.
Azərbaycan müstəqillik yollarında
1990-cı illərin əvvəllərində
Azərbaycanda siyasi xaos və qeyri-sabitlik
hökm sürürdü. Ulu Öndər
Heydər Əliyev separatizm və xarici müdaxilə cəhdlərinin qarşısını
alaraq milli ordu quruculuğuna başladı və hüquq-mühafizə orqanlarını
gücləndirdi. Dövlət institutları yenidən qurularaq idarəçilik sistemində nizam-intizam yaradıldı. Azərbaycanın beynəlxalq təşkilatlarda
tanınması, müstəqil
xarici siyasət kursunun formalaşdırılması
və beynəlxalq müqavilələrin imzalanması
üçün danışıqlar
prosesi başladı.
1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqilliyini
əldə edən postsovet dövlətləri
suverenliklərini hüquqi
müstəvidə təsbit
etmək üçün
yeni konstitusiyalar qəbul etdilər. Lakin bu ölkələrin Konstitusiya
inkişafı müxtəlif
siyasi, hüquqi və institusional amillərin təsiri altında fərqli istiqamətlərdə inkişaf
etdi. Keçmiş
SSRİ ölkələri, əsasən, iki idarəetmə modelindən
birini seçdi: Azərbaycan, Rusiya, Belarus,
Qazaxıstan, Türkmənistan
prezident üsul-idarəsini,
Gürcüstan, Estoniya,
Latviya, Litva, Moldova isə parlament üsul-idarəsini seçdi.
1994-cü ildə imzalanan
Əsrin müqaviləsi
ilə Azərbaycan dünya enerji bazarında mühüm oyunçuya çevrilərək
dövlətin suveren siyasət yürütməsi
üçün güclü
iqtisadi baza formalaşdırıldı. Ulu Öndər
Heydər Əliyevin qurduğu siyasi-hüquqi sistem Azərbaycanın suveren dövlət kimi möhkəmlənməsinə
səbəb olub.
Onun rəhbərliyi
ilə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın ilk müstəqil
Konstitusiyası qəbul
edildi. Bu Konstitusiya Azərbaycanın müstəqil,
demokratik və hüquqi dövlət olduğunu təsdiqlədi,
insan hüquqları və azadlıqlarını
əsas prinsiplər kimi müəyyən etdi, hakimiyyət bölgüsünü (qanunvericilik,
icra və məhkəmə) hüquqi
çərçivəyə saldı, Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü
qorumaq prinsipini təsbit etdi. Konstitusiya Azərbaycan dövlətçiliyinin
hüquqi əsasını
formalaşdırdı və
ölkənin gələcək
inkişaf istiqamətini
müəyyən etdi.
Prezident cənab İlham Əliyev isə bu siyasəti
davam etdirərək Azərbaycanın beynəlxalq
səviyyədə güclənməsinə
və ərazi bütövlüyünün tam bərpasına nail oldu.
2009-cu ildə Konstitusiyada
seçki qaydaları
dəyişdirildi və
idarəetmə sistemi
təkmilləşdirildi, 2016-cı ildə Konstitusiya islahatları ilə icra hakimiyyəti gücləndirildi, vitse-prezidentlik
institutu yaradıldı
və idarəçilik
effektivləşdirildi. Bu islahatlar ölkədə hüquqi sistemin möhkəmləndirilməsinə və dövlətin suveren siyasətinin davamlı olmasına şərait yaratdı.
Hücum
diplomatiyası Azərbaycanın
beynəlxalq mövqeyini
möhkəmləndirdi
Prezident cənab İlham Əliyev indi Beynəlxalq arenada daha aktiv, təşəbbüskar
və bəzi hallarda hücum xarakterli strategiyası ilə fərqlənir. Bu yanaşma Azərbaycanın
milli maraqlarını
daha qətiyyətli müdafiə etməyə,
xüsusilə Qarabağ
məsələsində beynəlxalq
reallıqları dəyişməyə
və ölkənin geosiyasi çəkisini artırmağa xidmət etdi. Ölkə başçısının həyata keçirdiyi hücum diplomatiyası Azərbaycanın beynəlxalq
mövqeyini möhkəmləndirdi
və Qarabağ məsələsində ölkənin
qələbəsini təmin
etdi. İndi Azərbaycan artıq
passiv mövqe tutan ölkə deyil, regional və beynəlxalq arenada təşəbbüskar, strateji
düşünən və
öz maraqlarını
qorumaq üçün
aktiv addımlar atan dövlətə çevrilib. Yeni geosiyasi reallıqlar da göstərir ki, Azərbaycanın güclənən rolu təkcə Cənubi Qafqazla məhdudlaşmır,
həm də Avropa, Yaxın Şərq və Asiyada strateji aktor kimi mövqeyini
möhkəmləndirir.
2019-2023-cü
illərdə Azərbaycan
Qoşulmama Hərəkatına
sədrliyi dövründə
gördüyü işlər
təkcə təşkilatın
deyil, eyni zamanda qlobal ədalətin və beynəlxalq əməkdaşlığın
inkişafına böyük
töhfə verdi.
