150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

 

Bir əsr yarım şərəfli yol keçən Azərbaycan mətbuatı dövlətçilik tariximizin inkişafında misilsiz rol oynayıb.

 

Mətbuatın inkişafı cəmiyyətin, xalqın, dövlətin, dövlətçiliyin inkişafı deməkdir və bu ali dəyərlər bir-birinə sıx bağlıdır.

 

“Əkinçi”dən başlanan yol

 

Milli mətbuatımızın əsası1875-ci ildə görkəmli maarifçi, mətbuat xadimi Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin nəşri ilə qoyulub.

 

Bilirik ki, Azərbaycan mətbuatı, xüsusən də "Əkinçi" qəzetinin nəşri ilə 1875-ci ildə başlayan tarix, Azərbaycan xalqının milli dirçəlişində, dövlətçilik dəyərlərinin formalaşmasında və milli şüurun oyanışında mühüm rol oynayıb. Tədiqiqatçıların fikirlərinə istinadən deyə bilərik ki, mətbuatın bu dövrdəki rolu, Azərbaycan xalqının milli özünüdərk prosesində də əvəzolunmaz olub. Bütövlükdə mətbuatın Azərbaycan xalqının dövlətçilik dəyərlərinin formalaşmasında da mühüm rol oynadığı danılmaz faktdır.

 

Tədiqatçılara görə, mətbuat Azərbaycan mədəniyyətinin inkişafında da mühüm rol oynaylıb, məhz onun vasitəsi ilə Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti təbliğ olunmuş, xalq arasında milli şüurun güclənməsinə kömək edilib.

 

150 yaşlı mətbuatımızın dövlətçiliyimizin inkişafında rolu

 

Bu il Azərbacan milli mətbuatının 150 illik yubileyidir. Uzun şərəfli yol keçən, xalqımızın maariflənməsində, milli özünüdərk dövlətçilik şüurunun formalaşmasında əvəzsiz rol oynayan mətbuatımız bu gün dövlətiliyimizin əsas sütunlarından biridir. Əlbəttə, medianındördüncü hakimiyyətadlandırılması təsadüfi deyil, o bu funksiyanı 150 ildir ki, şərəflə yerinə yetirir.

 

Tədqiqatçıların da qeyd etdiyi kimi, “Əkinçiqəzeti milli oyanışın yeni düşüncə tərzinin carçısı oldu, xalqa maarif işığı verən vasitə kimi çıxış etdi.

 

XIX əsrin sonunda yeni qəzetlər, yeni fikirlər ortaya çıxmağa başladı, "Əkinçi"nin açdığı yolu "Ziya" (1879), "Ziyayi-Qafqaziyyə" (1880), "Kəşkül" (1883) "Şərqi-Rus" (1903) kimi nəşrlər davam etdirdi.

 

Tədqiqatçılara görə, ənənəvi təfəkkürü dəyişmək, geriliyə qarşı mübarizə uğrunda mətbuat xalqı öz ardınca aparırdı. 1906-cı ildən etibarən isə milli mətbuatda canlanma dövrü başladı. Rusiyada baş verən inqilabi proseslər Azərbaycan mətbuatına da təsir etdi. Molla Nəsrəddin (1906-1931) jurnalı bu dövrün ən parlaq nəşrlərindən biridir. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu satirik jurnal sosial ədalətsizliyə, savadsızlığa, fanatizmə, xürafata qarşı kəskin tənqidi mövqeyi ilə tanındı.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat müstəqillik azadlıq ideyalarının irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin iki illik həyatındasöz mətbuat azadlığını qanuniləşdirən çox ciddi hüquqi sənədlər qəbul edildi. Üzeyir bəy Ceyhun bəy Hacıbəylilərin nəşr etdikləri "Azərbaycan" qəzetinin, eləcə ölkədə çıxan 130-a qədər qəzet jurnalın nəşri həmin dövrə təsadüf edir. Sovet hakimiyyəti illərində mətbuat kommunist ideyalarının təbliği ilə məşğul olmaqla yanaşı, xalqın zəngin milli adət-ənənələrin təbliğində çox böyük rolunu saxlaya bilmişdir. Baxmayaraq ki, o dövr çox sərt amansız ideoloji buxovlar ciddi senzura qaydaları ilə əhatə olunmuşdu, amma mətbuat milli dəyərlərin qorunmasında çox böyük missiyanın öhdəsindən layiqincə gələ bildi.

 

Azərbaycanın müstəqilliyinin bərpasında mətbuatımızın xüsusi rolu olub.

 

1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan mətbuatının üzərindən dövlət senzurası ləğv edildi. Bununla da ölkəmizdə söz mətbuat azadlığının təməli qoyuldu mətbuatın inkişafına ciddi təkan verildi. H.Əliyevin jurnalist əməyini daim yüksək qiymətləndirir, imzaladığı fərman sərəncamlarla, qəbul etdiyi qanunlarla mətbuatın inkişafını dəstəkləyirdi.

 

Bu çərçivədə qəzetlərə birdəfəlik yardımlar ayrıldı, yeni hüquqi bazalar formalaşdırıldı.

 

Heydər Əliyev deyirdi: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir".

 

25 aprel 2025-ci il Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: “Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”.

 

Ekspertlərin qeyd etdiyi kimi, Prezidentin Milli Mətbuatın yaranmasının 150 illiyi ilə bağlı imzaladığı Sərəncam dövlətin mətbuata verdiyi dəyərin yüksək təzahürüdür.

 

Azərbaycan mətbuatı 150 illik inkişaf yolunda maarifçilikdən dövlətçilik təfəkkürünə, ideoloji çərçivədən qlobal informasiya axınına qədər müxtəlif mərhələlərdən keçib özünün yeni inkişaf dövrünə qədəm qoyub.

 

Milli mətbuatımız hər zaman dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə xidmət edib, inkişafa böyük dəstək göstərib. Bir sözlə, 150 yaşlı mətbuatımız dövlətçiliyimizin ən parlaq səhifələrindən birini təşkil edir

 

İradə SARIYEVA

Bakı Xəbər  2025.- 21 may (¹86).- S.8.