“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”
Vətən müharibəsi şəhidi, neçə-neçə qəhrəmanlıq nümunəsi yazmış Babək Namazov haqqında doğmaları, dostları, onun qəhrəmanlığına şahidlik edən zabit və əsgərlər də bir-birindən maraqlı fikirlər səsləndiriblər. Həmin fikirlərdən bəzi seçmələri təqdim edirik...
Namazova Şəms Səhman qızı, Babəkin bacısı
- Uşaq vaxtı kəndimizdəki məktəbə ilk dəfə gedəndə heç kimi tanımırdım. Tənəffüz zamanı həyətdə tək dayanmışdım. Darıxdırıcı gəlirdi yeni məktəb, tanış olmayan yer, danışmadığım uşaqlar. Bir də baxdım ki, Babək gəlib yanımda durub. Sonra da Kamran gəldi. Tək qoymadılar məni.
Yay vaxtları idi. Bibimgildə qalırdıq. Axşam otaqdan
zümzümə səsi gəlirdi. Əslinə qalsa, mahnı oxuyan deyildi Babək. Amma o gün
“Şuşanın dağları”nı oxuyurdu.
Həmin an heç unudulmur, bir heyrət hissi doğurur mənim üçün...
Həmişə zəng edəndə dərslərimi soruşardı. Bizim ən
çox danışa
bildiyimiz mövzu animasiyalarla bağlı idi.
İkimizin də həvəslə
baxdığımız virtual aləmin gerçəklik
olduğu “Master meça”
onlayn idi o vaxt, çox güman ki, həmin zamanın gəlməsini ikimiz də istəyirdik...
Təəssüflər olsun ki, torpaq
Babəki bizdən aldı. Onunla bağlı
nə qədər arzum içimdə daşlaşdı...
Hacıyeva Həqiqət Ramiz
qızı,
Gəncə şəhər Nizami
Gəncəvi adına 11 nömrəli
tam orta məktəbin
tərbiyə işləri
üzrə direktor müavini
Biz bilirik ki, Vətən müharibəsi
dövründə 3000-dən çox şəhidimiz oldu. Hazırda qazilərimiz
o müharibənin yaralarını
öz bədənlərində
daşıyırlar...
Vətən müharibəsində - torpaqlarımız
uğrunda gedən döyüşlərdə bizim
məktəbimizdən də
şəhid olanlar
var. Şəhid məzunlarımızdan
biri də Babək Namazovdur. Babək nizam-intizamı
yerində olan, nümunəvi şagirdlərdən
olub. Hətta böyük-kiçik yeri
bilməklə yanaşı,
kiçiklərin həmişə
problemlərini həll
etməyə can atırdı.
Babəkdən söhbət düşəndə
ona dərs demiş müəllimlərin
gözləri dolur.
Ağıllı, istedadlı şagirdlərimizdən
idi, Vətən müharibəsində də
cəsur və öndə gedən əsgərlərdən biri
oldu.
Allahdan Babəkə
rəhmət, doğmalarına
səbr arzulayıram.
Namazova Aidə Nadir qızı,
Gəncə şəhər Nizami
Gəncəvi adına
11 saylı tam orta məktəbin müəllimi
- 30 illik müəllimlik təcrübəmdə öz
tərbiyəsi ilə
yadda qalan şagirdlərim çox olub. Onlardan biri də Namazov Babək Səhman oğludur. Mən ona texnologiya fənnini tədris etmişəm. O, mənim
yadımda və qəlbimdə həm xarici görünüşü,
həm də daxili aləminin zənginliyi ilə qalıb. Zəhmətkeş, çox ağıllı
şagird idi.
Babək Texniki Universiteti bitirsə də, vətənpərvər olması
və Vətən sevgisi onu hərb
sahəsinə yönəltdi. O, seçdiyi
sahədə ən yüksək pilləyə
qalxıb şəhid
oldu. Bu xəbər
onu sevən müəllimlərini çox
sarsıtmışdı, çox
məyus olmuşduq.
Ancaq biz onunla fəxr edirik. 11 saylı
məktəbin kollektivi
Babəklə fəxr
edir. Onun şəhidlik zirvəsinə
qalxması, vətənpərvərliyi,
zəhmətkeşliyi dünya
görüşünün göstəricisi idi.
Babək
nur saçan gözləri ilə həmişə mənim yaddaşımda qalacaq.
Onun rəngli gözləri heç vaxt gözümün qabağından
getmir.
Allah bütün şəhidlərə
rəhmət etsin!
Allah Babəkin tutduğu yolda şəhidlik statusunu mübarək etsin!
Aidə,
bibisi qızı
- Babəklə aramızda yaş fərqi çox idi. Onun uşaqlığı gözümün
qabağında keçib.
