Azərbaycanda elmin
inkişafı üzrə Dövlət proqramları necə icra olunur...
Azərbaycanda elm sahəsinin inkişafı olduqca vacib məsələlərdən biridir. Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi özünü ifadə edir.
Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər təsdiq edildi.
Sənədin 3.2. (Yaradıcı və innovativ cəmiyyət) bəndində qeyd olunur: “Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır.
Yeni dövrdə qurulacaq ekosistem (müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri, vençur və kraudfandinq institutları və s.) iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına yönləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir. Nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırılmalıdır”.Dosent, tarix üzrə fəlsəfə doktoru,AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə öz məqaləsində yazır ki, “Azərbaycan Respublikasında 2022–2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”sı elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönələcək.
Elmin inkişafı üzrə Dövlət Proqramı...
Bilirik ki, indiyə qədər azı iki dəfə elmin inkişafı üzrə Milli Strategiya hazırlanıb və bu strategiya əsasında Dövlət Proqramı həyata keçirilib.
Məsələn, 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya, bu başa çatandan sonra 2020-2025 illərdə elmin inkişaf strategiyası qəbul olundu. Yəni elmin inkişafı ilə bağlı milli strategiya mövcuddur. Eyni zamanda dövlət elmin ayaqda durması üçün müxtəlif tədbirlər, layihələr həyata keçirir.
Elm və təhsil naziri Emin Əmurullayev keçən il mətbuata açıqlamasında elmin inkişafı üzrə dövlət proqramı üzərində işlənildiyini qeyd etdi. Nazir deyirdi ki, elmin təhsillə inteqrasiyasından sonra bu sahənin inkişafında xeyri addımlar atılıb və nəticələr görülür: "Universitetlərin reytinqlər sırasında irəliləməsinin böyük hissəsi də məhz bundan sonra olub".
Azərbaycanda elmin inkişafı üzrə Dövlət proqramları və qərarlar necə icra olunur? Ümumiyyətlə, belə proqramlar varmı, varsa icra vəziyyəti necədi?
“Strategiya və Dövlət Proqramından biz istədiyimiz nəticəni...”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər
Cəmiyyətinin sədri, fəlsəfə doktoru
İlqar Orucov
“Bakı-Xəbər”ə bildirdi ki, hər bir ölkədə
elmin inkişafı, onun
ölkənin həyatında vacib və
aparıcı rol oynaması üçün işlər görülür,
konsepsiyalar həyata keçirilir,
Dövlət Proqramları icra olunur, eyni zamanda
strategiyalar qurulur: “Bütün bunlar elmin rolunun, yerinin və inkişafda pay almasına gətirib çıxarır. Yəni
ölkənin inkişafında elm
başlıca yer tutsun.
Eyni zamanda hər bir mütəqil ölkə üçün
elmin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi həmişə önəm
daşıyıb. Burda fundamental elmlərlə
bərabər ictimai-humanitar
elmlər də diqqətdə saxlanılır. Bütövlükdə elmi nailiyyətlərin nəticələri (bu findamental elmlərə aidir) tətbqi olunur. Eyni zamanda hər
bir dövlət üçün ideoloji dövlətçilik baxımdan
humanitar və ictimai elmlər də əvəzsiz mövqeyə malikdir.
Ölkəmizdə bu istiqamətlərdə
ayrı-ayrı dövrlərdə
dövlət qayğısı
göstərilib. Azərbaycanın inkişafı ilə bağlı qəbul olunmuş konsepsiya sənədlərində elmin,
texnologiyanın inkişaf
etdirlməsi prioritet istiqamətlərdən biri
kimi nəzərdə
tutulub. Eyni zamanda Azərbaycanda Azərbaycan elminin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2009-cu il tarixində çox mühüm birt sənəd imzalandı. Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiya”sı və onun həyata
keçirilməsi ilə
bağlı Dövlət
Proqramı təsdiq olundu. Dövlət Proqramının icrası Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həvalə
oldu. Eyni zamanda digər
aiyyəti qurumların
da orda rolu
və mövqeyi aydın şəkildə
göstərildi. Strategiya və
Dövlət Proqramından
biz istədiyimiz nəticəni
ala bilmədik. Ona görə
ki, ümumilikdə
elm elə bir fəaliyyət sahəsidir
ki, ordakı inkişafın, tərəqqinin
nəticələri qısa
müddətdə olmur.
