Müharibələr - tariximizin yaddaş salnamələri...
İmişlidə “44 gün-Tarixi
zəfər”in 3 cildi təqdim edildi...
Nəzakət
Məmmədova: “Xalqımızın
30 illik həsrətinə
44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları daim yaddaşımızda yaşayacaq...”
Vətən müharibəsində qazandığımız
tarixi Zəfərin, Azərbaycan xalqının
tarixində ən qürurlu hadisənin beşinci ildönümünü
yaşayırıq. Ölkəmizin
hər yerində, hər ünvanda Zəfərimizin beş illiyi qeyd olunur.
Mədəniyyət Nazirliyi
Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza, dövlətimizə
zəfər bəxş
etmiş şəhid Vətən oğullarının
xatirəsinin əbədiləşdirilməsi
istiqamətində böyük
fədakarlıqla fəaliyyət
göstərir.
Vətən müharibəsində şəhid
olan Azərbaycan oğullarına həsr etdikləri “44 gün-Tarixi
zəfər” adlı
IV cildlik kitabın I,II, və III cildlərini şəhid ailələrinə ərmağan
edirlər. Balalarını
vətən yolunda fəda edən valideynlər bu kitabları öz övladları bilib bağırlarına basırlar.
Zəfər sevincinin beş illiyini yaşadığımız
günlərdə Nəzakət
Məmmədovanın baş
redaktoru olduğu Respubkika Xatirə Kitabı Redaksiyası “44 gün-Tarixi zəfər” adlı IV cildliyin I,II, və III cildlərinin təqdimatını
keçirmək üçün
İmişli rayonuna üz tutdu. Redaksiya kollektivinin böyük zəhmət,
məsuliyyət və
fədakarlıqla ərsəyə
gətirdiyi bu nəşrlərdə bizə
zəfər qazandıran,
xalqımızın üzünü
ağ, başını
uca edən oğulların həyatı,
döyüş yolu barədə qısa, amma tutumlu bioqrafik
məlumatlar öz əksini tapıb ki, bu da
şəhidlərimizin adının
yaşadılmasına əvəzsiz
töhfədir.
Üzü İmişliyə
yol gedirik, Vətən oğullarının
bizə qələbə
müjdəsi vermək
üçün keçib
getdiyi yollardan keçib gedirik. Bu yollardan igidlər
keçib, bir qismi şəhid olub, bu yollar
onların tabutlarını
ağırlayıb, ağı
deyib ağlayıb. Yollar dilsiz deyil
axı, yollar kimlərə yoldaş olmayıb ki... Bu yollar şanlı
qazilərimizi salamlayıb,
qələbə qazananlarımızı
alqışlayıb. Biz
də o yollardan keçib gedirik İmişliyə. Bizi orda şəhid ailələri gözləyir,
qara yaylıqlı analar, ürəyi qubarlı atalar, ata həsrətli fidan balalar, ər yolu gözləyən
vəfalı gəlinlər
gözləyir.
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası noybarın
6-da İmişli Rayon
Mədəniyyət Mərkəzində
“44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimatı
keçirdi.
Təqdimat mərasimi
şəhid Amil Səfərlinin anım gününə təsadüf
edirdi. İmişli Rayon Mədəniyyət Mərkəzində keçirilən
tədbirdə Mədəniyyət
Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid
ailələri, ictimaiyyət
nümayəndələri və
məktəblilər iştirak
edirdi. Mərasimdə
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində
qazandığı Qələbədən
söhbət açıldı,
ölkəmizin ərazi
bütövlüyü uğrunda
canını fəda edən Vətən oğullarının yaddaşlara
əbədi köçən
xatirələri anıldı.
