Dünya dinietnik toqquşmaların cəngində - Azərbaycan rəvan halda yerində... Bu nədir?

 

 

Azərbaycan tarixən bir çox dinlərin, mədəniyyətlərin, xalqların köç etdiyi ərazi olub. Zərdüştilik, Xristianlıq, Musəvilik və nəhayət, İslam dini bu torpaqlarda özünə yer edib.

 

Azərbaycanda fərqli din və məzhəblərin uzun illər yanaşı yaşaması tarixi və mədəniyyət yaddaşı ilə bağlı idi. Şumerlərdən başlayaraq bir çox mədəniyyətlərdən təsirlənmiş bu torpaqlarda fərqliliklər zamanla dəyərə çevrilib.

 

Ölkəmizdə din sahəsində mövcud olan sabitlik və tolerantlıq dövlət siyasətinin nəticəsidir

 

VII əsrdə İslamın gəlişi ərəfəsində Azərbaycanın qonşularından biri atəşpərəst – Zərdüşti Sasanilər, digəri isə xristian - Bizans idi. Azərbaycan müəyyən dövrdə bu dövlətlərin hakimiyyətləri altında qalıb. Məhz bu səbəbdən yerli xalq, dövlətlərin və dinlərin dəyişməsinə baxmayaraq, birgəyaşayışa inanıb. Məcusi Sasanilər, xristian Bizansın, daha sonra Xilafətin gəlişi ilə İslamın bu torpaqlarda yayılması zamanı xalqlar inanc təmkinini pozmayıb. Dövlətlərin ideologiyalarına baxmadan xalqlar yanaşı yaşayıblar. Əgər əksi olsaydı, bu torpaqlarda din-məzhəb savaşları heç zaman bitməzdi. Sünni, şiə, sufi, alban (xristian), yəhudi, erməni, daha sonra rus, molokansair dini məzhəblərin bu torpaqda birgəyaşayışını hansısa dövlət qanunu deyil, xalq özü qura bilərdi və belə də oldu. Azərbaycanda din sahəsində mövcud olan sabitlik və tolerantlıq dövlət siyasətinin nəticəsidir. Adətən terrorradikal dini təşkilatlar dövlətlərin zəif olduğu, milli ideyanın arxa plana atıldığı ölkələrdə qüvvətlənir. Bir qayda olaraq, xaricdən maraqlı güclər və ya yerli hakimiyyət bəzən cəmiyyətin özünü bölmək və daxili problemlərlə məşğul etmək üçün dini radikalizmdən silah kimi istifadə edir. Şükürlər olsun ki, hazırda Azərbaycanda belə vəziyyət yoxdur. Dövlət din sahəsi üzərində ciddi nəzarət qurubbu səbəbdən də hətta radikalizmə meylli şəxs və təşkilatlar belə bunu açıq edə bilmir. Ona görə ki, onlara meydan verilmir. Digər tərəfdən, ölkəmiz min illərdir fərqli din və məzhəb ardıcıllarının yaşadığı ərazi olub. Lap qədim inancları kənara qoysaq, Azərbaycan ərazisində atəşpərəstlik, ardınca ilk xristianlıq, sonra islamonun müxtəlif cərəyanları və yəhudilik mövcud olub. Yəni burada müxtəlif etnikdini icmalar birgə yaşamağı uzun əsrlərdir öyrəniblər. Azərbaycan xalqı başqa din və məzhəblərə qarşı tolerantdır. Dövlət də hazırda bu xətti aparır. Kənardan təsirlər və içəridə radikal fikirlərin güc tapıb aşkar fəaliyyətə keçməsinin qarşısını alır.

 

Heç vaxt dini zəmində ayrıseçkilik və qarşıdurma baş verməyib

 

Bir müddət əvvəl Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciətində bildirib ki, Azərbaycanda heç vaxt dini zəmində ayrıseçkilik və qarşıdurma baş verməyib: “Ayrı-ayrı dini etiqadinanclara mənsub icmaların əminamanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk. Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerininrolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür”.

 

Azərbaycan dünyəvi dövlət olaraq bütün inanclara hörmətlə yanaşır

 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Azərbaycanda olan tolerantlıq, dini dözümlülük dünyanın heç bir ölkəsində yoxdur: “Özünü demokratiyanın beşiyi hesab edən Avropada ksenofobiya, dini dözümsüzlük getdikcə güclənməkdədir. Başqa dinlərə, xüsusən də müsəlmanlara, məscidlərə qarşı münasibət mənfi istiqamətdə inkişaf edir. Avropada ifrat sağçılar son illər görünməmiş dərəcədə güclənməkdədilər. Bunun da kökündə miqrantlara qarşı dini dözümsüzlük dayanır. Halbuki, miqrantlar öz keflərindən Avropa ölkələrini seçməyiblər. Yoxsulluq, işsizlik və digər sosial səbəblər üzündən bir parça çörək qazanmaqdan ötrü Avropa ölkələrinə üz tutublar. Azərbaycana gəldikdə isə, tarixən bizdə tolerantlıq və dini dözümlülük üstün səviyyədə olub. Nəinki üstün səviyyədə olub, eyni zamanda bir sıra dünya ölkələrinə nümunə sayılacaq səviyyədədir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda sünni və şiə məzhəblərin təmsilçiləri eyni məsciddə namaz qılırlar. Azərbaycanda radikal təmayüllü dini fəaliyyətlərə yer yoxdur. Azərbaycan dünyəvi dövlət olaraq bütün inanclara hörmətlə yanaşır. Azərbaycanda dövlət vəsaiti hesabına təkcə məscidlər deyil, digər dinlərə məxsus ibadətgahlar təmir edilir”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər  2025.- 27 fevral (№ 38).- S.8.