Vətənini canından artıq sevən Xalid

 

Xalidin ağlı kəsəndən bütün eşqini, məhəbbətini Vətəninə, torpağına verib. Elə bu ilahi sevgidir  ki,  İkinci Qarabağ müharibəsi başlanan günü o, könüllülər sırasında  qorxmadan  özünü odun-alovun içinə atıb. Nəticədə  son  damla qanına qədər düşmənlə döyüşüb xalqın 30 ilik torpaq həsrətinə öz qanı, canı bahasına son qoyan  minlərlə ölümsüzlüyə qovuşan qəhrəmanlardan bir olub.

 

Sədaqəti, mərdliyi ilə əbədi ömür qazanan, bütün Azərbaycanın iftixarına dönən Cəlilabad elinin qəhrəman oğlu ölümündən sonra   Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə digər medallara layiq görülüb. Əmanət qoyduğu iki övladı da qeyrət bulağından içə-içə Vətənin gələcəyi üçün boy atırlar...

Cəlilabad rayonunun Moranlı kəndində  dünyaya göz açan Xalid Rafiq oğlu Qasımov 2013-cü ildə Qara Kazımlı adına tam orta məktəbini  yaxşı qiymətlərlə bitirib. Məktəbdə oxudu zaman müəllimlərinin böyük rəğbətini qazanan Xalıd hərbi hazırlıq fənninə xüsusi maraq göstərib. 2014-2015-ci illərdə cəbhə bölgəsində müddətli həqiqi hərbi xidmət dövründə canından artıq sevdiyi Vətənin keşiyində ləyaqətlə dayanıb. Çətin sınaqlardan üzüağ çıxmaqla əsl qeyrətli oğul kimi tanınıb, sevilib.

 

Əsgərlikdən sonra işğalçı dığalardan qisas almaq məqsədilə həyatını  hərb sənətinə bağlayıb.  Bütün arzuların zirvəsində  Vətənin, xalqın xoşbəxtliyi dayanan Xalid Qasımov   24 avqust 2019-cu ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Böyük Kəsik sərhəd nəzarəti şöbəsində xidmətə başlayıb.

 

Qısa müddət ərzində  intizamı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi   ona  kollektivin böyük hörmətini qazandırıb.  Ən yaxşı xüsusiyyəti bir düşmənə əsir düşən Vətən torpaqların azadlığı naminə  həmişə öyrənməyə can atması olub. Bütün təlimlərdə fərqlənən  Xalid hər zaman düşmən tapdağında əzilən torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etməyi arzulayıb     bu yolda  özünə ölümü əsl şərəf  bilib. Məhz buna görə 44 günlük haqq savaşımız  başlayan  andanMütləq qələbə bizim olacaqdeyib odlu-alovlu səngərdə yağıya qan qusdurub.  Hər gün onun qələbə sorağı ən qaynar nöqtələrdən gəlib.

 

Çoxlu sayda düşmən yaraqlısını məhv edən, döyüşdən-döyüşə bərkiyən kiçik gizir Xalid Qasımov 12 oktyabr 2020-ci il tarixində Cəbrayılda ağır, qeyri-bərabər müharibə meydanında yüksək rəşadət şücaət  göstərib.  Lakin bu onun son döyüşü olub.  Qəfil atılan yağı gülləsi Xalidin Vətənə sevdalandığı ürəyinə dəyib.  Beləcə 24 yaşında gələcək nəsillər üçün  örnək olacaq bir tarix yazaraq əbədi  gözlərini yumub...

 

Zəfər ORUCOĞLU

Bakı Xəbər .- 2025.- 1-3 mart(№38).- S.14.