Urbanizasiya kəndlərimizdə
demoqrafik vəziyyəti dəyişir, bu ciddi təhdidlər
yaradır
Bütün dünyada kəndlərlə bağlı vəziyyətin ümumi təhlili göstərir ki, demoqrafik durum məhz bu yaşayış məntəələrinə getdikcə daha çox təsir edir. Bir vaxtlar kənd təsərrüfatının, ənənələrin təməl daşı olan bir çox kəndlər indi azalan əhali, qocalan sakinlər, sosial və iqtisadi canlılığın tədricən aşınması ilə üzləşir.
Bu tendensiya ləng getsə də, milli iqtisadiyyatlar, mədəni irs və regional sabitlik üçün əhəmiyyətli təsirlərə malikdir. Təəssüf ki, problem Azərbaycandan da yan keçmir.
Kənd həyatı, xüsusilə gənc nəsillər üçün daha az cəlbedici görünür
Aparılan hesablamalardan belə məlum olur ki, Azərbaycanda 4244 kənd var. Amma onları boşalması prosesi gedir və
bu hal getdikcə
daha çox sayda kəndi əhatə edir. Dünyada olduğu
kimi Azərbaycanda da kəndlərdə demoqrafik dəyişiklik əsasən urbanizasiya ilə bağlıdır.
Gənclər şəhərlərdə
daha yaxşı təhsil,
iş və həyat tərzi imkanları axtarmaq üçün getdikcə
daha çox kənd yerlərini tərk edirlər. Şəhər mərkəzləri
genişləndikcə və
daha gəlirli, müasir perspektivlər təqdim etdikcə, kənd həyatı xüsusilə gənc nəsillər üçün
daha az
cəlbedici görünür.
Kənddən şəhərə bu miqrasiya inkişaf etməkdə olan və orta gəlirli
ölkələrdə xüsusilə
qabarıq hal alır, lakin hətta Yaponiya, Almaniya və İtaliya kimi inkişaf etmiş iqtisadiyyatlar da oxşar nümunələri
yaşayırlar. Şərqi Avropanın bəzi
yerlərində bütün
kəndlər demək
olar ki, kimsəsizdir, yalnız yaşlı sakinlər qalır. Bu təhlükə
Azərbaycanda da öz işartlılarını
göstərir. İndiki
durumda Azərbaycan hökuməti Bakının
2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı
göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda
3,17 milyon nəfər olacaq. Ancaq qeyri-rəsmi məlumatlara
görə, həmin sayda əhali indi Bakıda yaşayır. İran prezidenti
Məsud Pezeşkianın
Şəhidlər xiyabanını
ziyarət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizovla söhbəti də bunun təsdiqi oldu. Xatırladaq ki, həmin
vaxt Eldar Əzizov qonağa paytaxt barədə məlumat verib. Bakının ən hündür nöqtəsindən
paytaxtın mənzərəsini
seyr edən ali qonağa
Eldar Əzizov şəhərdə görülən
abadlıq-quruculuq işləri
barədə məlumat
verilib. İran Prezidenti Bakıda
nə qədər əhalinin yaşadığını
soruşub. Bakı
meri Pezeşkiana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin
olduğunu bildirib. Bu isə hətta
İran prezidentinin də təəccübünə
səbəb olub.
Bütün bunlar Bakının
tıxac, infrastruktur və digər müstəvidə üzləşdiyi
problemlərin əsas
səbəblərindən biridir.
Aparılan hesablamalardan o da
bəlli olur ki, ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən
çoxdur. Yəni,
rayonların cəmi
46 %-nin 100 min nəfərdən
çox əhalisi
var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də
əhali sayı 5
000-dən çoxdur. 214
kəndin əhalisi isə 50 nəfərdən
azdır. Təəssüf ki, bu müstəvidə
vəziyyət pisləşməkdə
davam edir. Gənclər getdikcə kənd
yerlərində qeyri-mütənasib
sayda yaşlı sakinlər qalır. Kəndlərdə doğum nisbətləri
də kəskin şəkildə azalıb
və bu problemi daha da
artırır. Bir çox
yerlərdə hətta
şagirdlərin olmaması
səbəbindən məktəblər
bağlanır, yerli müəssisələr müştərilərin
olmaması səbəbindən
bağlanır. Bu demoqrafik balanssızlıq
xoşagəlməz dövriyyə
yaradır. Fermalarda
işləmək, bizneslə
məşğul olmaq
və ya ictimai həyatda iştirak etmək üçün gənclərin
az olması
kənd iqtisadiyyatı
zəifləyir. İqtisadi imkanlar
azaldıqca kəndlərdən
daha çox insan gedir.
