Regionların inkişafı Azərbaycanın ümumi
tərəqqisinin əsas
təməl daşıdır
Azərbaycanda aparılan uğurlu daxili siyasətin əsas istiqamətlərindən
biri regionların hərtərəfli inkişaf
etdirilməsisidir. Ölkənin
sosial-iqtisadi sabitliyinin
möhkəmləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və
əhalinin rifah halının yüksəldilməsi
məhz regionların potensialından düzgün
istifadə ilə mümkündür.
Bu baxımdan,
regionların inkişafı
sadəcə bir iqtisadi strategiya deyil, həm də dayanıqlı inkişafın təmin olunması baxımından
fundamental əhəmiyyət
kəsb edir.
Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusu güclənir
Azərbaycanın regionları təbii sərvətləri, iqlimi,
torpaq ehtiyatları, insan kapitalı və coğrafi mövqeyi baxımından
olduqca zəngindir. Bu potensialın reallaşdırılması üçün
2004-cü ildən etibarən
dövlət tərəfindən
ardıcıl olaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları
həyata keçirilməyə
başlanıb. İndi
də bu siyasət uğurladavam edir. Bütün bunların daha bir nümunəsini prezident İlham Əliyevin Yevlax və Goranboy rayonlarına, Mingəçevir
şəhərinə səfəri
fonunda bir daha görmək mümkündür. Dövlət
başçısı bu
dəfə də səfəri çərçivəsində
çoxsaylı açılışlarda
iştirak etdi, görülən işlərlə
tanış oldu. Belə ki, prezident
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən
hissəsində görülmüş
işlərlə tanış
olub, Yevlax şəhəri qumsüzgəc
texnologiyalı sutəmizləyici
qurğunun, “AzərEnerji”
Açıq Səhmdar
Cəmiyyətinin 110/35/10 kV-luq
“Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin,
“Azərişıq” ASC-nin
Mərkəzi Aran
Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının, Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin
açılışlarında iştirak edib. Bununla yanaşı, prezident İlham Əliyevin Mingəçevirdə
açılışı mərasimində iştirak
etdiyi “8 Noyabr” Elektrik Stansiyası regionların inkişafının
əyani təzahürlərindən
biridir. Açılış
mərasimində çıxışı
zamanı prezident İlham Əliyev qeyd edib: “8 Noyabr”
Elektrik Stansiyasının
açılışı çox gözəl hadisədir, ölkəmizin
enerji potensialını
böyük dərəcədə
gücləndirəcək. Ümumilikdə bu stansiyanın yaradılması
və qısa müddət ərzində
bütün işlərin
başa çatması
ölkəmizin gücünü,
potensialını, energetiklərimizin
təcrübəsini, peşəkarlığını
göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. Bu stansiya bizim enerji potensialımızı
təbii olaraq daha da gücləndirəcək,
enerji sisteminin səmərəliliyini artıracaq
və beləliklə,
Mingəçevirin nəinki
Azərbaycanın, bütövlükdə
Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək”.
Hazırda Mingəçevirdə
ölkənin elektrik enerjisinin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlət başçısı
qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
2023-cü ilin fevralında
təməli qoyulan
1280 meqavat elektrik enerjisi hasil etmək gücünddir. Lakin onunla “Azərbaycan”
İstilik Elekrik Stansiyasının mövcud
7 və 8-ci bloklarının
əlaqələndirilməsi nəticəsində ümumi
gücün 1880 meqavata
kimi artırlması da mümkündür. Yeni elektrik stansiyasının
qaz turbinlərində
işlənmiş qaz
utilizasiya yolu ilə suyu buxara
çevirməyə imkan
yaradır. Bu da o deməkdir ki, “Azərbaycan” İstilik Elekrik Stansiyasının 7 və
8-ci bloklarının buxar
turbinlərində əlavə
qaz işlətmədən
enerji almaq mümkündür. Məhz
belə əlaqələndirmə
nəticəsində ildə
800 milyon kubmetr təbii qaza qənaət olunacaq.
