Babəkin Vətən sevgisi əsl vətəndaş olmasının bariz ifadəsi idi...

 

Bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan xalqı Babək Namazov kimi bir igidlə qürur duyur, onun qəhrəmanlığına dərin ehtiram bildirir. Çünki Babəkin Vətən sevgisi, cəsurluğu əsl vətəndaş olmasının bariz ifadəsi idi... Bundan sonra yeni nəsillər onunonun kimi qəhrəman oğulların məzarlarını ziyarətgaha çevirəcək, ruhları qarşısında ehtiramla baş əyəcəklər.

 

Bu gün Namazovlar ailəsi özlərini xoşbəxt sanır ki, Babək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclunu şərəflə yerinə yetirib, Vətən uğrunda canını fəda etməklə şəhidlik zirvəsinə ucalıb.

 

Təbii ki, Babək Namazovun cismani yoxluğu hamıya ağır təsir edir...

 

Bu gün Babəkin əziz xatirəsi onu sevənlərin yaddaşında əbədi bir xatirəyə çevrilib. Vətən də, ailəsi də, onu tanıyanlar da bu qəhrəman oğulla fəxr edir. O, artıq xalqımızın and yeridir. Onun məzarı nəsillərin ziyarətgahıdır...

 

Vətənin qoynunda ölməyi özünə şərəf bilən qəhrəman döyüşçü Babək Namazova Allahdan rəhmət, valideynlərinə səbr diləyirik.

 

Adlar həyati mənalardır...

 

Əlbəttə, hər söz, özündə ciddi mənalar gizlədir. Həmin sözləri leksiketimoloji baxımdan şərh edəndə, bu, özünü labüd göstərir...

 

Kitabımızın Baş Obrazı Babək Namazovun adının - “Babək” sözünün leksik mənası və izahı belədir: Mənbəyə əsasən, bu ad (bu söz) “böyük” və “bəy” sözlərinin birləşməsindən yaranıb, başçı anlamındadır.

 

“Babək” sözünün etimologiyası isə aşağıdakı kimidir:

 

(Mənbəyə əsasən) “Babək” sözü baba, ata kimi bir neçə mənada işlənən “abasözü ilə təmas qurur...

 

Bütün hallarda “Babək” sözü bizdə cəngavər, qəhrəman, qorxmaz igid təsəvvürü yaradır. Düşünürük ki, Babək Namazova bu ad elə-belə, şərti olaraq qoyulmayıb. Bəlkə də valideynləri (ona) ad seçəndə, Allah fəhmən onlara bu adı məsləhət görüb...

 

Babək Namazov insanlarda xalq qəhrəmanı Babək kimi təsəvvür yarada bildi. O da onun kimi mübariz, qorxmaz oldu, Vətəni, torpağı uğrunda əsl qəhrəmanlıq göstərdi, şəhadətə ucaldı. Biz sərkərdə Babəki də xalq, torpaq və Vətən uğrunda şəhid hesab edirik. Əsrlər sonra Babək Namazov onun qəhrəmanlıq yolunu davam etdirdi, torpaq uğrunda canından keçdi, Babək kimi Babək oldu...

 

“Babək” sözünün əbcəd hesabı və sözün hərf-rəqəm qarşılığı aşağıdakı kimidir (biz burada təqribi deyil, konkret zəminlərə istinad edirik):

 

B (ba) 2

 

A (əlif) 1

 

B () 2

 

Ə (hərəkə) 1

 

K (kəf) 20

 

B (ba) 2 + B () 2 + K (kəf) 20

 

Sözdəki a sait səsi əlif (birinci hərf kimi) 1-lə, ə sait səsi (hərəkə olaraq) 1-lə təmas qurur. Bu da ümumi hesabda 2+2+20+1+1 edir. Yəni cəm 26 rəqəmi ilə özünü büruzə verir. Bu da Babək Namazovun həyat-ömür yaşını (26) təsdiqləyir.

