Böyük qayıdış özü ilə geniş istehsal və xidmət şəbəkəsi gətirir...
Azərbaycan işğaldan azad edilmiş ərazilərə
qayıdışla bağlı
böyük addımlar
atır. Bu istiqamətdə görülən
işlər nəticəsində
30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə
qayıdır.
Bu prosesin
– Böyük Qayıdışın
təməli hələ
2016-cı ildə qoyulub.
Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük
döyüşlər nəticəsində
Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir
hissəsini işğaldan
azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin
tarixi əhəmiyyəti
sırasında, həmçinin,
həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə
start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi
ilə bağlı
2017-ci ildə imzaladığı
Sərəncama uyğun
olaraq Böyük Qayıdış prosesinə
start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük
Qayıdışın ilk
ünvanı oldu.
Üç ildə
140 min insanın köçürülməsi planlaşdırılır
2020-ci ildə Vətən müharibəsi
nəticəsində torpaqlarımız
işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü
bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük
Vətən müharibəsindəki
tarixi Qələbəmizdən
dərhal sonra işğal dövründə
Ermənistan tərəfindən
vandallığa məruz
qalan doğma ərazilərimizdə bərpa
və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.
2022-ci il noyabrın
16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında
Sərəncam imzaladı.
Vətən müharibəsindən
ötən müddətdə
işğaldan azad olunmuş ərazilərin
minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi,
müasir yaşayış,
istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən
nəqliyyat-kommunikasiya xətlərinin
bərpası istiqamətində
mühüm işlər
görülüb. Qarabağ
iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər
həyata keçirilir.
Bu işlərin vaxtında və yüksək keyfiyyətlə
icra olunmasında insan amili mühüm
rol oynayır. Görülən işlərin
ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı
baş tutdu. Məcburi köçkün
həyatı yaşayan
insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı
və orada həyat yenidən başladı. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma
yurdlarına köçürülməsi
prosesi davam edir. Digər yaşayış məntəqələrinə
məcburi köçkünlərin
qayıdışı davam
edir. Düşmənin
darmadağın etdiyi
şəhərlərin və
kəndlərin bərpası
hazırda sürətlə
davam etdirilir. Böyük Qayıdış
Proqramı çərçivəsində
böyük addımlar
atılır. Azad olunmuş şəhərlərə
və kəndlərə
yaxın üç ildə 140 min insanın köçürülməsi
planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə
almadan özü görür.
Əhalinin qayıdışı
ilə paralel istehsalat, xidmət müəssisələri, rezidentlər
yaradılır
İşğaldan azad edilmiş ərazilərə böyük
qayıdış Azərbaycanın
2030-cu ilədək 5 Milli
Prioritetindən biri kimi müəyyən olunub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda
ümumilikdə 43 mindən
çox əhali yaşayır və fəaliyyət göstərir.
2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış
məntəqəsinə keçmiş
məcburi köçkünlər
qayıdacaq, beləliklə
30-a yaxın yaşayış
məntəqəsində keçmiş
köçkünlər məskunlaşacaq.
Diqqəti çəkən
məqam odur ki, əhalinin qayıdışı ilə
paralel azad rayonlarda istehsalat və xidmət müəssisələri, rezidentlər
yaradılır. Bu ilin yanvar-aprel ayları ərzində Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında
656 yeni iş yeri yaradılıb. Qarabağın dirçəldilməsi
prioritetinə uyğun
olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası,
regionun sənaye potensialının reallaşdırılması,
ölkə iqtisadiyyatına
reinteqrasiyası, əhalinin
məşğulluğunun təmin
edilməsi məqsədilə
Prezidentin müvafiq fərmanları ilə Ağdam şəhərində
Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi
Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə
fəaliyyət göstərən
sənaye parklarında
sahibkarlar üçün
stimullaşdırıcı tədbirlər tətbiq olunur. Rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra Ağdam Sənaye Parkı ölkədə ikinci böyük park hesab olunur. Ötən
il Azərbaycan və Özbəkistan şirkətlərinin birgə
fəaliyyəti nəticəsində
Xankəndidə inşa
olunan tikiş fabriki fəaliyyətə
başlayıb. 1,2 hektar
ərazini əhatə
edən bu müəssisədə 250-dən çox işçi fəaliyyət göstərir.
O cümlədən, ötən
5 ildə işğaldan
azad edilmiş rayonlarda bir neçə müasir otel istifadəyə verilib.
İş yerlərinin
açılması məşğulluğun
təmin edilməsi baxımından önəmli
addımdır
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh
edən iqtisad üzrə fəlsəfə
doktoru Firdovsi Şahbazovun fikrincə, işğaldan azad edilmiş rayonlarda istehsal və xidmət sahələrinin
açılması məşğulluğun
təmin edilməsi baxımından önəmli
addımdır: “Çünki
təkcə məcburi
köçkünlərin azad
edilmiş kənd və şəhərlərə
köçürülməsi yetərli deyil. Bunun üçün ilk növbədə azad edilmiş ərazilərdə iş
yerləri olmalıdır.
Düzdür, məcburi
köçkünlər qayıdandan
sonra bir sıra sosial sahələrdə çalışırlar.
Məsələn, müəllim,
həkim, polis və s. olaraq əmək fəaliyyətinə
cəlb olunublar. Ancaq bu, yetərli
deyil. Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı
zavodlar, fabriklər və digər bu kimi istehsal,
xidmət müəssisələri
olmalıdır ki, ora qayıdanların daimi və dayanıqlı
işlə təmin olunması mümkün olsun. Yoxsa ora
qayıdan məcburi köçkün bir müddət sonra Bakıya iş dalınca gəlirsə, o
zaman bu, qayıdış prosesinin
effektivliyini şübhə
altına qoya bilər. Bu səbəbdən çalışmaq
lazımdır ki, yerli və xarici
sahibkarlar azad rayonlara daha çox sərmayə qoymaqda maraqlı olsunlar. Daha çox investisiyanın qoyulması, daha çox yeni iş yerinin açılması deməkdir.
Həmçinin, otellərin
fəaliyyətə başlaması
turistlərin o bölgələrə
cəlb olunması baxımından əhəmiyyətə
malikdir. Bütün bunlar orada iqtisadi
və sosial inkişafa müsbət təsir edəcək”.
Vidadi ORDAHALLI
Bakı Xəbər 2025.- 20 iyun
(¹104).- S.8.