Azad
rayonlarda istehsal sahibkarlığı xüsusi
templə yürüdülür...
Torpaqlarımız 5 ilə yaxındır ki, Ermənistan Silahlı Qüvvələrinin
işğalından təmizlənib.
Rayonlarımızda, kəndlərimizdə,
şəhərlərimizdə geniş tikinti-quruculuq, bərpa işləri davam edir, məskunlaşma
həyata keçirilir,
eyni zamanda da kifayət qədər biznes, sahibkarlıq subyektləri
fəaliyyət göstərir,
yeni fabriklər, zavodlar, istehsalat müəssisələri açılır,
əhalinin məşğulluğu
təmin edilir.
Azad bölgələrin
social-iqtisadi inkişafı,
sahibkarlığın daha
geniş vüsət tapması üçün
imkanlar mövcuddur. Biz bu gün
azad rayonlarda sahibkarlıq subyektlərinin
əhatəli şəkildə
inkişafını görürük,
sahibkarlar yüksək
templə öz işlərini davam etdirirlər.
Onu da bildirək ki, azad olunmuş ərazilərdə şəhər,
qəsəbə və
kəndlər üzrə
15 yaşayış məntəqəsinin
ilkin mərhələdə
inşası tamamlanıb,
əhalinin yaşayışı,
iqtisadi fəaliyyətə
reinteqrasiyası təmin
olunub.
Hazırda 27 yaşayış məntəqəsinin
tikintisi, 25 yaşayış
məntəqəsinin təmir-bərpası
həyata keçirilir.
21 yaşayış məntəqəsinin
isə təməli qoyulub.
Bu ilin əvvəlinə olan statistikaya görə, azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 2 dəfədən çox
artıb. Bilirik ki, torpaqlarımız işğaldan azad edildikdən sonra işğaldan azad olunan rayonlarımızın
iqtisadi və sosial inkişafı üzrə konsepsiya da hazırlanıb icraya yönəlidilib.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq
fəaliyyətinin həyata
keçirilməsi prosesi
sürətlə davam
edir.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə
fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin
10 il müddətinə
mənfəət, torpaq,
əmlak və sadələşdirilmiş vergidən
də azad olunması da, sahibkarların maliyyəyə
çıxış imkanlarının
artırılması məqsədilə
kreditlərə dövlət
zəmanətinin verilməsi
və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platformanın olması da onlara əlavə stimul verir.
Azad ərazilərdə
sahibkarlıq fəaliyyəti
genişlənir
Liberal İqtisadçılar
Mərkəzinin rəhbəri
Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, azad
rayonlarda fəlaiyyət
göstərən sahibkarlara
dövlət tərəfindən
hər cür qayğı-diqqət göstərilir.
Azərbaycan Prezidentinin Mingəçevirə,
Goranboya və başqa rayonlara son səfərini qeyd edən A.Nəsirli bildirdi ki, ölkə başçısı azad
rayonlara həmsərhəd
olan ərazilərə
səfər etdi və burda iqtisadi
vəziyyəti dəyərləndirdi,
bir neçə obyektin açılışında
iştirak etdi. A.Nəsirlinin fikrincə, ölkə iqtisadiyyatının
inkişafı üçün
azad ərazilərdə
çox münbit şərait yaradılıb:
“Həm o ərazilərdə
fəaliyyət göstərən
sahibkarların digər
güşətləri də
mövcuddur. O sahibkarların
fəaliyyətinin ətraf
yerlərə, azad rayonlara yaxın olan ərazilərə müsbət təsirləri
var. Azad ərazilərdə tikinti-quruculuq,
bərpa işlərinə
hər il dövlət büdcəsindən
4-5 milyard manat vəsait xərclənir. İldə təxminən
2 milyarddan da çox özəl sektorun sərmayəsi yatırılır. Bu gün o sərmayənin yatırılmasının ətraf
ərazilərə kənar
təsirləri mövcuddur.
Tutaq ki, həmin ərazilərdə
fəaliyyət göstərən
sahibkarlara işçi
qüvvəsi lazım
olur. Onlar üçün sərfəlidir
ki, fəaliyyət göstərdikləri əraziyə
daha yaxın yerləşən rayonların
əhalisinin əməyindən
istifadə etsinlər.