 

Babəkin soyadının da əbcəd təmasını tapaq:

 

N (nun) 50

 

A (əlif) 1

 

M (mim) 40

 

A (əlif) 1

 

Z (zəl) 700

 

O (hərəkə) 4

 

V (vav-vəv) 6

 

Burada 50+1+40+1+700+4+6 hesabı 802 ilə ehtiva edir. Nəticədə 8+0+2 hesabından 10 alırıq. Bu rəqəm (10) Ba­bəkin 10-cu ayda (oktyabrda) şəhid olması anlamına gəlir.

 

802-ni güzgü əksi olan 208-lə üst-üstə gəlsək, 8+0+2=10; 2+0+8=10 anlamı da 10+10=20 zərurəti verir. Bu rəqəm (20) Babəkin nəşinin fevralın 20-də tapılması mənasına gəlir. 802 onun güzgü əksi olan 208 rəqəmləri arasındakı 2 rəqəmi Babəkin nəşinin tapılmasının ikinci ayafevrala təsadüf etdiyini şərtləndirir.

 

Yuxarıdakı 2+2+20+1+1=26 rəqəminin güzgü əksi 62-dir. 2+6=8; 6+2=8. 8+8=16 hesabının üzərinə 10-u (Babəkin şəhid olduğu ayın rəqəmini) gəlsək, (16+10=26) 26 edər. Bu rəqəm Babək Namazovun 26 yaşında əbədiyyətə köç etməsi anlamındadır.

 

Çevrə həddinə görə, yuxarıdakı ortaq hesabın 8 fəhmi 16 rəqəminin 1+6=7 aralıq həddi toplanma kəsbi ilə (8+7=15) 15 edir. 15 rəqəmin Babəkin mayın 15-də doğulmasına işarədir.

 

16 rəqəmi ilə 15-in simmetrik hesab tərzi 31 edir. Bu da o deməkdir ki, Babək Namazovun hazırda (yəni 2025-ci ildə) 31 yaşı var.

 

Babək Namazovun adının soyadının latın qrafikalı Azərbaycan əlifbası üzrə hesab tərzi onun həyatı şərəfli ölümü ilə bağlı ortaya maraqlı nüanslar qoyur.

 

Diqqət edək:

 

B - 2

 

A – 1

 

B - 2

 

Ə - 7

 

K - 16

 

Buradan 2+1+2+7+16=28 alırıq.

 

28=2+8=10. Burada 10 rəqəmi Babəkin 10-cu ayda (oktyabrda) şəhid olmasına dəlalət edir. Yaxud, 10=1+0=1 zərurətində 1 rəqəmi Babəkin tək, yəni subay olması anlamıdır...

 

Namazovsoyadı da bizə diqqəteidici nüanslar verir:

 

N - 20

 

A - 1

 

M - 19

 

A - 1

 

Z - 32

 

O - 21

 

V - 29

 

Bu da o deməkdir ki, 20+1+19+1+32+21+29=123.

 

123=1+2+3=6. Bu hesabda nisbi aralıq həddini əlimizdə əsas götürüb, 123-dəki orta rəqəmi2-ni sıradan çıxarır, sərbəst şəklə salır 6-nın üzərinə gəlirik: 6+2=8. Burada 8 rəqəmi Babəkin Vətən müharibəsində cəmi 8 gün döyüşməsinə işarədir (27 sentyabr 2020-ci il – 5 oktyabr 2020-ci il).

 

Babəksözünün periodik əkslik tərzi bizi təəccübləndirir:

 

2 1 2 7 16

 

B A B Ə K

 

2 1 2 7 16

 

Sözün birinci sıradakı əkslik tərzi 2+1+2+7+16=28-dir. 2+8=10

 

Sözün ikinci sıradakı əkslik tərzi 28-dir. 2+8=10

 

Sözün iki hədd üzrə hesabından isə bunu alırıq: 21+27+16=64; 6+4=10. 10 rəqəminin hansı məqsəd aşıladığını biz artıq bilirik...

