Prezident “elə bir gənc nəsli yetişdirməliyik ki...” dedi - ailə modeli bu hədəfə necə cavab verir...

 

Yeniyetmə və gənclərin asudə vaxtının və istirahətinin təşkili ən aktual problemlərdən biridir. Əlbəttə ki, bu işdə ailənin rolu xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq ailədə valideynlər kiçik yaşlı uşaqlarla yeniyetmə və gənclərlə olduğundan daha çox vaxt keçirirlər.

 

Ailənin təsirini azaldan amillərdən biribudur ki, şəhərlərdə yeniyetmə və gənclər öz ailələrindən ayrı yaşamağa nisbətən tez başlayırlar. Ailədə yeniyetmə və gənclərin asudə vaxtının və istirahətinin şən, mənalı və məzmunlu keçirilməsi digər ailə üzvlərinin də sağlamgümrah olmalarına şərait yaradır, zehnifiziki yorğunluğu bərpa edir, ailə üzvləri arasında ünsiyyət münasibətlərinin səmimi olmasına kömək edir, xoş əhval-ruhiyyə təmin olunur. Belə olduqda yeniyetmələr, gənclər dərslərə daha yaxşı hazırlaşır, ictimai işlərdə həvəslə və fəal iştirak edirlər.

 

Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub

 

Müasir dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internetvirtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Müasir dünyanın, çağdaş həyatın bütün sahələrinin elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda xalqımızın yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayanyad mədəniyyətlərin daşıyıcılarına çevrilən soydaşlarımız arasında Azərbaycan milli-mənəvi yaşam düşüncəsində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə mədəniyyətimizin ayrılmaz tərkib hissəsi hesab edilən ağsaqqallıq-ağbirçəklik dəyərlərinin dirçəldilməsi zəmanəmizin əsas milli-mental məsələlərindən biridir. Azərbaycan coğrafiyasının zaman-zaman qonşu dövlətlər tərəfindən parçalanıb işğal altına alınması və bu dövlətlərin tərkibində milli-mənəvi assimilyasiyaya məruz qalması problemin həssaslığını şərtləndirən amillərdəndir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı kultların, eyni zamanda onların əsasını təşkil edən ağsaqqallıq-ağbirçəklik institutunun xüsusi yeri vardır. Təəssüf ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olurçox hallarda gənclərimizin böyük bir hissəsi də liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi “dəbli trendlər” altında insanlarımıza sırınan o qarayaxma kampaniyalarına, internetsosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar. Ona görə də bu kimi məsələlərdə biz son dərəcə diqqətdi omalıyıq. Xüsusən də gənclərimizi qorumalıyıq.

 

Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir

 

Prezident İlham Əliyev ötən il andiçmə mərasimindəki çıxışında ailə və məktəbin rolu barədə danışarkən çox önəmli məqamlara toxunub. Ölkə başçısının fikrincə, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, beyinləri saf olsun: “Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.

 

Belə bir gənc nəsli olan milləti kimsə əyə bilməz

 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Azərbaycan ailəsində tarixən formalaşan ənənələr var: “Məsələ ondadır ki, Azərbaycanda ailəyə, vətənə bağlılıq hissi güclüdür. Əsrlər boyu bu proses gedib. Nə qədər xarici müdaxilə olsa da, xalqımızın dilini, adət-ənənəsini unutmağa çalışan rejimlərin olmasına baxmayaraq, bu xalq öz adət-ənənəsinə, vətəninə məhəbbət hissini heç zaman unutmayıb. Məsələn, sovet dönəmində milli-dini bayramlar qadağan elədilər. Ruslaşma siyasəti həyata keçirilsə də xalqımızı milli dəyərlərindən uzaqlaşdıra bilmədilər. Məsələn, Novruz bayramını sqadağan etdilər. 1967-ci ildə Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanovun rəhbərliyi ilə Novruz bayramı təntənəli surətdə qeyd olundu. Ancaq bu, Şıxəli Qurbanova öz həyatı bahasına başa gəldi. Həmin ilin mayında Ş.Qurbanov sui-qəsd nəticəsində öldürüldü. Bu bayramı yenidən dirçəltdiyinə və xalqa qaytardığına görə, ona qarşı qəsd təşkil edib öldürdülər. Yəni bayramı təntənəli şəkildə qeyd etdiyinə görə onu öldürdülər. Ancaq sovet dönəmində bu bayramlar qadağan edilsə də ailədə bu bayramı keçirirdilər. Müstəqilliyin ilk illərində xalqımıza qarşı böyük ağrı-acılar oldu. Ancaq bütün bunlar bizi ruhdan salmadı. Əksinə, Azərbaycan xalqına qarşı böyük təpkilər oldu. Ancaq bütün bunlar bizi ruhdan salmadı. Əksinə, milləti daha da möhkəmləndirdi. Hazırkı yetişən gənc nəsil fəxr ediləsi nəsildir. Mən bunu bir müəllim kimi görürəm. Hazırda Azərbaycan himnini ürəkdən oxuyubbununla fəxr edən gənclik yetişir. Belə bir gənc nəsli olan milləti kimsə əyə bilməz. Çünki onlar torpaqlarımızı azad etdilər”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər  2025.- 4 mart(№38).- S.8.