Azərbaycançılıq təbliğatı təkcə dövlətin
işi deyil...
Azərbaycançılıq
xalqımızın milli
ideologiyasıdır və
bu məfhum cəmiyyətin həmrəyliyinə,
xalqın vahid bir ideya ətrafında
mənəvi birliyinə
nail olunmasına səbəb olub.
Məlumdur ki,
Azərbaycançılığın tarixi yeni deyil,
bu ideya hələ XX əsrin əvvəllərində yaranıb,
amma onun vahid dövlətçilik
ideologiyası kimi təsdiq olunması və xalqımızı birləşdirən vahid bir ideologiyaya çevrilməsi ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycançılığın
geniş intişar tapmasında və dövlətçilik siyasətində
özünə xüsusi
yer tutmasında Prezident İlham Əliyevin xidmətləri
də böyükdür.
Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər
artıq azərbaycançılıq
ideologiyasının özəyini,
onun əsas təməl prinsiplərini
təşkil etməkdədir.
Azərbaycançılıq ümumbəşəri dəyərlərdən
yetərincə bəhrələnməklə
bərabər, öz milli mentallığını
qoruyub saxlamaqdadır.
Bu ideya həm Azərbaycanın sərhədləri daxilində,
həm də ölkəmizin hüdudlarından
kənarda yaşayan hər bir azərbaycanlı
üçün əsas
baza mənbəyidir.
Azərbaycanın və azərbaycançılığın
daha da möhkəmlənməsi,
daha geniş şəkildə təbliğ
edilməsi işində
dövlət qurumları
saysız işlər
görüb, tədbirlər
keçirib, kitablar, jurnallar çap ediblər, xarici ölkələrdə işlər
həyata keçiriblər.
Azərbaycançılığın
təbliğatı təkcə
dövlətin işi
deyil, bu həm də ictimaiyyətin, ictimai təşkilatların, yaradıcılıq
qurumlarının, sənət
adamlarının, qeyri-hökumət
təşkilatlarının işidir.
Azərbaycançılıqla
bağlı təbliğat
prosesində ölkəmizdəki
qeyri-dövlət qurumları,
məsələn, QHT-lər,
vətəndaşlar, media,
diaspor necə iştirak edir? Onların fəaliyyəti
məqbul sayıla bilərmi? Hansı öz üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirə bilir, yaxud bilmir? Nə
etmək lazımdır?
“Hər birimizin
əsas vəzifəsi
azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır...”
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı
bildirdi ki, Azərbaycançılığın təbliğində sənət
adamlarının, el sənətkarlarının, aşıqların
da üzərinə vəzifələr düşür
və onlar bunu layiqincə həyata keçirirlər.
M.Qasımlı qeyd etdi ki,
Aşıq sənəti
xalqımızın ənənəvi
musiqisi olmaqla yanaşı, həm də bəşəri mahiyyət daşıyır.
“Hər birimizin əsas vəzifəsi, azərbaycançılıq ideologiyasına
xidmət etməkdən
ibarət olmalıdır.
Keçdiyimiz yol, əldə etdiyimiz uğurlar, Vətən müharibəsində qazandığımız
şanlı qələbə
onu deməyə əsas verir ki, azərbaycançılıq
ideologiyası öz müsbət nəticələrini
verməkdədir. Ümumiyyətlə,
harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı
Azərbaycan sevgisi ilə yaşamalı, dövlətin mənafelərini
qorumalı, azərbaycançılıq
ideologiyasının prinsiplərini
hər zaman üstün tutmalıdır”.
Məhərrəm Qasımlının sözlərinə
görə, ozan-aşıq
sənəti yarandığı
gündən etibarən
milli dövlətçilik
ənənəsini əsas
istiqamət olaraq götürüb. “Ümumiyyətlə,
aşıqlıq sənəti
bədii varlığımızda
milli ruhu - azərbaycançılığı yaşadan sağlam köklərdən sayılır.
