Türk dövlətlərinin
media platforması məlumat
azadlığına yeni imkanlar
açır...
“Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır".
Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan dövlətinin ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Azərbaycanda azad mətbuatın getdikcə daha da inkişaf etməsi sosial sifarişə, ən birincisi isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.
Ölkədə azad söz, fikir plüralizmi təmin edilir
Azərbaycanda media azadlığı təmin
edilir. Azərbaycanda fikir, söz
və məlumat azadlığı, siyasi plüralizmin qorunub saxlanılması, bu prinsiplərin, normaların
daha da inkişaf
etdirilməsi günümüzdə
də öz aktuallığını qoruyub
saxlayır. Azad media, azad sözün, insan hüquqları və azadlıqlarının
qoruyucusu rolunda çıxış edir.
Söz, fikir, düşüncə
və media azadlığı,
onun məğzi yalnız cəmiyyət tərəfindən dərk
olunduğu zaman real fayda verir. Bütün sahələrdə olduğu
kimi, mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi
hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir, azad medianın, insan hüquq və azadlıqlarının
müdafiəsi demokratik
mexanizmlərinin mövcudluğunun
əsas şərtlərindən
biri kimi qəbul edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin
fəaliyyəti üçün
kifayət qədər
şərait, imkan yaradılır. Bu şərait özünü
dövlətin bu sahəyə, müstəqil
medianın inkişaf etdirilməsinə yönəlik
fəaliyyətində, atdığı
addımlarda biruzə
verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması,
onların fəaliyyəti,
söz, fikir azadlığının təmin
olunması üçün
bir zəmanətçi
rolunu oynayır.
Azərbaycanda azad medianın,
insan hüquq və azadlıqlarının
müdafiəsi demokratik
mexanizmlərinin mövcudluğunun
əsas şərtlərindən
biri kimi qəbul edilir.
Türkdilli dövlətlər arasında
media platforması mövcuddur
Türkdilli dövlətlərin əməkdaşlığının əsasını ortaq tarixi-mədəni irs, ortaq dil təşkil edir. Prezident İlham Əliyev
bəyan edir ki, bu gün
biz türk dövlətləri
arasındakı birlikdən
danışarkən gələcəyə
baxırıq. Türkdilli xalqları
ortaq mədəniyyət,
adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli
fəaliyyət üçün
əsas təməldir.
Hazırda bu əlaqələrin
əhatə dairəsi
çoxşaxəlidir. Türkdilli dövlətlər arasında
media platforması da mövcuddur. 2021-ci ilin ortalarında yaradılan bu platforma artıq dörd ilə yaxındır ki, Azərbaycanda fəaliyyət
göstərir. Digər türkdilli
ölkələrin bu
platformaya qatılması
və mərkəzin məhz Bakıda olması qürurvericidir.
Bu platformada qardaş
ölkələrin media qurumları
təmsil olunur. Türk dövlətlərinin səciyyəvi
xüsusiyyətləri ortaq
dəyərlərdir. Bu
dövlətləri əsrlər
boyu mövcud olan bir sıra
amillər bağlayır.
Platformanın dövlətlərarası hüququ bazasının formalaşdırılması istiqamətində
qəbul edilən müvafiq qərarlardan sonra, türk dövlətlərinin media sahəsində
əməkdaşlığının gündəmə gətirilməsi
və bu sahədə ilkin razılaşmaların əldə
olunması olduqca mühüm bir hadisədir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı,
sərhəd tanımayan
yeni media və sosial şəbəkələrin
həyatımızda oynadığı
rol öz mədəniyyətini, identikliyini
qorumaq istəyən bütün xalqları olduqca ciddi çağırışlar
qarşısında qoyub.
Belə bir zaman kəsiyində
yeganə doğru seçim bir-birini assimilyasiyaya uğratmayacaq,
ortaq dil və mədəniyyət
üzərindən yola
çıxacaq, rəqabətədavamlı
media və sosial media platformalarının yaradılması
və inkişaf etdirilməsidir.
Bütün bu deyilənlərin
fonunda, türkdilli dövlətlərin media platforması
nə vəziyyətdədir,
proses necə başlayıb?
Türkdilli dövlətlərin media platformasının əsas
işi ortaq medianın yaradılmasıdır
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Yadigar Məmmədlinin fikrincə, türkdilli dövlətlərin media platformasının əsas işi ortaq medianın yaradılmasıdır: “Yəni bu istiqamətdə müəyyən işlər görülür. Bir müddət Azərbaycan və Türkiyə mediasının ortaq layihələri var idi. Onlardan ən uğurlusu TRT AVAZ-la həyata keçirilən birgə media layihələri idi. İndi bu tipli birgə layihələr olmasa da, daha çevik və funksional layihələrə önəm verilir. Elektron rəqəmsal media, sosial şəbəkələr üzərindən platforma yaradılmalıdır. Ayrı-ayrı media layihələrindənsə, belə platforma hesab edirəm ki, daha səmərəli, təsiredici ola bilər. Təəssüf ki, hələlik bu, mövcud deyil. Düzdür, müəyyən işlər gedir, amma hələlik tam nəticə yoxdur. Söhbət ondan gedir ki, bizim xəbərlərimizə dünya mediası o qədər də istinad etmir. Hesab edirəm elə etməliyik ki, bu sahədə müasir sistem yaradaq. Düzdür, Türkiyə mediası dünya qlobal mediası tərəfindən informasiya mənbəyi kimi tanınır. Ona görə də hesab edirəm ki, türkdilli dövlətlərin media platforması müasir dünyanın tələblərinə uyğun olaraq qurulmalıdır. Fikrimcə, rəqəmsal media olmalıdır. Ona görə ki, digər media vasitələri bir az köhnəlib. Söhbət məsələnin texniki tərəflərindən gedir. Regionda hər hansı hadisə baş verərsə, həmin məlumatları o platformadan əldə etmək mümkün olsun. Məsələn, Avropa İttifaqına daxil olan ölkələrin “Euronyus” televiziya platforması var. Müxtəlif dillərdə yayımlanır. Fikrimcə, model olaraq bu tipli platforma yaratmaq olar və türkdilli dövlətlərin buna ehtiyacı var. Media siyasətini həyata keçirmək üçün buna zərurət var”.
Vidadi ORDAHALLI
Bakı Xəbər 2025.- 7 mart (№42).- S.8.