Rusiya tolerantlıq məsələsində
Azərbaycandan nümunə
götürə bilər
Rusiya Azərbaycana
qarşı qeyri-dost addımlar atmaqda davam edir. Bu
fonda Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfirliyinin
müvəqqəti işlər
vəkili Pyotr Volokovu quruma çağırıb, Moskva
xətti ilə baş tutacaq bütün mədəniyyət
tədbirləri ləğv
edilib.
Bütün bunlara səbəb Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin
saxlanması, onlara qarşı zorakılıq
olub.
Yekaterinburqda baş verənlər dünyanı şoka salıb
Bakı ilə
Moskva arasında münaqişə kəskinləşdikdən
sonra Rusiyada Azərbaycana qarşı informasiya kampaniyası başlayıb. Bundan əvvəl Sverdlovsk vilayətində polisin hərəkətləri nəticəsində
iki nəfərin ölməsi barədə
məlumat yayılıb.
İndi də Rusiyada soydaşlarımıa
qarşı repressiyalar
davam edir. Lakin bu fonda
ölkəmizdə yaşayan
ruslara tolerant mövqe sərgilənir. Bu siyasət qarşıdakı dövrdə
də davam edəcək.
Ümumiyyətlə, Azərbaycan qədim dövrlərdən etibarən
fərqli sivilizasiyaların,
mədəniyyətlərin, dillərin və dinlərin qovuşduğu
bir məkan olub. Coğrafi və tarixi şərait ölkəmizin
tolerantlıq ənənələrinin
formalaşmasında mühüm
rol oynayıb. Bu gün Azərbaycan
dünya miqyasında dini və milli
tolerantlığın nümunəsi
kimi tanınır. Ölkəmizdə müxtəlif
xalqların və dini konfessiyaların dinc birgəyaşayışı
təmin olunub. Bu siyasət həm dövlətin hüquqi-siyasi çərçivəsində,
həm də cəmiyyətin gündəlik
həyatında öz
əksini tapır. Bütün bunları ruslar özləri də etiraf edirlər. Xatırladaq ki, Azərbaycan Konstitusiyasında insanların
din, dil, irq və milliyyətindən
asılı olmayaraq hüquq və azadlıqlarının qorunması
açıq şəkildə
qeyd olunub. Ölkədə yaşayan
bütün xalqların
nümayəndələri qanun
qarşısında bərabər
hüquqlara malikdirlər.
Dövlətin həyata
keçirdiyi siyasət
milli və dini azlıqların hüquqlarının qorunmasına,
onların mədəni
irsinin yaşadılmasına
və inkişafına
yönəlib. Məsələn,
Azərbaycanda yaşayan
ruslar, eləcə dəə ləzgilər,
talışlar, tatlar,
avarlar, gürcülər,
udinlər və digər etnik qruplar öz dillərində təhsil ala, mədəni tədbirlər təşkil
edə və dini ayinlərini sərbəst şəkildə
icra edə bilirlər. Dini tolerantlıq sahəsində
Azərbaycan modeli xüsusilə diqqətəlayiqdir.
Ölkədə islamla
yanaşı, pravoslav,
katolik, yəhudi, lüteran, baptist və digər dini icmalar fəaliyyət
göstərir. Bakının
mərkəzində yerləşən
sinaqoqlar, kilsələr
və məscidlər
insanların dini inanclarına hörmətin
və dözümlülüyün
real nümunələridir.
Azərbaycanın Rus İcması sədrinin birinci müavini, politoloq Anastasiya Lavrina bildirir ki, ölkəmizdə onlara qarşı daim tiolerant münasibət sərgilənib:
“Yekaterinburqda baş verənlər əsl şokdur. Hüquq-mühafizə
orqanlarının əməkdaşlarının
hərəkətləri nəticəsində
Azərbaycan əsilli
vətəndaşlar – həm
Rusiya, həm də Azərbaycan vətəndaşları yaralanıblar
və həlak olublar. Buna reaksiya
verməmək mümkün
deyil. Mən hüquqşünas deyiləm,
amma bir insan kimi dövlət
orqanı nümayəndələrinin
güc tətbiq etməsinin insan tələfatına səbəb
olması ilə barışa bilmirəm. Qanun və asayiş
dövlətçiliyin tərkib
hissəsidir. Amma cinayətə qarşı
mübarizə hüquqi
müstəvidən kənara
çıxan üsullarla
aparıldıqda bu, yolverilməzdir. Mən əslən Azərbaycandanam.
