"Yada düşdü" jurnalına Aydın Quliyevin YUBİLEY MÜSAHİBƏSİ...

Quliyev Aydın Alqulu oğlu

 

1960-cı il 18 iyulda Naxçıvan MR Babək rayonun Cəhri kəndində anadan olub.

 

1983-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1984-1989-cu illərdə Azərbaycan Dövlət Elm Texnika Komitəsi yanında Elmi-Texniki İnformasiya Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun Naxçıvan Elmi-Texniki İnformasiya Mərkəzində baş elmi redaktor işləyib.

 

Azərbaycan Milli Azadlıq hərəkatının Naxçıvan MR- ilk fəallarından olub.

 

Naxçıvanın erməni təcavüzkarlarından könüllü müdafiə dəstələrinin tərkibində Buzqov Kərməçataq kəndlərinin müdafiəsində iştirak edib.

 

1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası "Ülfət "qəzetinin ictimai əsaslarla Naxçıvan bölgə müxbiri olub.

 

1989-1995-ci illərdə Naxçıvanda "Ağrıdağ", "İpək yolu" qəzetlərində, Bakıda çap olunan "İki sahil", "Yeni Azərbaycan", "Rezonans" "525-ci" qəzetlərində aktual siyasi proseslərlə bağlı analitik məqalələrlə çıxışlar edib.

 

1989-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə Politologiya kafedrasında baş laborant işləyib.

 

1994-1997-ci illərdə Naxçıvan MR Ali Məclis sədrinin müşaviri, Ali Məclisin Dövlət Quruculuğu İcra hakimiyyəti orqanları ilə şöbəsində baş referent işləyib.

 

1991-1994-cü illərdə Naxçıvan televiziyasında siyasi şərhçi olub.

 

1991-1993-cü illərdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının fəal qurucularından olub.

 

1993-cü ilin noyabrında YAP Naxçıvan şəhər təşkilatının təsis konfransında sədr müavini seçılıb.

 

1996-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə Tehranda İran Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında hazırlıq kursunda təhsil alıb, Akademiyada təhsil alan 11 nəfərlik azərbaycanlı qrupun rəhbəri olub.

 

1995-ci ildə Azərbaycan Milli Məclisinə seçkilərdə 4 saylı Babək-Şahbuz seçki dairəsindən deputatlığa namizəd olub.

 

1997-ci ildə öz ərizəsi ilə Naxçıvan Ali Məclisində tutduğu baş referent vəzifəsindən azad edilib.

 

1997-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində çalışıb.

 

1998-2005-ci illərdə Azərbaycan Demokrat Partiyasının İdeoloji məsələlər üzrə katibi olub.

 

2001-2003-cü illərdə siyasi fəaliyyətlə yanaşı, gündəlik "Hürriyyət" qəzetinin baş redaktoru olub.

 

2003-cü ildə gündəlik "Bakı-xəbər" qəzetini təsis edərək onun baş redaktoru olub. Hazırda eyni adlı Media qrupa rəhbərlik edir.

 

2005-ci ildə Azərbaycan Milli Məclisinə seçkilərdə 26 saylı Sabunçu 1-ci seçki dairəsindən deputatlığa namizəd olub.

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İctimai Şura üzvüdür.

 

Azərbaycan Mətbuat Şurası İdarə Heyəti

 

nin üzvüdür.

 

Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının Redaksiya Heyətinin üzvüdür.

 

Azərbaycan KİV-lərində siyasi ekspert statusunda şərh təhlillərlə çıxış edir.

 

Çoxlu publisist siyasi-analitik məqalələrin, 2 siyasi analitik kitabın müəllifidir.

 

Ailəlidir, 3 övladı var.

 

"Adım valideynlərimin mənə verdikləri ən böyük mirasdır..."