Kəndlərin tənəzzülü milli kimliyə və mədəni müxtəlifliyə də
təsir edir
Məsələnin həlli üçün müxtəlif yanaşmalar
mövcuddur. Məsələn, Milli Məclisin
növbədənkənar sessiyasında
deputat Zahid Oruc bildirib ki,
Azərbaycanda sərhədyanı
kəndlərə “Böyük
qayıdış”ı təmin
etmək üçün
elektrik və qaz tariflərini 3 dəfə azaltmaq lazımdır. Onun sözlərinə görə,
2023-cü ildə ölkə
əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak
edib. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür: “Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat,
Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik
enerjisi istehlak edib. Yəni, ölkə üzrə
elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda
rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23
%-dən azdır.
Biz təklif edirik
ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük
qayıdışı təmin
etmək üçün
bütün sərhədyanı
ərazilərdə elektrik
və qaz tariflərini 3 dəfə
azaldaq”. Bundan başqa, onun sözlərinə görə,
Gədəbəy, Kürdəmir
və Bakıda orta illik temperatur
fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan
əhali diferensial tarifləri tətbiq etməyin əsası var: “Onun hər
hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca,
sıxlığın yaratdığı
problemlər - mənzil,
əmək və yollar, körpülər, keçidlərə qoyulan
səraməyələri bölgələrə
yönəltmək mümkün
olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə
açılmasına yönələn
güzəştlər siyasəti
ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı
ala bilərik”. Azərbaycanda da hökumət nəzərə almalıdır
ki, kəndlərin əhalisinin sayının
azalmasının iqtisadi
təsiri əhəmiyyətlidir.
Əsasən kənd əməyinə
arxalanan kənd təsərrüfatı işçi
çatışmazlığından əziyyət çəkir.
Ənənəvi biliklər və
əkinçilik təcrübələri
gənc nəsillər
onları öyrənmək
və tətbiq etmək üçün artıq ətrafda olmadıqda itirilir. Tələb və sahibkarlıq üçün canlı əhalidən asılı
olan yerli iqtisadiyyatlar durğunlaşır.
Sosial cəhətdən kəndlərin
tənəzzülü milli
kimliyə və mədəni müxtəlifliyə
təsir edir. Kəndlər çox vaxt
ölkənin irsinə
töhfə verən unikal dilləri, sənətkarlıqları, festivalları
və həyat tərzini qoruyur. Bu icmalar kiçildikcə
və ya yox olduqca, onların
adət-ənənələri də azalır. İnfrastruktur sərmayələri, kənd yerlərinin inkişafı proqramları
və gənc ailələrin kəndlərdə
qalması və ya qayıtması üçün maliyyə
stimulları mühümdür.
Kənd yerlərinin tənəzzülünün
qarşısını aımaq
mümkündr, lakin bu, hərtərəfli və davamlı səylər tələb edir. İnfrastruktura, xüsusən də
rəqəmsal infrastruktura
sərmayə qoyuluşu
kənd sahibkarlığı
və uzaqdan işləmək üçün
yeni yollar aça bilər. Həyat keyfiyyətini təmin etmək üçün təhsil və səhiyyə xidmətləri
yaxşılaşdırılmalıdır.
Yerli kənd təsərrüfatını
müasir texnika və daha yaxşı
bazara çıxışla
dəstəkləmək də
kəndlərin iqtisadiyyatını
canlandıra bilər.
Reallıq isə budur
ki, kəndlərin üzləşdiyi demoqrafik
böhran təkcə
kənd sakinlərinə
aid deyil, mürəkkəb
və aktual məsələdir. O, ərzaq
təhlükəsizliyinə, mədəni irsə, iqtisadi dayanıqlığa
və sosial bərabərliyə təsir
edir. Əgər bunlar nəzərə alınmasa, kənd həyatının davam edən tənəzzülü
bütövlükdə cəmiyyət
üçün ciddi
nəticələrə səbəb
ola bilər.
İndi kəndlərin 2 çiçəklənməsini
təmin etmək üçün əhatəli
və uzunmüddətli
fəaliyyətin vaxtıdır.
Nahid SALAYEV
Bakı Xəbər 2025.- 5 iyun (¹96).- S.8.