Həmrəylik ili
Azərbaycan ekologiyasının uduşuna
çevrildi - bu
işlərin hesabına...
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hansı işlər görüldü və Azərbaycan bu istiqamətdə hansı uğurlara imza atdı?
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həyata keçirməli olduğu Tədbirlər Planı hazırlanaraq təsdiqləndi. Tədbirlər Planına uyğun olaraq ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlərin icrası ilə bağlı işlər gerçəkləşdirildi.
Bu sahədə bir sıra işlər görüldü. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yadda qalan ən əhəmiyyətli tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının ( COP29) Bakıda keçirilməsi oldu ki, 2024-cü il noyabrın 11-dən 22-dək həmin tədbirə ev sahibliyi etdi. Bakı ətraf mühit və iqlim dəyişmələri sahəsində dünya üzrə keçirilən bütün müzakirələrin baş platforması və mərkəzi oldu və paytaxtımızdan dünyaya bir sıra mesajlar çatdırıldı, ən mühüm qərarlar qəbul olundu. COP29 tədbirləri çərçivəsində görülən işlər, layihələr ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərdi.
“Bu tədbirin Bakıda keçirilməsi mühüm bir hadisə oldu”
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən ən mühüm tədbir COP29 oldu. “Bütün çirkin kampaniyalara, müqavimətlərə baxmayaraq, Azərbaycan COP29-a uğurla ev sahibliyi etdi və bu tədbirin Bakıda keçirilməsi mühüm bir hadisə oldu. Bu məsələni gətirib siyasi müstəviyə çıxarmaq istəyən qüvvələrin bütün cəhdləri havada qaldı. 200-dən artıq dövlət arasında bu tədbirin keçirilməsinin Azərbaycana etibar edilməsi mühüm hadisə oldu və o dövlətlər ölkəmizə faktlara əsaslanıb səs vermidilər. Bu tədbir çox yüksək səviyyədə təşkil edildi, müxtəlif panel iclasları keçirildi, biz də o panellərdə iştirak etdik. O panellərdə qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə təsiri, nadir, relic, endem bitkilərin qorunması, yaşıl enerjidən, bərpa olunan enerjidən istifadənin miqdarının artırılması ilə bağlı bdünya alimlərinin, mütəxəssislərinin çox səmərəli tədbirləri, müzakirəsi oldu. Təbii ki, hər bir tədbirin sonunda onun yekun nəticəsi olur, onun bir faydalı iş əmsalı olur. Orda verilən qərarlar COP29-un ümumi qərarlarına təsir edir.
Azərbaycanda keçirilən bu tədbirin mühüm əhəmiyyətlərindən də biri odur ki, dünyanın ikinci ən böyük meşə sahəsi olan ərazilərindən biri Braziliyadır. Söhbət Amazon meşələrindən gedir. O tədbirdə Braizlya nümayəndəsi Bakıdan dünyaya car çəkirdi ki, Amazon meşələri quruyur. Bu quruma təkcə antropogen amillərlə bağlı deyil, təbiətdə periodik iqlim dəyişiklikləri baş verir. Bu günəş sistemi, ümumi yağıntıların miqdarının azalması və sairlə bağlı məsələdir. Bununla paralel olaraq antropogen amillər də rol oynayır. Bu tədbirin ən yüksək nəticələrindən biri də inkişaf etməkdə olan ölkələrə inkişaf edən ölkələr qlobal iqlim dəyişmələrinin zərərli təsirlərini qraşılamaq üçün yardım etməsi barədə qərarın qəbul edilməsi oldu”.
S.Qarayevin sözlərinə görə, Azərbaycan təbiəti, ekoloji tarazlığı, biomüxtəlifliyi, genefondu qorumaq istiqamətdə qoşuldüğü bütün beynəlxalq konvensiyalara riayət edir və bütün öhtəlikləri yerinə yetirir, bu istqiamətdə vahid siyasət həyata keçirir, bunu da dünya yaxşı görür. “Azərbaycan qəbul etdiyi bütün qərarlara ardıcıl əməl edib. Xüsuilə dünya görürdü ki, biz Qarabağı azad edəndən sonra orda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də başqa qurumların xəttilə orda yaşıllaşdırma işləri aparır. Kənd Təsərrüfatı Nazirliyinin bir sıra institutlarının gördüyü işlər, Üzümçülük və Şərəbçılıq elmi-tədqiqat institunun azad olunmuş ərazilərdə,Xocavənddə, Hadrutda üzüm bağların bərpa edilməsində, Şuşaya gedən yolda Ekologiya nazirliyinin əkdiyi ağaclar, meşələrin bərpa edilməsi, Azərbaycanın biomüxtəlifliklə bağlı gördüyü bütün tədbirlər dünyanın diqqət mərkəzindədir”.