 

Şəxsiyyət necə formalaşır? İnsan necə şəxsiyyətə çevrilir? Bu suallar qarşısında həmişə müəyyən fikirlər deyib-eşitmişik. Daha doğrusunu bilmək üçün tez-tez praktiki həyat təcrübəsi çox olan insanlara ehtiyac duymuşuq.

 

Fikrimizi daha dolğun şəkildə anlamaq bunu oxucularımıza daha dürüst təlqin etmək üçün o insanlardan biri ilə - "Bakı-Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Aydın Quliyevlə həmsöhbət olmuşuq. Aydın müəllim suallarımızı özünəməxsus tərzdə cavablandırdı, həmçinin təkcə bizi düşündürən məqamlara deyil, bilməyimiz vacib olan digər həyat təzahürlərinə əhatəli münasibət bildirdi.

 

Aydın Quliyevlə müsahibənin mətnini təqdim edirik.

 

- Sizi belə tanıyırıq: Heç bir dönəmdə yalanın, şərin, haqsızlığın, zülmün ədalətsizliyin yolu ilə getmədiniz. Bəs bu halda çətinliyin öhdəsindən necə gələ bildiniz?

 

- Mükəmməl ölçüdə haqqın ədalətin yanında dura bilməsəm , onlara heç vaxt xəyanət etmədim, şərin haqsızlığın yolunda dayanmadım. "Şəxsən mənə sərfəli olsun, yetər" deyib çoxluğun ağız büzdüyü yollara baş vurmadım. Ədalətli olmaq üçün əvvəlcə ədalətin demək olduğunu başa düşməyə çalışdım. Ədalətin ölçüləri çəkisi barədə təsəvvürlərimin qədər dəqiq olduğunu bir Tanrı bilər. Ancaq ədalətliliyin ölçüsü kimi tanıdığım qaydalara həmişə əməl etməyə çalışdım. Şəxsi vicdanımı içimdə Allahın kölgəsi kimi qəbul etdim. Vicdanımın mühakimələrini müəllimlərimin, valideynlərimin ağsaqqalların öyrətdikləri ilə bir sırada gördüm. Qalan şeyləri haqqın divanında yəqin mənə deyəcəklər soruşacaqlar...

 

- Yaltaqlıq insanın zəifliyidir, yoxsa?

 

- Bunu bir neçə arqumentlə təyin etmək olar... Öncə deyim ki, yaltaqları yaltaqlığı görən gözüm yoxdur. İşlərini yaltaqlıqla aşıranlar çoxdur. Yeri gələndə yaltaqlıqla, yeri gələndə satqınlıqla, qəddarlıqla işlərini görürlər. Bir yaltaq görəndə onun vaxtsa kimisə atdığına, arxadan vurduğuna, kiməsə zülm etdiyinə, ya da edəcəyinə şübhə etmirəm. Yaltaqlıqla əldə olunan şeylər insan üçün qürur mənbəyi ola bilməz. Qürurun varsa, yaltaq ola bilməzsən, yaltaq oldunsa, ya qürurunu itirdin, ya da o səndə heç vaxt olmayıb...

 

Yaltaqlıq dəyişməz xarakterdir. O, islah olunmur. Ona zəiflik deməzdim. Qabiliyyətsizlərin ən güclü silahıdır yaltaqlıq...

 

- "İnsanlarda heç görmək istəmədiyim xüsusiyyətlərdən biri intriqabazlıqdır" - deyirsiniz. Yəni bu xüsusiyyət sizdə heç yoxdur? Bundan kənarda qalmağı necə bacarırsınız? İndiki mühitdə ondan tam kənarda qala bilmək asan deyil axı...