Məsələ ondadır ki,
artıq dünya çox sürətlə
dəyişir, inkişaf
edir, elm əsasında
dayanır. Təbii ki,
elm gözləmə mövqeyində
olanda, görüntü
xaraketri daşıyanda
həmin ölkələrdə
elmin inkişafı zəif gedir. Hesab edirəm ki, bizim ölkəmizdə
elmin inkişafı ilə bağlı ən ali
səviyyədə siyasi
qərar, siyasi baxış mövcuddur. Cənab Prezidentin Milli Elmlər Akademiyasına gəlişini, alimlər qarşısındakı proqram
xarakterli nitqini, həmçinin ayrı-ayrı
elmi istiqamətlər
üzrə dövlətin
gözləntilərini gündəmə
gətirməsini yaxşı
xatıralyıram. Əslində dövlət başçısının
elmlə bağlı söylədiyi fikirlər
həm də bir proqram xarakterli
çıxışlardır.
Onu da xatırlayıram ki, cənab Prezident 2020-ci ildə yeni təyin edilən elm və təhsil nazirini videoformatda qəbul edərkən elm,
təhsil, elmi-texniki tərəqqi ilə bağlı nə qədər mühüm əhəmiyyət daşıyan
fikirlər səsləndirdi. Düşünürəm ki, cənab Prezidentin bu çıxışında nə
qədər məqamlar
yer alıb. Prezident orda rəqəmsallaşmaya,
müasir texnologiyaların
gətirdiyi dəyişikliklərə
toxundu. Elm və
təhsil nazirinə tapşırıqlar verərkən
düşünürəm ki, həm də
bu istiqamətdə çalışan insanlara
tapşırıqlar verdi.
Hesab edirəm ki, həm Elm və Təhsil Nazirliyi, həm AMEA, ayrı-ayrı
elmi tədqiqat institutları, ali təhsil müəssisələri
Prezidentin çıxışlarında,
nitqlərində yer alan proqram və
istiqamət xarakterli fikirlərinin reallaşdırılması
istiqamətində çalışmalıdırlar”.
İ.Orucov qeyd etdi ki,
amma bu özünü
lazımı şəkildə
görsətmir. İ.Orucovun fikrincə, bu
istiqamətdə biz çox
işləməliyik və
elmi məhsulu da qüvvəyə çevirməliyik. O, bildirdi
ki, bu baxımdan
ölkənin inkişafında
elm və texnologiyanın
yerini, rolunu möhkəmləndirməliyik. Burda elm və təhsil həm də ölkənin həm strateji, həm də milli təhlükəsizlik
faktoru kimi nəzərə alınmalıdır.
Hesab edirəm ki, ölkəmizin inkişaf prioritetlərinə, iqtisadi
inkişaf üçün
əsas meyarlara uyğun olan sahələrə önəm
verilməlidir. Qlobal dünyadakı
ayrı-ayrı trendlər
nəzərə alınamaldır,
mütləq şəkildə
elm sahələri inkişaf
etdirilməlidir. Burda çox
maraqlı məqamlardan
biri də ondan ibarətdir, elmin məhz universitetlərdə inkişaf
etdirilməsi, tədqiqat
institutlarının yaradılması
aktualdır, amma hələ ki, bu bizim üçün
görüntüdür. Belə deyək, epizodları var. Universitetlərimiz, elm və
təhsildə cavabdeh
olan qurumlarımız
bütövlükdə xeyli
geri qalıblar, işlərinin çoxu epizodikdir. Biz hələ ki, o işləri qalib ölkənin, qalib ölkə rəhbərinin
görmək istədiyi
və xalqımıza
yaraşan səviyyədə
görə bilməmişik”-deyə İ.Orucov bildirdi.
İradə SARIYEVA
Bakı Xəbər
2025.- 3 iyun (¹94).- S.8.