Burada rus mədəniyyəti, dili və adət-ənənələri
həmişə ictimai
həyatın bir hissəsi olub. Burada müxtəlifliyə
dəyər verilir, hörmət edilir və bu hörmət
də göstəriş
xatirinə deyil – o, təfərrüatda özünü
göstərir: təhsil
sistemində, mədəniyyət
siyasətində, insanlar
arasında gündəlik
münasibətlərdə. Ona görə də hazırda Rusiyada Azərbaycan əsilli vətəndaşlara
münasibətdə baş
verənləri qavramaq
xüsusilə çətindir”.
AZAL təyyarəsinin vurulmasından sonrakı ssenari işə salınıb
O da faktdır
ki, Azərbaycan hökuməti dini dözümlülüyün və
multikultural dəyərlərin
təbliğinə böyük
önəm verir.
2016-cı ilin “Multikulturalizm
ili” elan edilməsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması bu istiqamətdə atılan
mühüm addımlardandır.
Həmçinin, BMT, İƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində
tolerantlıq mövzusunda
beynəlxalq tədbirlər,
konfranslar və forumlar keçirilir.Bütün
bunlardan ölkəmizdə
yaşayan ruslar da yararlanır.
Azərbaycanda multikulturalizmin dövlət
siyasətinə çevrilməsi
heç də təsadüfi deyil. Bu siyasət milli həmrəyliyin və cəmiyyətin dayanıqlı inkişafının
əsas sütunlarından
biri kimi qəbul edilir. Tolerantlıq və müxtəlifliyə hörmət
prinsipləri həm ictimai sabitliyin təmin olunmasına, həm də Azərbaycanın beynəlxalq
nüfuzunun möhkəmlənməsinə
xidmət edir. Çünki müasir dünyada multikultural və tolerant cəmiyyətlər daha davamlı və rəqabətqabiliyyətli olur.Təəssüf ki,
dünyanın bir çox ölkəsində
dini və milli ayrı-seçkilik halları, radikalizm və ekstremizm baş qaldırır. Elə Rusiyada soydaşlarımıza qarşı
baş verənlər
bunun təsdiqidir. Bir daha xatırlatmaq
lazım gəlir ki, Yekaterinburqda təhlükəsizlik qüvvələri
50-dən çox azərbaycanlını
saxlayıb. Rusiyanın
Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi həbsləri təsdiqləyib. Ancaq problem onda oldu
ki, əməliyyat etnik zəmində aparılan repressiyaya çevrildi. Saxlanılanlardan
ikisi döyülərək
öldürülüb, digərləri
ağır xəsarət
alıb, çoxsaylı
işgəncələrə məruz qalıb. Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi
Svetlana Petrenko iki nəfərin öldüyünü təsdiqləyib.
Bundan sonra Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin əmri ilə iş İstintaq Komitəsinin mərkəzi aparatına verilib. Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili
Tatyana Moskalkova azərbaycanlıların həbsinin
qanuniliyini və əsaslılığını yoxlamaq üçün Rusiya Baş Prokurorluğuna vəsatətlə
müraciət edib. Müraciət Azərbaycanın
İnsan Hüquqları
üzrə Müvəkkili
Səbinə Əliyeva
ilə əlaqə saxlandıqdan sonra göndərilib. Amma saxlanma zamanı vəzifə səlahiyyətlərini
aşan şəxslərə
qarşı hələ
də heç bir tədbir görülməyib. Bu, eynilə AZAL təyyarəsinin
Rusiya ordusu tərəfindən vurulmasından
sonra baş verənləri xatırladır.
Elə o vaxtdan indiyə kimi bu cinayəti törədənlərə qarşı
Rusiya rəhbərliyi
heç bir addım atmayıb, həmin şəxsləri
məsuliyyətə cəlb
etməyib. Azərbaycan
bütün bunlara haqlı olaraq narazılıq edir və soydaşlarının
hüquqlarının müdafiəsi
istiqamətində əməli
addımlar atır. Bunlar fonunda o da qeyd edilməlidir
ki, Azərbaycanda dini və milli
tolerantlıq təkcə
hüquqi və siyasi deyil, həm
də mənəvi bir dəyərdir. Bu dəyərin qorunması və gələcək nəsillərə
ötürülməsi ölkəmizin
gələcəyi üçün
strateji əhəmiyyət
daşıyır. Tolerantlıq
və multikulturalizm prinsipləri üzərində
qurulmuş Azərbaycan
modeli regionda və dünyada sülh və təhlükəsizliyin təşviqinə
töhfə verən mühüm bir nümunədir.
Tahir TAĞIYEV
Bakı Xəbər .- 2025.- 2 iyul (¹111).- S.8.