Qarabağda davam
etməkdə olan bərpa-quruculuq işləri
xarici diplomatları da heyrətə gətirir
Regionların inkişafı iqtisadi artımı sürətləndirməklə
yanaşı, sosial sabitliyin də təmin olunmasına mühüm töhfələr
verir. Əhalinin məşğulluğunun artması,
işsizliyin azalması
və infrastrukturun yenilənməsi sayəsində
şəhər və
kənd arasındakı
fərq xeyli dərəcədə azalıb.
Əvvəllər yalnız
paytaxtda mövcud olan imkanlar artıq
bölgələrdə də
əlçatan olub. Eyni zamanda, regionlarda
yeni sahibkarlıq subyektləri, ailə təsərrüfatları və
kənd təsərrüfatı
kooperativlərinin yaradılması
qeyri-neft sektorunun gücləndirilməsinə ciddi
təkan verir.
Kənd təsərrüfatı
sahəsində həyata
keçirilən subsidiyalar,
texniki dəstək və məhsul istehsalının təşviqi
kənd yerlərində
məşğulluğun artmasına
və kənd əhalisinin gəlirlərinin
yüksəlməsinə səbəb
olur. Əlavə olaraq, aqroparkların yaradılması, emal müəssisələrinin qurulması
və ixrac potensialının artırılması
regionların xarici iqtisadi əlaqələrini
də genişləndirir.
İnfrastruktur layihələri
ilə yanaşı, təhsil və səhiyyə sahələrində
də bölgələrdə
əsaslı irəliləyişlər
əldə olunub. Qarabağın işğaldan
azad edilməsindən
sonra bu bölgələrin də
ölkənin ümumi
iqtisadi sisteminə inteqrasiyası istiqamətində
genişmiqyaslı bərpa
və yenidənqurma işləri aparılır.
Burada “ağıllı
kənd”, “ağıllı
şəhər”, “yaşıl
enerji” və “bərpa olunan enerji” layihələri vasitəsilə tamamilə
yeni inkişaf modeli formalaşdırılır.
Nəticə etibarilə,
Azərbaycanda regionların
inkişafı dövlət
siyasətinin mərkəzində
durur və bu istiqamətdə atılan addımlar uzunmüddətli milli maraqlara xidmət edir. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin
sosial rifahının yüksəldilməsi və
dayanıqlı inkişafın
təmin olunması məhz güclü regionlardan asılıdır.
Gələcəkdə də
bu siyasətin davam etdirilməsi Azərbaycanın hərtərəfli
və balanslı inkişafını təmin
edəcək. Görülən
işlərin dünyaya
təqdimatında da Azərbaycan müvafiq addımlar atır. Elə bu günlərdə
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin
işğaldan azad edilmiş ərazilərə
səfərləri də
bunun təsdiqidir. Diplomatik korpusun nümayəndələrinin iyunun
20-də Şərqi Zəngəzur
və Qarabağa Laçın Beynəlxalq
Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb. Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri, səfir
Peter Mixalko azad olunan ərazilərdə görülən işlərlə
bağlı qeyd edir: “ Ölkənin bütün ərazisində
olduğu kimi, Qarabağa səfərimiz
zamanı da bir çox gözəl yerlərin şahidi oluruq. Qarabağda davam etməkdə olan bərpa-quruculuq işlərindən
çox təsirləndik.
Sakinlərin öz yurdlarına geri qayıtdığını, eyni
zamanda, tikinti işlərinin davam etdiyini görürük. Avropa İttifaqı regiondakı sülh şəraitinə və minatəmizləmə prosesinə
dəstəyini göstərir.
Hansı ki, bu proses sakinlərin
öz yurdlarına geri qayıtması, onların təhlükəsiz
və firavan həyatı üçün
ilk vacib məqamlardır”.
Samirə
SƏFƏROVA
Bakı Xəbər 2025.- 25 iyun
(¹108).- S.8.