Mən onun uşaqlığından
danışmaq istəyərdim.
Babək sapsarı uşaq idi. Xarici uşaqlara bənzəyirdi. Onda Azərbaycan cizgiləri yox idi - qaraqaş, qaragöz deyildi. Ağ tənli, saman sarısına çalan saçları var idi. Yaşıl gözlü, göyçək uşaq idi. Uşaqlığı çox aktiv keçib. Nə vaxt baxırdıq, daşlıqların üzərində gəzərdi. Yıxılmaqdan dizləri, dirsəkləri, qolları çapıq-çapıq, yara-yara olardı. Çox dəcəl uşaq idi. Dəcəlliyi bir qırağa, həm də sakit uşaq idi. Kiməsə ilişməz, kiminsə xətrinə dəyməz, kiminləsə haqsız yerə dalaşmazdı. Həm də çox məsuliyyətli uşaq idi. Evin birinci uşağı olduğuna görə hara lazımdı, onu göndərərdilər. Getdiyi yerdən də boş qayıtmazdı. Özündən balaca bacı-qardaşı var idi. Onları da daim müdafiə edərdi. Görsəydi ki, qardaşı nadinclik eləyib, danlanır, onu tez həmin ab-havadan çıxarardı. İstəməzdi ki, qardaşına nəsə bir söz deyilsin.
Çox zəhmətkeş uşaq idi. Uşaqlığından heyvanlara marağı var idi, onlara qayğı göstərərdi. Heyvanlarla yaxşı rəftarı bacarırdı. Təsərrüfatcıl, zəhmətsevən, əməksevən idi. Çox gözəl riyazi qabiliyyəti var idi. Hesablama qabiliyyəti güclü idi. Mən hardasa Babəkin 6, 7, 8 yaşlarından danışıram. Böyüyəndən sonra da ali məktəbə qəbul oldu, oxudu, təhsil aldı.
Babək hərbiyə gedəndə mən şəxsən təəccüblənmədim. Eşidəndə, dedim ki, o uşağın yeri elə oradır… O uşaq onun üçün yaranmışdı…
Yolunu da özü seçdi və o yolda da şəhidlik zirvəsinə yüksəldi.
Babək təkcə bizim evdən getmədi, bütün eldən getdi.
Vətən uğrunda şəhid olanlar əbədiyyət yolçularıdır. Onların uğrunda fəda olduqları Vətən isə hamımız üçün əzizdir. Çünki şəhidlər Vətənin qoynunda əbədiyaşarlıq haqqı tapıblar...
Babəkin ucaldığı zirvədə yalnız müqəddəslik var. Nə xoşbəxtdir ki, onun köksü Allahın lütfü ilə doludur...
Bu, əslində, hər kəsə nəsib olmur...
Babəkə, onun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyirəm.
Orxan Mehdiyev,
bibisi oğlu
- Babək mənim dayım oğludur. Orta məktəbi Gəncə şəhərində oxuyub, bizim evimizdə böyüyüb. Mən Babəkdən böyüyəm. Babək mənim və bizim ailənin yaralı yeridir. Universiteti bitirəndən sonra əsgərliyə getdi. Hər bir Azərbaycan oğlu kimi uşaqlıqdan idmanla məşğul olub. Hərbçi olmaq arzusundaydı. Əsgərlikdən sonra qalıb orda xidmətini davam etdirdi...
Mən sonradan öyrəndim ki, o, Xüsusi Təyinatlı Qüvvələrdə işləyir.
Babəklə bağlı hislərimi yazmaqla qurtarmaq olmaz. Babəkin yadımda qalan ən böyük xatirələrindən biri odur ki, o, göyərçin saxlamağı sevirdi.
Oktyabr ayının 10-da Babəkin itkin düşməsi barədə xəbər eşitdim. İtkin düşməsi və yaxud şəhid olmasını bildiyim an isə bir insan ən yaxınını itirəndə hansı hislər keçirirsə, mən onda o hisləri keçirtdim. Çünki şəhid olduğunu bilə-bilə biz Babəki tapa bilmirdik.
6 aydan sonra Füzuli xəstəxanasından məlumat verdilər ki, Babəkin nəşini Şəmkir rayonunun Əliyaqublu kəndinə gətiririk. Gətirdilər və Babək orada dəfn olundu.
Həm bir azərbaycanlı kimi fəxr edirəm ki, mənim dayım oğlu torpaqlarımızın düşməndən geri alınmasında böyük şücaət göstərib, həm də bir insan kimi pis oluram ki, yaxın və əzizimi itirmişəm.
(Ardı var)
Hikmət Məlikzadə
Bakı Xəbər $g 2025.- 19 mart
(№ 50).- S.14.