Vurğulandığı kimi,
azərbaycançılıq ruhunun aşılanmasında
mühüm rol oynayan el sənətkarlarının,
o cümlədən aşıqların
son illər ərsəyə gətirdiyi
əsərlərin leytmotivini
azərbaycançılıq, dövlətçilik, Azərbaycanın
müstəqilliyinin tərənnümü,
Qarabağ ağrısı,
milli faciələrimizlə
bağlı mövzular
təşkil edir. Bir sözlə, azərbaycançılıq məfkurəsinə
bağlı olan sənətkarlar böyük
əsərlər yaradır
və bu əsərlərdə xalqın
vətənpərvərliyi, taleyi, düşüncəsi,
əqidə və inamı əks etdirilir. Azərbaycançılıq
ruhunun aşılanmasında
mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda
dövlət səviyyəsində
qayğı göstərilir.
Ulu Öndər Heydər Əliyev aşıqlıq sənətinə
yüksək qiymət
verdiyi kimi, onun layiqli siyasi
varisi ölkə Prezidenti İlham Əliyev də bu sənəti yüksək dəyərləndirir...”
“QHT-lər, ictimai
birliklər, fondlar və qürbətdə fəaliyyət göstərən
diaspor təşkilatları
xeyli işlər görüblər”
Müstəqil ekspert Rauf Zeyni
“Bakı-Xəbər”ə
bildirdi ki, Azərbaycançılıq məfkurəsinin,
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, yayılması, xüsusilə
dünya azərbaycanlıları
arasında təbliğ
olunması ölkəmizin
prioritet istiqamətlərdən
biridir: “Çünki
iqtisadi qüdrətin
və hərbi gücün artırılması
ilə yanaşı ideoloji iş də görülməlidir.
Milli birliyə gedən yolda milli birliyin gücləndirilməsi istiqamətində
Azərbaycançılıq məfkurəsinin daha geniş yayılması çox vacib məsələdir. Ona görə də bu istiqamətdə dövlət qurumları üzərlərinə düşən
vəzifələrini yerinə
yetirirlər. Təbii
ki, bunu daha yüksək səviyyədə yerinə
yetirməlidirlər. Onlarla
paralel həm də QHT-lər, ictimai birliklər, fondlar və qürbətdə fəaliyyət
göstərən diaspor
təşkilatları xeyli
işlər görüblər.
Burda bizim görmədiyimiz fəaliyyətlər
də var, yazılan və yazılmayan qanunlar, qaydalar çərçivəsində
xeyli işlər görülüb. Ədalət
naminə deyək ki, bu görülən
işlərin hamısını
yüksək qiymətləndiririk.
Amma sual oluna bilər ki, görülən işlər kifayət edirmi?Xeyr, kifayət
etmir. Biz daha çox işlər görməliyik.
QHT-lər, vətəndaş
cəmiyyəti olaraq Azərbaycançılıq məfkurəsinin
təbliğində fəaliyyətimizi
daha da genişləndirməliyik.
Eləcə də digər təşkilatlar burda daha güclü
işləməlidirlər. Söhbət elmi təşkilatlardan, ali məktəblərdən, yaradıcılıq
qurumlarından, sahibkarlıq
fəaliyyəti ilə
məşğul olanlardan
və sairdən gedir. Sahibkarlar iqtisadiyyata töhfə verməklə yanaşı,
az da olsa
ideoloji işlə məşğul olmalıdır.
Hansısa bir ölkədə iqtisadiyyatımızın
təbliği, orda səfirliklə, diasporla birgə tədbir keçirilirsə bu zaman Azərbaycan məfkurəsi haqda iki cümlə deməyin özü də bir təbliğatdır.
Bu baxımdan hesab edirəm ki, kompleks tədbirlərin
həyata keçirilməsi
və əlbəttə
ki, bütün qurumlarla koordinasiyalı fəaliyyətin gerçəkləşdirilməsi
çox vacibdir. Bunu xüsusi qeyd edirəm ki, kompleks və
koordinasiyalı fəaliyyətin
həyata keçirilməsi
yaxın gələcəkdə
böyük effekt verə bilər”.
İradə SARIYEVA
Bakı Xəbər 2025.- 22-23 iyun
(¹106).- S.8.