İdman təmayüllü
məktəblərin nə faydaları dəyir?...
Uşaqların erkən yaşda idmana cəlb edilməsinin həm fiziki, həm də mənəvi inkişaf baxımdan onlara təsiri böyükdür. Uşaqların əksəriyyəti ixtisalaşmış idman məktəblərində idmanın müxtəlif növləri üzrə məşğul olurlar. Onu da deyək ki, bu gün ölkəmizdə idmana kütləvi maraq var.
Əvvəlcədən deyək ki, paytaxtımızda və bölgələrimizdə fəaliyyət göstərən idman təmayüllü məktəblərin böyük əksəriyyəti Elm və Təhsil Nazirliyinin nəzdində olan müəssisələrdir.
Nazirliyin balansında “Təhsil” Respublika İdman Mərkəzi, Respublika Bədən Tərbiyəsi Mərkəzi, Bakı şəhəri 13 nömrəli xtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi,
"Təhsil" RİM-nin Sumqayıt şəhər 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, "Təhsil" RİM-nin Gəncə şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi, Gəncə şəhər idman liseyi, "Təhsil" Respublika İdman Mərkəzinin Şirvan şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir.
İdman təmayüllü məktəblərin və liseylərinin, təhsil müəssisələrinin proqramları uşaq və gənclərin fiziki və mənəvi inkişafın necə təsir göstərir? Ümumiyyətlə, ixtisaslaşmış idman məktəblərinin faydası nədir?
“Bu sahədə də islahatlar gedir”
Tanınmış təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, idman sahəsi bütün ölkələrdə prioritet sahələrdən biridir və hər bir ölkənin Milli Olimpiya Komitəsi, ayrı-ayrı idman federasiyaları mövcuddur: “Eyni zamanda idman sahəsinə meyilli olan uşaqların və gənclərin müvafiq yaş qruplarından başlayaraq bu sahə üzrə təhsil almaları, onların potensialının inkişafı məqsədilə məktəbdənkənar müəssisələr fəaliyyət göstərir. O cümlədən də məkdəbdən kənar dərnəklər vasitəsilə bu orta ümumtəhsil məktəblərdə də həyata keçirilir. Bu gün təhsil müəssislərinin inkişaf strukturuna verilmiş əsas şərtlərdən biri də məktəblərdə müvafiq idman qurğularının, idman meydançalarının olmasıdır. Bildiyiniz kimi, Azərbaycanda da “Təhsil” İdman Cəmiyyəti ölkənin idman sahəsində olan məktəbdənkənar müəssisələri özündə birlışdirir.
Burda əsas məsələ onun müxtəlif tipli idman yarışlarının keçirilməsi, idman məktəblərinin, bu sahədə olan məktəbdənkənar müəssisələrin fəaliyyətinin mərkəzləşmiş qaydada idarə edilməsidir. Bizim idman sahəsində məktəbdənkənar təhsil müəssisələrinin bir neçəsi artıq publik hüquqi şəxsə çevrilib. Bu gün hətta Elm və Təhsil Nazirliyinin, o cümlədən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsində də uşaqların və gənclərin idman sahəsindəki potensialının və bacarıqlarının inkişafı ilə bağlı bir neçə bənd var. Ümumiyyətlə, bir sıra ölkələrə baxanda bizdə hələ bu proseslərdə çətinliklərimiz çoxdur. Çətinliklərimiz ondan ibarətdir ki, bizdə məktəbdənkənar fəaliyyət də, o cümlədən də idman sahəsi ümumi hərəkat xarakteri daşımır. Çox təəssüflər olsun ki, Bakı, Abşeron kimi urbanizasiya nəticəsində əhalinin daha çox sıx yaşadığı, məskunlaşdığı ərazilərdə boş yerlərin az olması, bir çox hallarda məktəblərin idman meydançalarının sahələrində çoxmərtəbəli binaların tikintisi bu sahədə infrastruktur çətinlikləri yaradır. Ümumilikdə, bu sahədə də islahatlar gedir. Bu məsələdə xüsusilə regionlar, o cümlədən də ölkə üzrə ayrı-ayrı idman yarışlarının az keçirilməsi də bu sahədə problemli məsələlərdən biridir”.
“Hər regionda gənclərin maraqlarına
uyğun olaraq idman...”
E.Qafarovun
fikrincə, bizə
ilk növbədə sağlam
bir gənclik lazımdır və bununla bağlı orta məktəblərdə
fiziki tərbiyyə ilə yanaşı ümumikdə ayrı-ayrı
idman sahələri üzrə idman hərəkatının yaradılması
vacibdir: “Bu təkcə
“Təhsil” idman məktəblərində deyil,
bütün ümumtəhsil
məktəblərində idmana
xüsusi diqqətin ayrılması əsas şərtlərdən biridir.
Bunun üçün idmanın
bütün növləri
üzrə təhsilin
yerli idarəetmə orqanları, ümumilikdə
ölkə səviyyəsində
ayrı-ayrı idman yarışlarının keçirilməsi,
bu sahədə rəğbətləndirmənin həyata keçirilməsi
lazımdır. Yəni idman
sahəsində potensialı
olan uşaqların və onların müəllimlərinin rəğbətləndirilməsi
bu sahənin inkişafına təkan verəcək. Çox təəssüf
ki, bu sahədə
müəllimlərin əməkhaqqı
çox aşağı
olduğu üçün
onların çoxu özlərinə idman zalları açmaqla, yaxud zalları icarəyə götürməklə
fərdi qaydada məşqlər keçirlər.
Bu da işin
mərkəzləşməsinə və ümumi nəzarətin həyata keçirilməsinə mane olur.
Amma ümumlikdə əgər
təhsilin yerli idarəetmə orqanları,
rayon icra hakimiyyətləri
səviyyəsində ayrı-ayrı
idman sahələri üzrə region, rayon və
ölkə üzrə
yarışların sayı
artırılarsa bunun
faydası böyük
olar. Düşünürəm ki, hər bir idman sahəsi
üzrə kifayət
qədər potensialı
olan uşaqlarımızın
üzə çıxarılmasında
bu çox müsbət addımlar olardı. İndiki vəziyyətdə isə hər regionda gənclərin maraqlarına uyğun olaraq idman təmayüllü
liseylərin açılması
çox yaxşı olardı. Hazırda idman təmayüllü
məktəblər əsasən
Bakıda cəmləşib.
Bildiyim qədər idman sahəsində olan məktəbdənkənar müəssisələrin
sayı 30-dur. Bu idman məktəblərinin
cəmi 8-i regionlardadır,
qalanları Bakıda mərkəzləşib. Düşünürəm ki, idman sahəsində
olan məktəbdənkənar
müəssisələrin, o cümlədən də idman sahəsində olan liseylərin, şahmat gimnaziyalarının
bölgələrdə də
açılması faydalı
olardı. Əksər rayonlarda
olimpiya komplekslərinin
tikintisinə, fəaliyyətinə
bu gün böyük dəstək
var. O cümlədən də
idman təmayüllü
liseylərin də, idman sahəsində məktəbdənkənar müəssisələrin
də regionlarda açılması və
orda bu sahəyə
diqqət göstərilməsi
hazırda olan çatışmazlıqları aradan qaldırmağa kömək göstərəcək”.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.- 8 may (¹78).- S.8.