İşğaldan azad ərazilərin
iqtisadiyyatı sürətli
inkişaf yoluna çıxıb...
2020-ci ilin Vətən
müharibəsindən sonra
Azərbaycan Respublikasının
suverenliyi bərpa olunmuş ərazilərində
genişmiqyaslı bərpa,
yenidənqurma və inkişaf işləri həyata keçirilir.
Bu ərazilərin
iqtisadi potensialının
yenidən canlandırılması,
infrastrukturun bərpası
və əhalinin doğma yurdlarına qayıdışı dövlətin
əsas prioritetlərindən
biridir. Bu kontekstdə yeni istehsal müəssisələrinin
qurulması və əhalinin məşğulluğunun
təmin edilməsi həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət
kəsb edir.
Ağdam Sənaye
Parkı rezidentlərinin
sayına görə ölkəmizdə ikinci yerə çıxıb
İşğaldan azad edilmiş ərazilərdə sənaye
zonalarının yaradılması
prosesi artıq geniş vüsət alıb. Xüsusilə, Ağdam, Cəbrayıl və Zəngilan rayonlarında sənaye parkları və aqroparkların qurulması
istiqamətində real
addımlar atılır.
Məsələn, Ağdam
Sənaye Parkında fəaliyyət göstərən
müəssisələrin sayı
sürətlə artır.
Bunu prezident İlham Əliyevin Ağdama bir neçə gün öncə baş tutan səfəri fonunda da görmək
mümkündür.
Qeyd edək
ki, prezidenti İlham Əliyev cari ilin iyulun
18-də “Tabaterra” MMC-nin
Ağdam Sənaye Parkındakı tütün
məmulatlarının istehsalı
müəssisəsinin açılışında
iştirak edib. Beləliklə, ölkəmizdə
mövcud sənaye zonalarında fəaliyyət
göstərən müəssisələrin
sayı 99-a çatıb.Şübhəsiz
ki, yeni müəssisənin fəaliyyətə
başlaması ölkəmizdə
qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin
ixrac coğrafiyasını
genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını
sürətləndirəcək, əhalinin məşğulluğunun
artırılmasına mühüm
töhfə verəcək.
Məlumat üçün
qeyd edək ki, fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı
müəssisəsinin investisiya
dəyəri 58 milyon manatdır. Hazırda fabrikdə 400 nəfərlik
daimi iş yeri yaradılıb. Müəssisədə 20-dən çox brend üzrə 120-dən artıq
çeşiddə tütün
məmulatı istehsal
olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın
qabaqcıl texnologiyalarının
tətbiq edildiyi müəssisədə 9 istehsal
xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş
Ərəb Əmirliklərinə,
Gürcüstana, Özbəkistana
və İraqa ixrac edilir. Hazırda
“Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və
“Japan Tobacco International” şirkətlərinə
məxsus xarici brendlərin ixracını
həyata keçirir.
Yeni istehsal müəssisələri əsasən
yerli resurslara əsaslanan sahələr üzrə qurulur. Tikinti materialları, kənd təsərrüfatı
məhsullarının emalı,
mebel və yüngül sənaye sahələri xüsusi diqqət mərkəzindədir.
Bu sahələr, həm azad olunmuş
torpaqların potensialına
uyğun gəlir, həm də işçi qüvvəsinə
olan tələbatı
artırır. Bunu yenə Ağdam Sənaye Parkının timsalında görmək olar. İqtisadi Zonaların İnkişafı
Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının
həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən
Sənaye Parkına
121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq
daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu
Ağdam və ətraf rayonların sakinləridir. E.Kazımov
bildirib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası,
sənaye potensialının
inkişaf etdirilməsi
məqsədilə dövlət
başçısının 2021-ci il 28 may tarixli
Fərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf
etdirilməsi üçün
əlverişli biznes mühiti formalaşdırılıb.
