Qlobal Bakı Forumu gənclərimizə stimul verdi...

 

 

Gənclər siyasəti Azərbaycan dövlətinin əsas istiqamətlərindən biridir. Azərbaycan dövlət müsatəqilliyini bərpa etdikdən sonra gənclərin bütün yönlərdə inkişafı məsələsi vacib hədəflərdən biri olaraq seçilib.

 

Gənclərə, onların milli-mənlik şüurunun inkişafına, vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət verilir, diqqət yetirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində çox mühüm uğurlar qazanılıb desək, yanılmarıq. Çünki qazanılan nailiyyətlər ortadadır bunu hər kəs bilir. Görülən ardıcıl işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük uğurlara, layihələrə imza atır, cəmiyyətin, dövlətin həyatında mühüm rol oynayır. Hər kəsə aydındır ki, Azərbaycan gəncləri vətənpərvərlik, azərbaycançılıq dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunurlar.

 

Gənclərimiz bütün istiqamətlərdə fəallıqları ilə seçilirlər. Onlar mütamadi olaraq yerli beynəlxalq tədbirlərdə iştirak edir, ən müxtəlif platformalarda dövlətimizi, xalqımız uğurla təmsil edirlər. Azərbaycanda çox güclü gəncliyin yetişdiyi göz önündədir. Elə bir yerli, regional beynəlxalq tədbir yoxdur ki, orda gənclərimiz iştirak etməsin.

 

Bununla yanaşı ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə gənclərlə bağlı mövzulara, onları düşündürən, onların fikrini ifadə edən məsələlərə geniş yer verilir. Azərbaycan gəncləri bütün tədbirlərdə onların özlərinə aid mövzularla bağlı çıxışlar edir, təkliflər verir, təşəbbüslər göstərirlər. Müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən gənclərimizin potensialı çox genişdir. Onların müxtəlif xarici dillərdə sərbəst danışmaları, kifayət qədər savadlı olmaları, ölkəmizi, dünyanı yaxşı tanımaları nəticəsində böyük uğurlara nail olurlar.

 

Ölkəmizdə geniş yayılan könüllülük hərəkatı neçə-neçə Azərbaycan gəncinin həyatında mühüm rol oynayıb. Belə gənclər bir sıra beynəlxalq konfranslara, tədbirlərə qatılıblar.

 

Gənclər danışsın, biz dinləyək

 

Bugünlərdə Bakıda keçirilən XII Qlobal Bakı Forumunda da gənclər məsələsinə xüsusi yer verilib burda Azərbaycan gəncləri ilə yanaşı xaricdən ölkəmizə gələn gənclər iştirak edib.

 

Belə ki, XII Qlobal Bakı Forumunun sonuncu günündə 11-ci panel iclasıGənclər danışsın, biz dinləyəkmövzusuna həsr olundu.

 

Xatırladaq ki, panel iclasına Qlobal Siyasət İnstitutunda tədqiqatçı Lafiya Nigeriya Fondunun təsisçisi Klaudia Marta Xmielovska moderatorluq etdilər. Harvard Biznes Məktəbində MBA tələbəsi Terran Paragon” təşkilatının qurucusu icraçı direktoru Uilliam Uanq bildirdi ki, onun təşkilatı qlobal istedadı inkişaf etməkdə olan ölkələrlə birləşdirmək, bilik mübadiləsini təşviq etmək XXI əsrin bilik iqtisadiyyatını qabaqcıl şirkətlər dövlət qurumları ilə strateji tərəfdaşlıqlar vasitəsilə irəlilətmək məqsədini güdür: “Bizim şirkətimiz gənclərə kömək edir, çünki gələcəkdə onlar liderlər olacaqlar. Biz gənclərə hər sahədə kömək etməyə hazırıq”. O, həmçinin özünün təhsil təcrübəsini bölüşüb.

 

“De Jong Capital”da Baş ofis rəhbəri (Managing Partner Büro rəhbəri) Paskal Rathle təmsil etdiyi şirkətin strategiyası fəaliyyəti haqqında məlumat verib.

