Gənclərin kamillik yolu - Qarabağ döyüşlərindən azad rayonlarda əmək cəbhəsinə...

 

Hər bir millətin, dövlətin gələcəyi gənc nəslin necə tərbiyə olunması, onlarda milli mənlik şüurunun hansı səviyyədə inkişaf etməsi, vətənpərvərlik hisslərinin tərbiyəsindən keçir.

 

Bu istiqamətdə bütün strukturlar fəaliyyətlərini elə qurmalıdır ki, gənclərimiz sözün həqiqi mənasında milli dəyərlərə sahib çıxsınlar.

 

Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır

 

Gənc nəslin milli mənlik şüurunun vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi iqtisadi hüquqlarını müdafiə etməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Uşaqlar gənclər milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəslə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir. Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır. Azərbaycanda həm paytaxt, həm bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb görülməkdə davam edir. Elə bütün bunların bəhrəsi idi ki, vətənpərvər ruhda böyüyən gənc nəsil canı-qanı bahasına Vətən müharibəsində ərazilərimizi Ermənistan işğalından azad etdi. Onların bir çoxu Birinci Qarabağ müharibəsində ondan sonra doğulmuşdu. Qaçqın düşərgələrində doğulan uşaqlar əsgər oldular Qarabağı işğaldan azad etdilər.

 

İşğaldan azad edilən ərazilərin bərpasında gənclər ürəklə iştirak edirlər

 

Azərbaycanın gənc nəsli təkcə öz qanı ilə Qarabağın azad edilməsinə töhvəsini vermədi. Həm işğaldan sonra Qarabağ Şərqi Zəngəzurun bərpasına öz töhvəsini verir. Məsələ ondadır ki, işğaldan azad edilən rayonlarda müxtəlif sahələrdə çalışan mütəxəssislərin çoxu gənc nəslin nümayəndələridir. Həvəslə gedib orada əmək fəaliyyəti ilə məşğul olurlar, ora təyinat almağa çalışırlar. Qarabağ Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olmağı özləri üçün şərəfli bir yol hesab edirlər. İşğaldan azad edilən ərazilərin bərpasında gənclər ürəklə iştirak edirlər.

 

Sözügedən məsələniBakı-Xəbər”ə şərh edən BeynəlxalqAlaşƏdəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Qarabağa qayıdış, oranın bərpası, yenidən inşa edilməsi mədəni irsin bərpası işi Azərbaycan gəncliyinin şərəf yoludur: “Azərbaycanın çağdaş gəncliyi təkcə torpaq uğrunda döyüş meydanlarında qəhrəmanlıq göstərməklə yetinməyib. Həm müharibəsonrası dönəmin quruculuq meydanlarında misilsiz vətəndaşlıq örnəyi sərgiləməklə milli yaddaşda öz möhürünü qoyur. Qarabağın Şərqi Zəngəzurun işğaldan azad edilməsi yalnız bir ərazi qurtuluşu deyil, həm ruhun, iradənin milli kimliyin təntənəsidir. Bu təntənədə önündə dayanan isə Azərbaycanın vətəndaş məsuliyyətini dərindən duyan gənc nəslidir. Bu gün Cəbrayılda, Füzulidə, Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Xocavənddə başqa yaşayış məntəqələrimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq ümumən inkişaf işlərinin əsas icraçı qüvvəsi məhz gənclərdir. Onlar yalnız layihə rəhbərləri, mühəndislər, müəllimlər, həkimlər könüllülər kimi deyil, həm ruhən bu yerlərə qayıdan bir nəslin təmsilçiləri kimi çıxış edir. Məsələ təkcə işlə təmin olunmaqdan ibarət sanılmamalıdıronlar, haqlı olaraq, bu bölgələrdə işləməyi, yaşamağı, xidmət göstərməyi şərəfli bir yol kimi qəbul edir. Bu, hər şeydən öncə mənəvi qayıdışdır. Gənclər o torpaqlara yalnız vücudları ilə yox, eyni zamanda ruhları, arzuları xəyalları ilə qayıdır. Çağdaş Azərbaycanın dövlət siyasəti gəncliyin inkişafını, onların innovativ düşüncəsini təşəbbüskarlığını milli prioritet kimi müəyyənləşdirib. Amma bu siyasətin gerçək təcəssümünü biz məhz Qarabağda, Şərqi Zəngəzurda görürükgənclərimiz təkcə ölkənin müxtəlif bölgələrindən deyil, xaricdə təhsil almış, beynəlxalq təcrübəyə malik mütəxəssislər kimi o torpaqlara üz tutur, öz bilik bacarıqlarını xalqın gələcəyinə yönəldirlər. Bunlar milli qürurumuzu, özgüvənimizi zənginləşdirən, gəncliyin gələcəyin vicdanını nişan verən faktlardır. Onlar üçün bu yol yalnız bir karyera seçimi yoxtarixi ədalətin bərpasında iştirak, şəhid ruhuna sayğı, ata-baba ocağının dirçəldilməsi, yeni həyatın bünövrəsinin ləyaqətlə qoyulması deməkdir. Unutmayaq ki, düşmən Qarabağı, Şərqi Zəngəzuru təkcə fiziki deyil, həm mədəni, sosial, demoqrafik baxımdan viran qoymağa çalışmışdı. Həmin boşluğu isə bu gün azərbaycanlı gənclər doldururyeni təhsil, mədəniyyət, şəfa ocaqları, başqa müəssisələr, yollar tikilir, həyat bütün parametrlər, kateqoriyalar üzrə dirçəlir, yeni yaşam nəfəsi doğulur. Bu ruhi güc, mənəvi enerji isə daha çox gənclərə xas olub, onların içindən gəlir. Azərbaycanın gənc nəslinin belə fəallığı, zəruri proseslərdə şüurlu iştirakçılığı göstərir ki, Qarabağ Şərqi Zəngəzur gələcəkdə yalnız coğrafi deyil, milli mənəvi birliyin canlı təcəssümü olaraq qalacaq. Təkrarçılıq olmasın, bəli, bu torpaqlara təkcə insanlar qayıtmırqayıdan ruhdur, kimlikdir, iradədir, ümiddir gələcəyin özüdür! Dövlətimiz zaval görməsin!”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər 2025.- 24 iyun (¹107).- S.8.