Qərbi Azərbaycana qayıdış prosesində gənclər əsas hərəkətverici qüvvə olacaq...

 

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı prezident İlham Əliyevin toxunduğu mühüm məqamlardan biri Azərbaycanın zəngin tarixi, bu fonda da gənclərə ünvanlanan çağrışı oldu. Bütün bunlar heç təsadüfi deyil.

 

Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli mənəvi dəyərlərə malik olan xalqımız bütün dövrlərdə tarixinə sahib çıxıb bu missiyanın davam etdirilməsi vəzifəsi artıq gənclərin üzərinə düşür.

 

Azərbaycan Milli Elmlər Akademiyasında prezident tərəfindən gənclərə ünvanlanan çağırış....

 

Dövlət başçısının sözügedən çıxışına gəlincə, burada prezident İlham Əliyev qeyd edib ki, Qarabağ Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq: “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq... Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb yaşayır... Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq... Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”. Burada nəzərə almaq vacibdir ki, Cənubi Qafqaz regionunda baş verən son hadisələr, xüsusilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar çərçivəsində sülh sazişinin imzalanması qarşılıqlı etimad mühitinin yaradılması perspektivləri gündəmə gəlib. Məhz bu kontekstdəErmənistana qayıdış prosesianlayışı, yəni tarixi ədalətin bərpası, sülh şəraitində birgə yaşayış humanitar əlaqələrin yenidən qurulması məsələsi aktuallaşır. Bu prosesdə Azərbaycan gənclərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Yeni nəsil düşüncə tərzi sülh mədəniyyəti burada öz sözünü deyən faktorlardandır. Müasir Azərbaycan gəncliyi dünyagörüşü geniş, milli kimliyini beynəlxalq dəyərləri uzlaşdırmağı bacaran bir nəslə çevrilib. Gənclər münaqişə dövründə yaşamış nəsildən fərqli olaraq, gələcəyə baxışlarında daha praqmatik sülhyönlü mövqe tuturlar. Onlar anlayırlar ki, regionda davamlı sülh iqtisadi inkişaf yalnız qarşılıqlı anlaşma əməkdaşlıqla mümkündür. Azərbaycan gənclərinin bu mütərəqqi yanaşması Ermənistanla münasibətlərin normallaşmasına qayıdışideyasının humanist əsaslarda gerçəkləşməsinə ciddi töhfə verir.Müasir dövrdə sosial media informasiya platformaları ictimai rəyin formalaşmasında əsas vasitədir. Azərbaycan gəncləri sosial şəbəkələrdə aktiv mövqedə olaraq Ermənistan cəmiyyətinə obyektiv informasiyalar çatdırmaq, təbliğat manipulyasiyalarına qarşı düzgün faktlarla çıxış etmək imkanına malikdirlər. Gənc jurnalistlər, blogerlər media fəalları Ermənistan cəmiyyətində Azərbaycana dair formalaşmış yanlış stereotiplərin aradan qaldırılmasına kömək edə bilərlər. Bu, qarşılıqlı etimadın yaranması gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.

 

Erməni cəmiyyətində irticaçı təfəkkürün yox edilməsinə Azərbaycan gəncləri hərtərəfli kömək edə bilər...

 

Azərbaycan gənclərinin mühüm bir hissəsi artıq startap, rəqəmsal texnologiyalar sahibkarlıq sahələrində fəallıq göstərir. Bu bacarıqlar regionun inkişafında yeni səhifə açmaq iqtidarındadır. Ermənistana qayıdış əməkdaşlıq kontekstində Azərbaycan gəncləri birgə innovasiya layihələri, ekoloji təşəbbüslər, rəqəmsal iqtisadiyyat proqramları vasitəsilə bölgədə inteqrasiyanı gücləndirə bilərlər.

 

Gənc sahibkarların mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək layihələr təkcə iqtisadi deyil, həm sosial əlaqələrin qurulmasına xidmət edəcək. Gənclər xalqlar arasında mədəni dialoqun ən təsirli iştirakçılarıdır. Birgə mədəni festivallar, sərgilər, kino teatr layihələri Azərbaycan Ermənistan xalqları arasında ortaq dəyərlərin tanıdılmasına, gərginliyin azalmasına sülh mədəniyyətinin formalaşmasına kömək edər. Bu təşəbbüslərdə gənclərin enerjisi yaradıcı potensialı mühüm rol oynayır. Sülhün davamlı olması üçün etimad mühüm faktordur. Azərbaycan gəncləri bu istiqamətdə öz vətəndaş məsuliyyətlərini dərk etməklə qarşı tərəfə sülh əməkdaşlıq mesajı göndərməyə hazırdərlar. Ermənistanın gənc nəslinə yönəlik layihələr, birgə sosial proqramlar, regional gənclər forumları bu etimadı möhkəmləndirə bilər. Azərbaycan gənclərinin açıq, tolerant beynəlxalq dəyərlərə sadiq mövqeyi regionda qarşılıqlı anlaşmanın inkişafına şərait yaradır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər bu prosesdə mühüm rola malikdirlər. Onlar beynəlxalq tədbirlərdə, konfranslarda media platformalarında Azərbaycanın sülhsevər siyasətini təbliğ etməklə beynəlxalq ictimaiyyəti regionda əməkdaşlığın vacibliyinə inandırmaq gücündədirlər. Diaspor gənclərinin fəaliyyəti Ermənistan cəmiyyətində Azərbaycan haqqında obyektiv təsəvvürlərin formalaşmasına dolayı yolla təsir göstərir. Qeyd edək ki, Azərbaycan gəncləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilənBöyük Qayıdışproqramında fəal iştirak edirlər. Eyni ruhda, gələcəkdə Ermənistanla sərhəd bölgələrində həyata keçirilə biləcək birgə humanitar ekoloji layihələrdə gənclərin iştirakı önəm daşıyır. Bu fəaliyyətlər yalnız infrastrukturun bərpasına deyil, həm xalqlar arasında qarşılıqlı hörmət etimadın yaranmasına xidmət edir. Beləliklə, Ermənistana qayıdış prosesi yalnız siyasi diplomatik deyil, həm ictimai humanitar xarakter daşıyır. Bu prosesin uğurla həyata keçirilməsi üçün Azərbaycan gəncləri əsas sosial resurs rolunu oynayır. Onların biliyi, enerjisi, müasir dünyagörüşü sülhə inamı regionda davamlı sabitliyin birgə gələcəyin qurulmasına zəmin yaradır. Azərbaycan gənclərinin fəallığı həm ölkənin humanitar diplomatiyasını gücləndirir, həm Cənubi Qafqazda sülhün, inkişafın qarşılıqlı anlaşmanın əsas təminatına çevrilir.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər 2025.- 6 noyabr (¹ 202).- S.8.