 

“ABŞ-da bir şirkətdə baş icraçı direktorun maaşı sıravi işçilərin məvacibindən 40 dəfə çoxdur, bu, dərəcədə düzgündür? Belə ədalətsiz gəlir bölgüləri qarşısında gənclərin işlə təmin olunması öz rifahını yüksəltməsi üçün heç bir motivasiya qalmır. Etikaya sadiqlik, bərabər bölgü məsələləri prioritet olmalıdır”, - deyə o əlavə edib.

 

“DIFC Authority”də Qrup Strategiyası üzrə köməkçi menecer Milind Taneja bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə dövlət büdcəsinin 50 faizdən çoxu borcların kreditlərin ödənilməsinə sərf edilir. Bu isə o deməkdir ki, onlar evlər tikməyə, təmiz enerji keçidləri üçün infrastruktur yaratmağa, əsas səhiyyə xidmətlərini təmin etməyə maliyyə ayıra bilmirlər. “Bu, bizim üçün böyük bir böhrandır. Bu, təkcə iqtisadi problem deyil, həm kifayət qədər maliyyələşmənin olmaması səbəbindən dayanıqlılıq davamlı inkişaf üçün yaranan insan böhranıdır. Bu o deməkdir ki, biz maliyyələşdirmə məsələsini həll etmədikcə, çoxlu insanın həyatını təhlükəyə atırıq, onları əsas xidmətlərindən iqtisadi imkanlardan məhrum edirik nəticə etibarilə dayanıqlı inkişafla xarakterizə olunan gələcəyə sürətlə çatmağımıza mane oluruq. Beləliklə, bu məsələ çox təcili həll olunmalıdır. Son bir neçə gündə biz bu mövzu ətrafında geniş müzakirələr apardıq”, - deyə Milind Taneja vurğulayıb.

 

COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin gənclər üçün yaratdığı çağırışlardan danışaraq, onların bu qlobal problemin həllində fəal rol oynaya biləcəyini bildirib.

 

Gənclərin ekoloji təşəbbüslərdə iştirakı innovativ həll yolları tapmaq bacarığı iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

 

Davamlı inkişafın təmin olunması üçün gənclərin maarifləndirilməsi onların qərar qəbuletmə prosesinə cəlb olunması vacibdir”. Bu fikirləri Leyla Həsənova bildirib.

 

Biz bu panel iclasından nümunələr verməklə Azərbaycan gənclərinin beynəlxalq müstəvidə əməkdaşlığını diqqətə çatdırdıq. Bütün dünyada normaıl düşüncəli gənclərin fikirləri , münasibətləri bir-birinə uyğundur.

 

Gənclərə stimul verən beynəlxalq tədbirlər

 

Paytaxtımızda keçirilən XII Qlobal Bakı Forumu, eləcə ondan əvvəl iki həftə davam edən COP29 tədbirləri Azərbaycan gənclərinin həyatında mühüm mərhələ oldu. Bu kimi tədbirlər imkan verdi ki, gənclərimizin potensialı üzə çıxsın onlar özlərini ifadə etsinlər. XII Qlobal Bakı Forumu bir sıra sahələri özündə ehtiva etdi, o cümlədən gənclərin baxışlarının işıqlandırılmasına şərait yaratdı. Heç şübhəsiz ki, belə tədbirlər gənclərimizə stimul verir, onları qlobal çağrışlara səfərbər olmağa hazırlayır. Zatən, Azərbaycan gəncləri qlobal çağrışlara cavab verən gənclərdir yeni nəslin diqqətçəkən üstünlüklərindən biri məhz budur.

 

Dövlətçiliyimizə qırılmaz bağlarla bağlı olan gənclik bütün sferalarda Azərbaycan dövlətini uğurla təmsil edir. Dövlətin qayğısı ilə əhatələnən gənclərimiz bundan da çox ruhlanır daha irəliyə addımlar atır. Bütün hallarda, gənclərimiz onlara göstərilən münasibətdən ruhlanır daha böyük nailiyyətləri hədəfləyirlər.

 

İradə SARIYEVA                                     

Bakı Xəbər  2025.- 19 mart (№ 50).- S.8.