 

- Bəli, həqiqətən insanlarda heç görmək istəmədiyim bir xüsusiyyət əlbəttə intriqabazlıqdır. Belələri hər yerdə var, çoxdur. Hətta ailələrin, tayfaların, qrupların içində var. Bu sayaq yerlərdə intriqabazlar o qədər qorxulu ziyanlı olmurlar. Siyasətdə, ictimai müstəvidə liderlərin ətrafında isə çox ziyanlı olurlar. İntriqabazlıq belə adamların özünütəsdiq üsuludur. Başqa bir şey bacarmırlar axı... İçərilərindəki iddia onları ara vurmağa, söz gəzdirməyə sövq edir. Bu yolla yer tutmaq istəyirlər. Vay o gündən ki, liderlərin, rəhbərlərin özləri intriqalara meylli ola. Dəhşət budur. Belələrinin ətrafında intriqan adamların işi tutur, yıxmadıqları ev qalmır...

 

Şəxsən özüm həyatım boyu belələrinin əməllərindən əziyyət çəkdim. Doğrudur, yorulmadım, onlara məğlub da olmadım. Ancaq bir çox məqamlarda qısa yolumu uzun, birbaşa yolumu kəsə sala bildilər.

 

Onlar vaxtlarını, düşüncələrini enerjilərini əsasən rəqiblərini qaralamağa sərf edirlər.

 

- Rəhbər özünü kollektivə necə təqdim etməlidir?

 

- Hər şeydən əvvəl özünün gündəlik məqsədyönlü, sistemli işi ilə.... Mən həmişə özümü olduğum kollektivə, birgə işlədiyim rəhbərə yalnız peşəkar işimlə, əldə etdiyim nəticə ilə təqdim etməyə çalışdım. Saatlarla, günlərlə çayxanalarda, bekarların toplantı yerlərində vaxt itirmədim, bunu heç sevmədim. Yalnız işim, ailəm, məişət ictimai xarakterli toplantılar - vəssalam. İşim peşə fəaliyyətimlə əldə etdimsə, onunla fəxr etdim. Bundan kənarda heç bir şeyin dalınca sürünmədim. Elə bu səbəbdən indiyədək olduğum müxtəlif çevrələrdə, kollektivlərdə birinci rəhbərlərlə heç bir problem yaşamadım. Ancaq onların yaxın ətrafı məni sevmədi. Mən bunun səbəblərini çox yaxşı başa düşürəm. "Filankəs rəhbərin yaxın ətrafına aiddir" deyib kiminsə qarşısında saxtalıq, sünilik etmək mənlik deyil. İnsanın həyat nailiyyətlərini , onun şəxsi xarakterini taleyin qisməti sayıram.

 

- Düz adamsınız. Şübhəsiz, dəfələrlə haqsızlıqlara məruz qalmısınız...

 

- Doğrudur. Haqqıma böyük sayqısızlıqlar gördüm. Bir neçə məqamda bunu yaşadım. Sınmadım. Məncə, duyğusal olmaq olar, kövrək yox. Həmişə getdiyim yolun öz seçimim olduğuna möhkəm inandım. Yolun səhv, ya doğru olmasından asılı olmayaraq... Addımlarımı bu inamla atdım. Kimsənin məni nəyəsə yönəltməsinə əsla imkan vermədim. Kimsənin qarşısında öhdəçiliyimin olmasını istəmədim. Bunun ideal seçim olduğunu iddia eləmirəm. Xarakterim belədir. Məsuliyyətimi heç vaxt unutmadım. Hər etdimsə, vicdanımın hökmü vətəndaş məsuliyyəti ilə etdim. Arxada şəxsi təmənna güdmədim. Hətta haqqım çatan şeyləri belə dilə gəlib kimsədən istəmədim. Mənim aləmimdə insan özünü hansısa məqama, nəyəsə layiq bilirsə, buna görə dilə gəlməli deyil. Dilə gəlib nəyisə istəmək şərəf ləyaqəti məncə, zədələyir. 1993-2025-ci illər - aradakı 32 ildə yüzlərlə məmurla ünsiyyətim olub. Kimdənsə şəxsi təmənnalı bir istəyim olmadı. Olubsa, incimirəm, buyurub yaddaşımı təzələsinlər.

Ardı var

Bakı Xəbər  2025.- 3 iyul (№112).- S.9.