Əməkdar müəllim, professor Şəhla Əliyevanın uğur yolu…
Müəllim ömrü çağlayan bulaqdır, ətrafını yaşıllaşdıran, gözəlləşdirən bir bulaq. O bulağın suyundan içənlər əbədi səadətə qovuşublar. Müəllimin işi əzəl gündən öyrətməkdi, yetişdirməkdir. Hansı sahədə müəllim adlı ağacın bəhrəsi yoxdur ki…Hər birimiz qazandıqlarımıza görə ikinci valideynimiz sayılan müəllimə bocluyuq.
Müəllim qadın olanda onun həm də analıq şəfqətini görürük, mehriban çöhrəsinin işığında duruluruq.
Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Şəhla Qasım qızı Əliyeva Azərbaycan təhsilinin və elminin tanınmış simalarından biridir. Şəhla xanımın yetirmələrinin səsi-sədası, xoş sorağı dünyanın harasından gəlmir ki…
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində cəmiyyətimizin işıq gələn tərəfi olan qadın müəllimlərimizdən biri - pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Şəhla Əliyevadan danışmaq istəyirik. Fikrimizcə, Şəhla xanım kimi analarımızın, ziyalı qadınlarımızın həyat yolu, fəlaiyyəti, uğur hekayəsi gənc xanımlar üçün böyük örnəkdir. Biz örnək olanları daha çox təbliğ etməliyik ki, gənc qızlarımız onların yolunun davamçısı olsunlar. Bu mənada professor Şəhla Əliyeva haqda danışmaq yerinə düşərdi, düşüncəsindəyik.
Şəhla xanım Qərbi Azərbaycanın Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. Bakı şəhəri 155 nömrəli orta məktəbi bitirib. Ailəlidir. Bir oğlu var.
ADPU-ni (keçmiş V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli APİ) fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdə fakültə komsomol təşkilatı katibi, sonra institut Komsomol Komitəsinin üzvü olub, ali məktəbi bitirdikdən sonra İnstitut Komsomol komitəsində çalışıb.
Şəhla xanımın qəlbində dərindən kök salan öyrətmək sevgisi, elm sahəsində öz sözünü demək arzusu onu bu sahəyə əbədiyyən bağlayıb.
1993-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə elmlər namizədi elmi dərəcəsini alıb, 1997-cı ildə dosent elmi adına layiq görülüb, 1996-cı ildə Pedaqogika və psixologiya fakültəsində dekan müavini, 1997 -2001 -ci illərdə
ADPU Pedaqogika və psixologiya fakültəsinin dekani vəzifələrində çalışıb, 2014-cü ildən pedaqogika elmləri doktoru, professordur.
2011-2022-ci illərdə ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekani vəzifəsində çalışıb.
2023-cü ildən ADPU-nun “Pedaqoji psixologiya “ kafedrasının müdiridir.
Elm sahəsində pillə-pillə uğurla və mətanətlə irəliləyən Ş.Əliyeva üçün auditoriya ən müqəddəs məkandır. Tələbələrə Pedaqogika, Sosial pedaqogika, Pedaqogika tarixindən dərs deyir, bu vacib və həssas ixtisasların incəliklərini öyrədir.
Ş.Əliyevanın elmi əsərləri
barədə də danışmaq istəyirik. Professor 100-dən çox elmi - metodiki məqalənin (3 məqalə Web of Science Core Collection), tezislərin, 3 monoqrafiyanın,
15 kitabın müəllifidir. Pedaqogikanın,
məktəbəqədər pedaqogikanın nəzəriyyəsi
və tarixi, sosial pedaqogikanın problemləri ilə bağlı Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstanda keçirilən
beynəlxalq seminar, simpozium
və konfranslarda iştirak edib. Respublikamızda və xaricdə
22 beynəlxalq və respublika konfransının
iştirakçısı olub.
ADPU-da keçirilən
“İlin alimi” müsabiqəsinin qaliblərindən
biri olub. 2016-cı ildən hazıra kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın ADPU-nun
nəzdində fəaliyyət
göstərən Dissertasiya
Şurasının üzvüdür.
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının
ADPU-nun elmi əsərləri
olan “Pedaqoji Universitetin Xəbərləri”
elmi jurnalının “Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası”nın
redaksiya heyətinin üzvü, “Musiqi elmi, mədəniyyət və təhsilin aktual problemləri” jurnalının redaksiya komissiyasının məktəbəqədər
təlim və tərbiyə ixtisası üzrə sədridir. Ş.Əliyeva 2018-ci ildən Özbəkistan Əndican Dövlət Pedaqoji Universitetinin “İlmiy xabarnoma. Pedaqoqik tadқiқotlar”
jurnalının, 2019- cu ildən
Ankara Eğitim Araştırmaları
Dərgisinin elmlər
doktoru proqramı üzrə işləyən
doktorantların elmi məsləhətçisi, fəlsəfə
doktoru proqramları üzərində çalışan
doktorantların elmi rəhbəridir. Bir çox
beynəlxalq layihələrin
iştirakçısıdır.
ADPU-da “Müasir
təhsil və tədrisə yardım mərkəzi”, “Dünyaya
baxış” təşkilatı
və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə inklüziv təhsilə dair pilot layihənin həyata keçirilməsində fəal
iştirak edib. Avropa İttifaqının texniki
yardımı çərçivəsində
Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin
İcrasına Dəstək”
layihəsi üçün
“Uşaq baxıcısı”
peşə standartının,
kvalifikasiya standartları
və qiymətləndirmə
standartlarının hazırlanması
prosesində iştirak
edib. Azərbaycan Respublikası Milli
Kvalifikasiya Çərçivəsi
layihəsində peşə
standartları hazırlayan
işçi qrupun üzvü olaraq ixtisasın modul dərs vəsaitlərini hazırlayıb. Avropa
İttifaqının “Azərbaycanda
vətəndaş cəmiyyətinin
iştirakı ilə
təhsil sisteminin müasirləşdirilməsi və
inklüziv təhsilin
tətbiqi” proqramı
çərçivəsində Hey- dər Əliyev Fondunun “Regional İnkişaf”
İctimai Birliyi tərəfindən həyata
keçirilən “Müəllimlərin
inklüziv təhsil sahəsində bacarıqlarının
artırılması” layihəsi
və YUNİSEF tərəfindən
həyata keçirilən
“Azərbaycanda əlilliyi
olan uşaqlar üçün inklüziv
keyfiyyətli təhsilin
genişləndirilməsi” layihəsində
ADPU üzrə işçi
qrupun üzvüdür
Şəhla Əliyevanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər, imza atdığı uğurlar
onun öz zəhmətinin, gərgin
əməyinin bəhrəsidir. Alın təri
ilə qələmin qüdrətindən, iti ağlın və zəkanın hikmətindən
doğan bu əsərlər, bu fəaliyyətlər Azərbaycan
qadınının möhtəşəmliyinin
təntənəsidir. Bütün bunları yaradan Azərbaycan qadınıdır, bütün
gözəllikləri, bütün
bayramları içdən
yaşamağı haqq
edən Azərbaycan qadını!
Bayramınız mübarək!
İradə SARIYEVA
Bakı Xəbər
2025.- 8 mart (№42).- S.15.