 

Sözdəki orta rəqəmi sərbəst buraxıb qeyri-proporsional hesab aparsaq belə bir hədd alarıq: 21+7+16=44. Bu rəqəm Vətən müharibəsinin cəmi 44 gün çəkməsi anlamına gəlir.

 

Yaxud sözün simmetrik hərf-səs parametri üzrə belə bir hesab almış oluruq: 2+1+2=5 və 7+1+6=14. 14-ün üzərinə sözdəki birinci heca hərfin (səsin - A) rəqəmini əlavə edir və cəmdə 15 alırıq. Bu da o deməkdir ki, Babək 5-ci ayın (mayın) 15-də anadan olub.

 

Babəksözünün əkslik tərzini güzgü əksi ilə hesablayaq:

 

61+7+2+1+2=73. 7+3=10. Beləcə, bütün hallarda biz uyğun proseslər kəsb edir, hesabımızdakı bir sıra rəqəmlərin Babək Namazovun həyatı şərəfli ömrü ilə sıx təmas qurduğu qənaətinə gəlirik.

 

***

 

Bəllidir ki, Babək kimi oğullar Vətən uğrunda silaha sarılıb döyüşə atılanda işğal altında ağı deyən torpaqlarımız sevincindən hayqırmışdı... Elə bu qəhrəman oğullar da torpaqlarımızı düşməndən geri almaq üçün məhz içdən hayqırmış, vahiməli səsləri ilə təlatüm yaratmışdılar...

 

Babək: “Qarabağ Azərbaycandır!”, - deyib düşmənin üstünə şığıyanda Vətən alqışlamışdı, xalq da. Ayağının altındakı torpaqlar ona əhsən demişdi...

 

Onun bu qəhrəmanlığı yetişən nəsillərdə qaynar vətənpərvərlik hissi aşılayır.

 

Babəkin Vətən sevgisi ilə çırpınan ürəyi 5 oktyabr 2020-ci ildə dayanmasaydı, Allah bilir, o, Şuşada necə misilsiz qəhrəmanlıqlar göstərəcəkdi...

 

Hamımıza bəllidir, otuz ildən çox idi ki, tarixi torpaqlarımız erməni işğalı altnda idi. 1988-ci ildən başlanan çirkin siyasi oyunlar nəticəsində 1992-1994-cü illər ərzində Azərbaycan iyirmi faizdən artıq torpağını itirmişdi. 1988-ci ildən başlanan erməni düşmənçiliyi mənfur separatizmin sayəsində ard-arda ata-baba yurdlarımızı işğala məruz qoymuşdu.

 

Məhz Babək Namazov kimi oğullarınQarabağ Azərbaycandır!” hayqırtısı ilə gerçəkləşən şücaətləri sayəsində düş­mən böyük itki ilə geri çəkildi, torpaqlarımız geri alındı.

 

Babək kimi oğulların Vətən uğrundakı şücaətləri, dediyimiz kimi, yetişən nəsillərə xüsusi bir vətənpərvərlik hissi, aydın bir Vətən sevgisi aşılayır.

 

Beləliklə, biz Babək Namazovun adının hərfi, əslində elmi qayəsinə nüfuz etdik, əbcəd hesabı ilə onun həyatı haqqında bəzi nüanslara toxunduq.

 

Apardığımız rəqəmli təhlillər Babəkin həyat tale yolunu azacıq da olsa, özündə dəqiq ehtiva edə bildi. Bu, o mənaya gəlir ki, hər rəqəmin, hər hərfin insan həyatı üçün müstəsna əhəmiyyəti var.

 

Babəksözündəki hərflərin hərəsi bir rəqəmlə nisbət tapır, hər hərf öz dəqiq missiyasını yerinə yetirir...

 

Allahdan qəhrəman şəhidimizə rəhmət diləyir, ailəsinə səbr arzulayırıq.

 

(Ardı var)

 

Hikmət Məlikzadə          

Bakı Xəbər  2025.- 6 mart (№ 41).- S.15.