“Həmrəylik ili çərçivəsində ekoloji maarifləndirmə istiqamətində xeyli işlər görüldü”
S.Qarayev qeyd etdi ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublikamızda kollektiv surətdə bütün əlaqədar təşkilatlar, qurumlar, dolayısı ilə bağlı qurumlar da çox ciddi fəaliyyətlə məşğul oldular. “Bu dövlətimizin gücünün mərkəzləşdirilməsinin bir göstəricidir ki, dövlətin qəbul etdiyi qərarın icrasına bütün dövlət orqanları, özəl sektor, cəmiyyət həmrəy şəkildə reaksiya verdi, fəaliyyətlərini bu istiqamətdə qurdu. Bu dövlətçilik baxımından çox mühüm göstəricidir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində paytaxta və bölgələrdə kütləvi yaşılaşdırma həyata keçirildi, tinklər əkildi, meşələr salındı. Azərbaycanda təkcə 2024-cü ildə deyil, ondan əvvəl də bu proses gedib. Yadınızdadırsa, böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubleyi ilə ə\laqədar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilmişdi. Bu təkcə Azərbaycan təbiəti üçün yox, bütün Qafqaz təbiləti üçün böyük bir nümunədir.
2024-cü ildə də bütün təşkilatlar geniş miqyasda ağacəkmə prosesində iştirak etdi, yeni parkların, yaşıllıq zolaqları salındı. Bununla yanaşı 2024-cü ildə həmkarlarımız və bizim tərəfimizdə bir sıra təkliflər də irəli sürülmüşdü. Bu təkliflər içərisində böyük şəhərlərimizdə-Bakıda, Gəncədə, Sumqayıtda Azərbaycanın 5 coğrafi botaniki-rayonunun florasına aid parkların salınması məsələsini qeyd edə bilərik. Bilirsiz ki, bizim 11 faizdən bir az artqı meşə ərazimiz var və bunun miqdarının yaxın beş-on il ərzində 20-25 faizə çatdırılmasını barədə təkliflər səsləndirldi, bu da cəmiyyət və ictimai qurumlar tərəfindən çox müsbət qarşılandı. Eyni zamanda həmrəylik ili çərçivəsində ekoloji maarifləndirmə istiqamətində xeyli işlər görüldü. Cəmiyyətin xeyli bir hissəsi anladı ki, Azərbaycanda meşələrin bərpası çox vacib məsələlərdir. Bizim tərəfimizdən belə bir təklif də irəli sürüldü hər məktəbin, hər universitetin özünün ayrıca parkları olsun, onlar orda nadir, relik, endem bitkilər, ağac və kollar əksinlər. Bunlar praktik təkliflər idi. 2024-cü il həm biomüxtəlifliyin, həm də heyvanlar aləminin qorunması baxımından çox mühüm bir il oldu. Bununla bağlı həm, praktik həm nəzəri konfranslar təşkil olundu. Botanika İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir neçə elmi konfranslar keçirdi və qarşıya məqsəd qoyulub Azərbaycanın biomüxtəlifliyinin qorunması istiqamətində işlər davam etdirilsin. Xüsusən də Qarabağ İqtisadi Rayonuna və Şərqi Zəngəzura səfərlər təşkil edildi. Zəngilana, Laçına - öz evlərinə qayıdan insanlarla, xüsusilə şagirdlərlə görüşlər keçirildi. Botanika İnsitutunun baş direktoru Səyyarə xanımın təşkilatçılığı ilə əməkdaşlarımız bu işləri gördük. Botanika İnsitutunda Qarabağ florasının yazılmasına başlanılıb və artıq bu iş yekunlaşmaq üzrədir, yaxınlarda bu möhtəşəm bir kitab şəkilində çap olunacaq. İnstitutunun kollektivinin böyük əməyi sayəsində ərsəyə gələcək kitabda həm nadir və nəsli kəsilməkdə olan bitkilər, ümuməm bütün flora haqqında məlumatlarla tanış olacaqsınız.
Ümumiyyətlə, biz “Yaşıl dünya naminə həmrəylik ili”nin Azərbaycanın dünyada biomüxtəlifliyin qorunmasında aparıcı dövlət kimi tanınmasında böyük rolu olub. Azərbaycanın dünyada elmi-praktiki baxımdan qlobal iqlim dəyişikliyi ilə mübarizədə öndə gedən dövlətlər sırasında olduğunu dünyaya tanıtdı. Eyni zamanda Azərbaycanda qəbul edilmiş qərarların faydalılıq baxımından dünyanın özü üçün əhəmiyyətini çox yüksək qiymətləndiririk. 2024-cü ildə bəşəriyyətin, həm insanın, həm fauna və floranın, yəni canlı təbiətin qorunmasının gələcək istiqamətləri nöqteyi-nəzərindən, qorunması baxımından Azərbaycanın, Bakının bir növ paytaxt olduğunu görürük. Bu da ölkəmizin həm siyasi baxımdan, həm də elmi, mədəni, ekoloji bir mərkəzi olması nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik olduğunu göstərir…”-deyə S.Qarayev qeyd etdi.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2025.- 1-3
mart(№38).- S.8.