“8 Noyabrstansiyası bu səbəbdən innovativ enerji siyasətinin parlaq nümunəsi sayılır...

 

Son illər Azərbaycan enerji siyasəti sahəsində həm bərpaolunan, həm ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atıb.

 

Xüsusilə Qarabağın Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması regional enerji təhlükəsizliyinə töhfə verən layihələrin icrası bu sahənin prioritet olduğunu təsdiqləyir. Eyni zamanda, ölkənin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın ekoloji təhlükəsizlik, iqtisadi dayanıqlılıq enerji diplomatiyasını birləşdirən bu çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir.

 

Ölkəmiz həm neft-qaz resursları, həm bərpa olunan enerji hesabına balanslı enerji siyasəti həyata keçirir

 

Məlum olduğu kimi, 24 iyun 2025-ci ildə “8 NoyabrElektrik Stansiyası istifadəyə verilib. Mingəçevirdə yerləşən ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanınAnsaldo Energia” ÇininDongfangşirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Bu mənada “8 NoyabrElektrik Stansiyası Azərbaycan-İtaliya-Çinin ölkəmizin gələcək enerji siyasətindəki vahid mövqeyinin ifadəsidir. Ölkə həm neft-qaz resurslarına əsaslanan enerji istehsalı, həm bərpa olunan enerji mənbələrinin inkişafı ilə balanslı enerji siyasəti həyata keçirir. Bərpaolunan enerji layihələrinə böyük investisiyalar yatırılır. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30 faizə çatdırılması hədəflənir. Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 NoyabrElektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. Bununla yanaşı, 1880 meqavat gücü ilə ölkənin ən iri istilik elektrik stansiyası olan layihə həm unikal xüsusiyyətlərinə görə diqqət cəlb edir. Məsələ ondadır ki, müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək.

 

“8 NoyabrElektrik Stansiyası həm ekoloji tələblərə cavab verir

 

Bu stansiya təkcə iqtisadi səmərəliliyi ilə seçilmir, həm ekoloji baxımdan yeni tələblərə cavab verir. Yəni Mingəçevirdə yerləşən bu yeni nəsil stansiya ölkəmizin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, ekoloji davamlılıq resurs səmərəliliyi baxımından da strateji əhəmiyyətə malikdir. Açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək qeyd edib ki, bu stansiya təkcə enerji istehsal edən bir obyekt deyil, həm Azərbaycanın innovativ enerji siyasətinin parlaq nümunəsidir. Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. Bir sözlə, şərti yanacaq sərfiyyatının azaldılması nəticəsində ildə 1 milyard kubmetr təbii qaza qənaət olunacaq. Bununla yanaşı, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

 

Azərbaycan ənənəvi neft-qaz ölkəsi olsa da, ekologiyanın qorunmasına xüsusi önəm verir

 

Sözügedən məsələniBakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, yeni stansiyada ekoloji məqamlara diqqət edilməsi bir sıra məsələlərdən xəbər verir: “Bu onu göstərir ki, Azərbaycan ənənəvi neft-qaz ölkəsi olsa da, ekologiyanın qorunmasına xüsusi önəm verir. Neft-qaz resurslarına sahib olmaq o demək deyil ki, ekoloji məsələlər ikinci dərəcəli olmalıdır. Azərbaycanın timsalında bu, əsla belə deyil. Çünki son 5 ildə Azərbaycan ekoloji baxımdan standartlara cavab verən elektrik stansiyaları tikintisinə xüsusi önəm verir. Azərbaycan bu strategiya çərçivəsində dünyanın nüfuzlu enerji şirkətləri ilə əməkdaşlığını ardıcıl şəkildə dərinləşdirib. “Masdar”, “ACWA Power”, BP, “TotalEnergies digər beynəlxalq enerji nəhəngləri ilə çoxmilyardlıq müqavilələr imzalanıb bu müqavilələr əsasında günəş, külək hidroenerji layihələri reallaşdırılır. Təkcə 2023-2024-cü illərdə imzalanmış sənədlər çərçivəsində Azərbaycan energetika sisteminə 2,5 GVt-dan artıq yaşıl enerji gücünün inteqrasiyası nəzərdə tutulub. “8 NoyabrElektrik Stansiyası qazla işləsə , ən müasir son texnologiyaların tətbiqi sayəsində atmosferə atılan karbon emissiyasının həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu, bir daha Azərbaycanın ekoloji məsələlərdə həssaslığını sübut etdi”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər .- 2025.- 5-7 iyul (¹114).- S.8.