Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

 

Xarici siyasət bir dövlətin idarəçiliyinin mühüm aspektidir, onun milli maraqlarını qorumaq, qlobal sabitliyi təşviq etmək, iqtisadidiplomatik əlaqələri inkişaf etdirmək üçün digər ölkələrlə necə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir.

 

Uğurlu xarici siyasət diplomatiya, iqtisadi strategiya və lazım gəldikdə hərbi güc balansı tələb edir. Tarix boyu bəzi dövlətlər praqmatizm, uyğunlaşma, çoxtərəflilik və strateji ittifaqlar kimi əsas prinsiplərə sadiq qalaraq xarici siyasətdə üstün olublar. Azərbaycan bunun ən yaxşı nümunələrindən birini yaradıb.

 

Enerji təhlükəsizliyinin təmin olunmasında Şimali Makedoniya Azərbaycana güvənir

 

Təcrübə göstərir ki, uğurlu xarici siyasətin ən mühüm prinsiplərindən biri praqmatizmdir. Hökumətlər geosiyasi mənzərəni real qiymətləndirməli və milli maraqları ideoloji sərtlikdən üstün tutmalıdırlar. Uyğunlaşma effektiv xarici siyasətin digər vacib elementidir. Qlobal şərait dəyişdikcə, dövlətlər öz strategiyalarını dəyişməyə hazır olmalıdırlar. Çoxtərəflilik və ya bir çox ölkə və beynəlxalq təşkilatlarla əlaqə də uğurlu xarici siyasətin əsas tərkib hissəsidir. İkinci Dünya müharibəsindən sonrakı dövr qlobal əməkdaşlığa və münaqişələrin həllinə kömək edən Birləşmiş Millətlər Təşkilatı, NATO və Ümumdünya Ticarət Təşkilatı kimi təsisatların yaradılması ilə nəticələndi. Müharibədə dağılmış Avropanı bərpa etmək üçün Birləşmiş Ştatlar tərəfindən həyata keçirilən Marşal Planı çoxtərəfli əməkdaşlığın ittifaqları necə gücləndirə biləcəyini və iqtisadi sabitliyi təşviq edə biləcəyini nümunə göstərir. Avropanın bərpasına sərmayə qoymaqla ABŞ nəinki kommunizmin yayılmasının qarşısını aldı, həm də uzunmüddətli iqtisadisiyasi tərəfdaşlıqları möhkəmləndirdi. Hazırda Azərbaycan da bu təcrbədən uğurla istifadə edir. Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri fonunda bunu görmək olar. Qeyd edək ki, Azərbaycan Şimali Makedoniya daxil olmaqla Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə xüsusi diqqət edir. Bu, həm də ondan irəli gəlir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycanın enerji resurslarının dünya bazarında satışında da Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq böyük önəm kəsb edir. Faktdır ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Bu fonda diqqət həm də Azərbaycana yönəlir. Azərbaycan prezidenti İlham Əliyev Şimali Makedoniyada olan həmkarı ilə mətbuata bəyanatla çıxışında qeyd edib: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirbizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün daha çox sayda Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu fonda Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Hazırda iki ölkə eneji sahəsində də əməkdaşlığı uğurla inkişaf etdirir.

 

İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ başlanır

 

Dünya təcrübəsi göstərir ki, strateji tərəfdaşlıqlar milli təhlükəsizliyin və iqtisadi rifahın təmin edilməsində mühüm rol oynayır. Belə formada əməkdaşlıq edən ölkələr daha böyük uğurların müəllifinə çevrilirlər. O da nəzərə alınmalıdır ki, iqtisadi diplomatiya xarici siyasətin digər mühüm aspektidir.

 

Ticarət sazişləri, xarici investisiyalarinkişaf yardımları ilə məşğul olan ölkələr uzunmüddətli iqtisadidiplomatik əlaqələr qurur. Nəticə olaraq, uğurlu xarici siyasət praqmatizm, uyğunlaşma, çoxtərəflilik, strateji ittifaqlariqtisadi diplomatiya üzərində qurulur. Bu prinsiplərdən səmərəli istifadə edən dövlətlər qlobal mövqelərini gücləndirir, milli maraqlarını təmin edir və beynəlxalq sabitliyə töhfə verirlər. Dünya təkamül etməyə davam etdikcə hökumətlər beynəlxalq münasibətlərin mürəkkəbliklərini effektiv şəkildə idarə etmək üçün çevik və uzaqgörən olmalıdırlar. Azərbaycan yenə bunun mühüm örnəyidir. Azərbaycan-Şimali Makedoniya əlaqələri qeyd olunanların nümunəsi kimi göstərilə bilər. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında saziş də hazırda icra olunur. Ölkəmizin bir çox qlobal neftqaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bütün bunları nəzərə alaraq qətiyyətlə bildirmək olar ki, Şimali Makedoniya prezidentinin Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin inkişafını yeni mərhələyə yüksəldəcək. Bu, həm də Azərbaycanın xarici siyasətdə mühüm uğurlarından biridir.

 

Samirə SƏFƏROVA

Bakı Xəbər  2025.- 13 mart (№ 46).- S.8.