Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

 

 

Zərərli informasiya axını günümüzün reallıqlarından biridir və uşaqları belə informasiyalardan qorumaq həm valideynlərin, həm cəmiyyətin, həm də dövlətin vəzifələrindən biri kimi qarşıda duran hədəflərdəndir.

 

“Uşaqları zərərli informasiyadan qorumaq” haqqında qanun da qəbul olunub.

 

Qanunun 5.3-cü maddəsinə əsasən, informasiya məhsulunun yayıcısı həmin məhsulu müstəqil şəkildə və ya ekspert iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulu dedikdə, ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, mətbu nəşrlər, çap materialları, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər məlumatlar

 

nəzərdə tutulur.

 

Ekspertlər qeyd edir ki, uşaqların zərərli informasiyalardan qorunması dedikdə, ilk olaraq insanın ağlına virtual məkandan, internet resurslarından doğan təhlükələr gəlir.

 

Yaşadığımız reallıqda internetin faydalı olduğunu düşünməkdə haqlıyıq: dünyanın istənilən yerindən onlayn alış-veriş etmək, kommunal xərcləri ödəmək, informasiya əldə etmək, əlaqə yaratmaq, ümumilikdə sürətli həyatda zamana qənaət etmək imkanı qazanmışıq. Lakin internet heç də həmişə faydalı deyil, övladlarımız üçün nəzarətsiz və təhlükəli məkandır.

 

Heç bir mexanizm valideyn nəzarətini əvəz edə bilməz”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masada Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev deyib ki, uşaqların kibermühitdə zərərli informasiyalardan qorunması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında koordinasiyalı fəaliyyətin qurulması vacibdir: “Lakin heç bir mexanizm valideyn nəzarətini əvəz edə bilməz”.

 

O qeyd edib ki, uşaqların internet resurslarında istifadəsi zamanı təhlükəli və zərərli məzmunlara çıxışının qarşısının alınması məqsədilə xüsusi uşaq yönümlü axtarış sistemlərinin və nəzarət mexanizmlərinin yaradılması zəruridir. İ.Əliyev, həmçinin, sosial şəbəkələrdə yayılmış qeyri-qanuni məlumatların uşaqların gələcək psixolojisosial inkişafına mənfi təsir göstərdiyini bildirib.

 

Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində ölkəmizdə güclü hüquqi bazanın forma­laşdırıldığı məlumdur. Bu istiqamətdə qəbul edilən müvafiq qa­nunvericilik aktları həyata keçirililir, aidyyəti dövlət qurumları bu məsələyə öz töhfəsini verir.

 

Uşaq və gənclərin zərərli informasiyalardan qorunması üçün görülən tədbirlərin əhəmiyyəti nədir?

 

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə bildirdi ki, sosial şəbəkələrdə cinsi azlıqların və əxlaqsızların ilk informasiya hədəfi uşaq və yeniyetmələrdir. “Bu mövzu demək olar ki, cəmiyyətin bir nömrəli əsas problemidir. İnternet resurslarının, xüsusilə sosial şəbəkələrin nəzarətsiz poliqon kimi cəmiyyəti başına götürdüyü bir zamanda uşaq yeniyetmələrin zərərli informasiyalardan qorunması vacibdən vacib məsələdir. Nəzərə alsaq ki, əksər valideynlər bu məsələyə lazımı şəkildə diqqət göstərmir, uşaqların informasiya təhlükəsizliyi barədə yetərincə məlumatlı deyillər, o zaman vahiməli məsələ göz önündədir. Çünki Tik-tok digər sosial şəbəkə seqmentlərində cinsi azlıqların, əxlaq pozğunu olan bir sıramüğənnilərinmənəviyyatımıza, dəyərlərimizə zidd reklam siyasəti yürüdülür. Özü bu siyasət üçün ilk informasiya hədəfi uşaq yeniyetmələr seçilir. Bu iyrənc təhlükəli siyasət uşaqların psixologiyasına, gələcəkdə şəxsiyyət kimi şikəst formalaşmasına zəmin yaradır”.

 

Valideyn məsuliyyətsizliyi ucbatından uşaq yeniyetmələrin...”

 

M.Salahov qeyd etdi ki, uşaqları internetdəki zərərli informasiyalardan qorumaq ilk növbədə valideynlərin məsuliyyətidir: “Lakin min dəfə təəsüflər olsun ki, bir sıra valideynlər uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün körpələri internetin ağuşuna atırlar. Uşaqların yaşına uyğun olmayan təhlükəli informasiya reklamlarla tanışlıq onların hərəkət fizioloji durumuna da mənfi təsir edir. Artıq o yerə çatıb ki, uşaqların internet aludəçiliyi psixoloji tramva halına çevrilib. İndi hətta 2-3 yaşlı körpənin əlindən planşet telefonu almaq ağır məsələdir, hətta mümkünsüzdür. Bu isə o deməkdir ki, uşağı başından edibqulağı dincasudə vaxt qazanmaq istəyən valideynlər, əvəzində öz körpələrinin gələcəyini risq altına atırlar.

 

Ən ideal yol uşaqların yaşına, internet məzmununa müddətinə uyğun monitorinq mexanizmi yaratmaqdır. Beləcə uşaq həm inkişaf etməkdə olan dünya ilə ayaqlaşacaq, həm texnologiyaya aludə olmayacaq. Diqqət edin: ciddi tədbirlər görülməsə, uşaqlar “internet pandemiyasındanböyük əziyyən çəkəcəklər. Bu proses onların psixologiyasına elə sarsıdıcı zərbə endirəcək ki, bu onların gələcək həyatlarında təhlükəli tramva kimi davam edəcək” - deyə M.Salahov qeyd etdi.

 

M.Salahov onu da əlavə etdi ki, dövlətin aidiyyəti qurumları bu istiqamətdə işlər görür valideynlərin bu işlərə dəstək olması vacibdir.

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2025.- 6  iyun (¹97).- S.8.