Yaxud azad olunmuş rayonlarda fəaliyyət göstərən
sahibkarlara obyektlər
inşa etmək üçün müəyyən
materiallar lazım olanda həmin materialların ən yaxın ərazilərdən
təmin olunması daha məqsədəuyğundur.
Bu cür müxtəlif təsirlər
azad olunmuş ərazilərə yaxın
olan ərazilərin də iqtisadiyyatının
inkişafına müsbət
təkanlar verir”.
“Dövriyyənin və gəlirlərin artması sahibkarlığın
inkişafında əsas
rol oynayır...”
A.Nəsirli vurğuladı
ki, bu gün
azad rayonlarda yüzlərlə sahibkarlıq
subyekti fəaliyyət
göstərir, otellər,
restoranlar, istirahət
mərkəzləri, istehsalat
müəssisələri açılıb
və açılmaqda
da davam edir. Bu gün
o rayonlarda sahibkarlara məxsus istehsalat müəssisələrində yerli əhalinin də işlə təmin oldunduğunu deyən A.Nəsirli hesab edir ki,
bu da yerli
iqtisadiyyata müsbət
təsir göstərir.
A.Nəsirli qeyd
etdi ki, bu gün azad
rayonlarda işçi
qüvvəsinə ehtiyac
var, o rayonlara bitişik rayonlarda isə işsizlik problemi mövcuddur. Bu baxımdan azad ərazilərdə fəaliyyət göstərən
sahibkarların yaratdığı
iş yerləri, müəssisələrdə o insanlar işlə təmin olunurlar. “Bu amil onların
iş yerləri ilə təmin olunmasına müsbət təsir göstərir. Bu ərazilərin də bir hissəsi
Gəncəbasardır. Yəni
Gəncə, Mingəçevir
və digər ətraf rayonlarda yaşayan əhalinin işlə təmin edilməsində azad ərazilərdə fəaliyyət
göstərən sahibkarların
təsirləri kifayət
qədər yüksəkdir.
Həm iş yerləri açılır,
insanlar işlə təmin olunur, eyni zamanda həmin
bölgələrdə ticarət
dövriyyəsinin həcmi
kifayət qədər
genişlənir. Bu da yerli sahibkarların
mənfəətlərinin artmasına səbəb olur. Bu cür
dövriyyənin və
gəlirlərin artması
sahibkarlığın inkişafında
əsas rol oynayır, onların fəaliyyətinin nüvəsini
təşkil edir. Ona görə də hesab edirəm
ki, bu ərazilərdə
həm dövlətin
həyata keçirdiyi
proqramlar çərçivəsində,
həm də azad edilmiş ərazilərdə gedən
tikinti-quruculuq, bərpa
işləri, eyni zamanda açılan iş yerləri bu bölgənin iqtisadiyyatına, sahibkarlığın
daha geniş inkişafına töhfə
verir.
Goranboy rayonunda
tikinti materialları istehsalı müəssisəsinin
açılmasına tələbat
necə yaranıb? Həmin o ərazilərdə
tikinti materiallarına
tələbat artıb
ki, orda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsini
açıb. Artıq
hiss olunur ki, bu bölgədə
tikinti materaialları istehsal edən, tədürük edən şirkətlərə daha
çox ehtiyac var.
Bütün bunlar bir-birinə bağlı məsələlərdir.
Həm azad rayonlar, həm də onlara bitişik başqa rayonlarda fəaliyyət göstərən sahibkarlıq
qurumlarının, təşkilatların
bir-biri ilə əlaqələri müsbət
nəticə verir.
Hesab edirəm
ki, azad rayonlarda sahibkarlıq inkişaf edir, istesalla məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyəti
genişlənir. Bu da olduqca müsbət
bir haldır”-deyə A.Nəsirli əlavə etdi.
A.Nəsirli qeyd
etdi ki, işğaldan azad edilmiş torpaqlarımızda
istehsal, emal və digər müəssisələrin yaradılmasına
şahidlik edirik. O vurğuladı ki, Laçında, Kəlbəcərdə
və başqa azad rayonlarda istehsalat və sənaye müəssisələri
yaradılıb və
onların fəaliyyətini
görürük. A.Nəsirli
hesab edir ki, yerli sahibkarların
istehsal müəssisələri
açmasına böyük
maraq göstərməsi
müşahidə olunur
və bu da olduqca müsbət
haldır.
İradə SARIYEVA
Bakı Xəbər 2025.- 26 iyun (¹109).- S.8.