Bunun nəticəsidir
ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə
mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye
parkıdır. Hazırda
Ağdam Sənaye Parkında 10 müəssisə
fəaliyyət göstərir,
7 müəssisənin tikintisi
davam edir, 16 müəssisənin isə
layihələndirilməsi işləri
görülür. Ağdam
Sənaye Parkının
ərazisinin 70 faizdən
çoxu artıq sahibkarların istifadəsinə
verilib. Sənaye parkında sahibkarlar tərəfindən indiyədək
471 milyon manatdan çox məhsul satışı edilib ki, bunun da
17,7 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazara satılmaqla
yanaşı, “Made İn Azerbaijan”
brendi adı ilə Gürcüstan, Birləşmiş Ərəb
Əmirliklərinə, Özbəkistan,
Qazaxıstan və sair ölkələrə
ixrac edilir.
Müxtəlif vergi güzəştləri,
subsidiyalar və investisiya təşviqi paketləri öz nəticəsini verir
Əhalinin işlə
təmin olunması bölgənin sosial stabilliyi və davamlı inkişafı üçün həlledici
əhəmiyyətə malikdir.
Dövlət tərəfindən
bu istiqamətdə bir sıra proqramlar
icra olunur. “Böyük Qayıdış”
proqramı çərçivəsində
əhalinin öz yurdlarına qayıdışı
ilə paralel olaraq məşğulluq imkanları da yaradılır.
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata
keçirilən özünüməşğulluq
proqramları sayəsində
geri qayıdan ailələrə kiçik
bizneslərin qurulması
üçün dəstək
göstərilir. Həmçinin,
peşə hazırlığı
kursları və təlimlər vasitəsilə
əhalinin yeni bacarıqlar qazanması təmin olunur. Bu da onların
istehsalat müəssisələrində
çalışmasına şərait
yaradır. İşğaldan
azad olunmuş ərazilərdə iqtisadiyyatın
dirçəldilməsi üçün
dövlətlə yanaşı,
özəl sektorun da fəal iştirakı
mühüm rol oynayır. Dövlət bu sahədə müxtəlif vergi güzəştləri, subsidiyalar
və investisiya təşviqi paketləri təqdim edir. Bu təşviqlər nəticəsində bir çox yerli və xarici investorlar bölgədə
istehsal müəssisələri
yaratmaqda maraqlıdırlar.
Yenə misal kimi Ağdam Sənaye Parkını göstərmək olar. Burada fəaliyyət göstərən sahibkarların
dövlət vəsaiti
hesabına hazır infrastrukturla təmin edilib. Eləcə də parkın rezidentləri qeydiyyata alındıqları tarixdən
etibarən, 10 il müddətinə əmlak,
torpaq, gəlir vergilərindən, həmçinin
istehsal məqsədilə
texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Sənaye Parkında fəaliyyət göstərən
sahibkarlara cari ilin 1 iyul tarixinə
qədər 150 təsdiqedici
sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika
və texnoloji avadanlıqlara görə
8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər. Yeni istehsal müəssisələrinin
yaradılması və
əhalinin işlə
təmin olunması işğaldan azad olunmuş bölgələrin
davamlı inkişafı
üçün strateji
əhəmiyyət daşıyır.
Bu proses yalnız iqtisadi canlanma ilə məhdudlaşmır, həm
də əhalinin sosial rifahının yüksəldilməsinə, bölgədə
urbanizasiya və müasir həyat tərzinin formalaşmasına
səbəb olur. Əhalinin qayıdışı
ilə paralel olaraq təhsil, səhiyyə, nəqliyyat
və kommunikasiya infrastrukturlarının qurulması
da sürətlə davam edir. Bu
isə istehsalat müəssisələrinin fəaliyyətini
daha səmərəli
və dayanıqlı
edir.
Samirə
SƏFƏROVA
Bakı Xəbər 2025.- 24 iyul
(¹127).- S.8.