Pandemiya ilə mübarizə, beynəlxalq hüququn qorunması, inkişaf etməkdə olan ölkələrə dəstək
və yeni təşəbbüslərin irəli
sürülməsi Azərbaycanın
bu müddətdəki
əsas uğurları
hesab olunur.
COP29 Azərbaycan üçün təkcə ekoloji tədbir deyil, həm də strateji hadisədir
2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın suverenliyi dövründə ən mühüm beynəlxalq tədbirlərindən biri oldu. Bu konfrans təkcə ekoloji problemlərin həllinə deyil, həm də ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət etdi. Konfransda 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalının 30 faizinin bərpa olunan mənbələrdən əldə edilməsi hədəfləndi. Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji zonası” konsepsiyası təqdim edildi. Günəş, külək və hidroenerji layihələri ilə bağlı beynəlxalq investorlarla əməkdaşlıq memorandumları imzalandı. COP29 Azərbaycan üçün təkcə ekoloji tədbir deyil, həm də suverenliyini möhkəmləndirən, iqtisadiyyatı şaxələndirən və qlobal proseslərdə aktiv rol oynamağa imkan yaradan strateji bir hadisə oldu.
Konstitusiyamızın 30 illik tarixi ölkənin hüquqi dövlət kimi inkişaf etdiyini, insan hüquqlarının qorunmasını və demokratik idarəçiliyin möhkəmləndiyini göstərdi. Bu ildönümü Azərbaycan xalqı üçün hüquqi dövlət quruculuğunun davamlığını və inkişafını simvolizə edən əlamətdar hadisə oldu.
Son 30 ildə bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də vətəndaşların hüquqlarının qorunması, məhkəmə-hüquq sisteminin şəffaf və effektiv fəaliyyəti üçün ciddi islahatlar aparılıb. Elektron xidmətlərin tətbiqi, alternativ cəza tədbirlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması ölkədə hüququn aliliyini təmin etməyə xidmət edir. Bu islahatlar Azərbaycanda hüquqi dövlət quruculuğunun gücləndirilməsinə və vətəndaş məmnuniyyətinin artırılmasına mühüm töhfə verir. Azərbaycan dövləti həm hüquqi islahatlarla Konstitusiya əsaslarını möhkəmləndirib, həm də siyasi, iqtisadi və hərbi tədbirlərlə suverenliyini qoruyub. Qarabağın tam nəzarətə götürülməsi, beynəlxalq arenada müstəqil siyasətin aparılması və hüquqi çərçivənin modernləşdirilməsi bu istiqamətdə atılan əsas addımlardandır.
Regionda formalaşan yeni geosiyasi reallıqlar
Azərbaycan 2020-ci ildə qazandığı tarixi qələbədən sonra regionda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlardan biri də Zəngəzur dəhlizi adlanan strateji nəqliyyat marşrutun açılmasıdır. Bu dəhliz Naxçıvanla birbaşa quru bağlantını təmin etməklə yanaşı, beynəlxalq ticarət yolları üçün də əhəmiyyətli bir layihədir. Zəngəzur dəhlizi və Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Cənubi Qafqazda balanslaşdırılmış idarəetmə siyasəti, sülh prosesinin aktivləşdirilməsi, iqtisadi diversifikasiya, rəqəmsal inkişaf və geosiyasi tərəfdaşlıqların gücləndirilməsi üzərində qurulub. Bu layihə təkcə iqtisadi dividentlər qazandırmır, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini gücləndirir. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanla birbaşa bağlantı yaranacaq, eyni zamanda Türkiyə, Mərkəzi Asiya və Avropa arasında mühüm nəqliyyat arteriyası rolunu oynayacaq.
Konstitusiya və suverenliyin otuz ilində Azərbaycanın nailiyyətləri
Ulu Öndər Heydər Əliyevin qurduğu hüquqi dövlətçilik təməli və müstəqil siyasət xətti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycanın Konstitusiyası və hüquqi islahatlar dövlətin güclü idarəçilik sistemini formalaşdırırdı, Ərazi bütövlüyü bərpa edildi və suveren dövlət olaraq beynəlxalq arenada gücləndi, iqtisadi, hərbi və diplomatik sahələrdə müstəqil siyasət aparılaraq Azərbaycanın qlobal mövqeyi möhkəmləndirildi.
2025-ci il Azərbaycan
Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edildi. Bu qərar
ölkəmizin müstəqillik
tarixində mühüm
əhəmiyyət kəsb
edən iki tarixi hadisənin ildönümləri ilə
əlaqədardır. Konstitusiyanın 30-cu ildönümü, Vətən müharibəsində
qazanılmış qələbənin
5-ci ildönümü. Beləliklə, 2025-ci il ərzində ölkəmizdə Konstitusiyamızın
və suverenliyimizin əhəmiyyətini vurğulayan
bir sıra tədbirlər və layihələr keçiriləcəkdir.
Bu tədbirlər Azərbaycanda dövlətçiliyin
daha da gücləndirilməsi,
hüquqi islahatların
davam etdirilməsi və beynəlxalq mövqeylərin daha da möhkəmləndirilməsi
üçün yeni bir mərhələdir.
Niyaməddin
Əliyev,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı
Bakı Xəbər .- 2025.- 26
fevral (№35).- S.12.