Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

 

Azərbaycanda son illərdə xüsusi narahatlqı predmetinə çevrilən məsələlərdən biri də ailə instiutlarının xarici təsirə məruz qalması, müəyyən qədər deqradasiyaya uğramasıdır. Elə boşanmaların nisbətinin yüksək olması da bu faktorla izah olunur. Açıqlanan rəqəmlər hələ də vəziyyətin təhlükəli tendensiya ilə davam etdiyini göstərir.

 

Məsələn, 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb. Bu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4-dən 4,7-yə qədər artıb. boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə - 2,1 həddində qalıb. Lakin Azərbaycanda əhalinin və nikahların sayı nəzərə alındıqda bu həddin də təhlükə doğurduğu özünü qabarıq büruzə verir.

 

Ailə institutları üçün böyük təhdid

 

Aparılan araşdırmalar üzə çıxarır ki, cəmiyyətdə boşanma halalrı 30 il əvvələ nisbətdə getdikcə daha çox yayılıb. Bu hal həm ailənin strukturunu qavrayışını yenidən formalaşdırır. Boşanmanın ən ani görünən təsirlərindən biri onun uşaqların həyatına gətirdiyi pozulmalardır. Çoxsaylı araşdırmalar göstərir ki, boşanmış valideynlərin uşaqları sağlam ailələrdən olanlara nisbətən daha çox emosional davranış problemləri ilə üzləşirlər. Tərk edilmə, çaşqınlıq, narahatlıq hissləri, xüsusən uşaqlar valideynləri arasında münaqişəyə düşdükləri zaman ən çox rast gəlinən hallardan biridir. Sabit ev mühitinin itirilməsi özünə hörmətə sosial münasibətlərə təsir edə bilər. Onu da qeyd edək ki, günümüzdə nikahların pozulması tərəflərdən birinin fiziki-mənəvi təsirlərə, məişət zorakılığına məruz qalması, ailəyə üçüncü şəxslərin mütəmadi müdaxiləsi maddi imkanların aşağı olması kimi xüsusiyyətlər səbəb olur. Lakin bəzi hallarda müxtəlif maddi imtiyazlardan faydalanmaq üçün, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməməsi üçün saxta boşanma halalrı da var. Ancaq onların sayı azdır. Onu da qeyd edək ki, nikahın pozulmasının qaydası ölkəmizdə Ailə Məcəlləsi ilə tənzimlənir. Hər iki boşanma halında qanunvericiliyin tələblərinə əməl olunur. Saxta boşanmanı ancaq tərəflər bilir. Onlar istər müvafiq icra hakimiyyəti orqanında, istərsə məhkəmədə boşanma tələblərini tam ciddi formada əsaslandırırlar. Ona görə həmin nikahın ləğvinin saxta ya həqiqi olmasını müəyyən etmək olmur. Bununla yanaşı, Azərbaycanda məhkəmələrə təqdim olunan iddia ərizələrinin böyük bir qismində boşanma səbəbi kimi evli cütlüklərin əksər halalr xasiyyət uyğunsuzluğu göstərilir. Reallıq isə göstərir ki, mentalitetdən irəli gələrək əsas səbəblər bu bəhanə altında pərdələnir. Bu isə, problemin həllini çətinləşdirir. Boşanma həm ənənəvi olaraq uşaqların böyüdülməsində mədəni ya ailə dəyərlərinin qorunmasında dəstəkləyici rol oynayan böyük ailələrin rolunu zəiflədir. Cəmiyyət səviyyəsində boşanmanın normallaşması evliliyə öhdəliklərə baxışın dəyişməsinə səbəb olur. Evliliyin ömürlük tərəfdaşlıq kimi qavranılması eroziyaya uğrayır. Nəticədə, nikah institutunun özü dəyərsizləşir ailənin dayanıqlı, davamlı bir vahid kimi təməl konsepsiyası sarsılır.

 

Boşanmalar iqtisadiyyat üçün əlavə yük yaradır

 

Bundan əlavə, boşanmaların sayının artması siyasi iqtisadi təsirlərə malikdir. Hökumətlərdən tək valideynli ailələri dəstəkləmək üçün sosial rifah proqramlarına daha çox müdaxilə etmək tələb olunur. Buraya mənzil yardımı, ərzaq subsidiyaları səhiyyə daxildir, bu da dövlət resurslarına yükdür.

 

Aparılan araşdırmalar Azərbaycanda boşanmaların daha çox zərif cinsin nümayəndələrin qaynaqlandığını da üzə çıxarır. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovaAilə, qadın uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimimövzusunda parlamentdə keçirilən ictimai dinləmədə3414 boşanma halları qeydə alınıb. Bu göstərir ki, ötən ilin müvafiq dövrü çıxışı zamanıbu xüsusda maraqlı məlumatlar səsləndirib. Onun sözlərinə görə, boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır: “Onlar xasiyyətlərinin uyğun gəlmədiyini əsas gətirirlər, amma təcrübə daha dərin problemlərin olduğunu göstərir”. Şöbə müdiri bildirib ki, doğulan uşaqların cins nisbətində ciddi problem var bu səbəbdən reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu vacibdir: “Alimentin ödənilməsi problemi, Aliment Fondunun yaradılması da gündəmdədir. Qanunvericilik sərtləşdirilsə , borcluların 70 faizindən çoxu işsiz, gəliri olmayanlardır. Ona görə Aliment Fondunun yaradılması vacibdir”. Bunlar fonunda boşanmanın nikahdakı çətinliklərin ümumi nəticəsi kimi getdikcə daha çox qəbul edilməsi cəmiyyətin ailə birliyini qoruyub saxlamaq öhdəliyi ilə bağlı kritik suallar doğurur. Ailəyə dəstək sistemlərinin gücləndirilməsi, sağlam ünsiyyətin münaqişələrin həllinin təşviq edilməsi, nikahdan əvvəl nikahda məsləhətlərin verilməsi bu problemin həlli istiqamətində mühüm addımlardır. Ümumən, boşanmanın ailə institutuna ümumi təsiri əsasən mənfidir. Bu, uşaqların həyatını pozur, geniş ailə bağlarını zəiflədir, nikah öhdəlikləri əhatə edən ictimai dəyərlərin aşınmasına səbəb olur. Ailəni cəmiyyətin təməl daşı kimi qorumaq üçün nikah münasibətlərinə daha düşünülmüş dəstəkləyici yanaşma vacibdir.

 

Tahir TAĞIYEV

Bakı Xəbər  2025.- 7 may (¹77).- S.8.