“44 gün-Tarixi zəfər”in cildlərinin
təqdimat mərasimində
çıxış edən
şair-publisist Rəfail
Tağızadə bildirdi
ki, Respublika Xatirə Kitabı Redaksiyası Zəfəri
qazanan oğullarımızın
xatirəsinin əbədiləşdirilməsi
istiqamətində çox
mühüm işlər
görüb və görməkdədir. Hər
bir şəhidin xalqımız üçün
əziz olduğunu deyən R.Tağızadə
qeyd etdi ki, onların xatirələri xalqımız,
dövlətimiz var olduqca yaşayacaq.
Şəhid Amil Səfərlinin atası Nizami Səfərov bildirdi ki, oğlu 2020-ci ilin 6 noyabrında, qələbə sorağının
yetişdiyi günlərdə
şəhid olub. Oğlunun qəhrəmanlığı
ilə fəxr etdiyini deyən Nizami ata vurğuladı
ki, oğlu şəhid olsa da, torpaqlarımız azad oldu və
beş ildir, qələbə sevincini yaşayırıq. “Oğlum-Azərbaycan
Ordusunun əsgəri Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın
işğalı altında
olan ərazilərimizin
azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlatdığı
Vətən müharibəsində
Cəbrayılın və
Qubadlının azadlığı
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
vuruşub. Amil noyabrın 6-da Qubadlı döyüşləri zamanı
şəhid olub”-deyə ata bildirdi.
Tədbirdə çıxış edənlər
bildirdilər ki, Azərbaycanın hər yerində Vətən müharibəsi şəhidlərinin
əziz xatirəsi ehtiramla anılır, Azərbaycan Ordusunun şanlı Qələbəsinin
5-ci ildönümü xalqımızda
böyük əhval-ruhiyyə
yaradır. Çıxış
edənlər şəhid
oğulların ölkəmizin
ərazi bütövlüyünün
bərpası uğrunda
qazandığı möhtəşəm
zəfərin müasir
tariximizin ən əhəmiyyətli səhifəsi
olduğu qeyd etdilər.
“...bu ənənəni
hazırda da davam etdirməkdədir”
Təqdimatda çıxış edən
Respublika Xatirə Kitabı Redaksiyasının
baş redaktoru Nəzakət Məmmədova
tədbir iştirakçılarına
Xatirə Kitabının
yaranması, redaksiyanın
bugünə qədər
həyata keçirdiyi
layihələr, nəşr
etdiyi kitablar barədə ətraflı
məlumat verdi.
Nəzakət Məmmədova bildirdi ki, müasir Azərbaycan dövlətinin
qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış
və onun xeyir-duası ilə fəaliyyətə başlamış
Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını
özündə geniş
əks etdirən ensiklopedik tarixi salnamədir: “Bu kitab hazırda da tarixi bir
hadisə kimi səciyyələnir və
insanın tarixləşən
həyatını özündə
ehtiva edir.
Bu kitabda,
əsasən, İkinci
Dünya müharibəsində,
Əfqanıstan döyüşlərində,
20 Yanvar faciəsində,
Xocalı soyqırımında,
Qarabağ müharibəsi
zamanı torpaqlarımızın
azadlığı uğrunda
gedən döyüşlərdə
həlak olmuş, itkin düşmüş,
əsir götürülmüş
vətəndaşlarımız, Milli Qəhrəmanlarımız
haqqında əhatəli
materiallar dərc edilir, cəmiyyət üçün faydalı
iş görülür.
Respublika Xatirə
Kitabının iyirmiyə
yaxın cildi çap olunub. Hər cild ötən
tarixdən səs-soraq
verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika
Xatirə Kitabını
yaddaşımızın abidəsi
adlandırırıq. Xatirə
kitablarının nəşri
həm də ona dəlalət edir ki, “Heç
kim unudulmur, heç nə yaddan çıxmır!”.
Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının
əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının
ümdə işidir və redaksiya bu prosesi daim
öz üzərində
bir məsuliyyət kimi hiss etmiş,
bu istiqamətdə araşdırma işləri
aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir”.
N.Məmmədova bildirdi ki, Respublika
Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər”
qəzeti ilə birgə layihə əsasında “Şəhidlər
ölməz, Vətən
bölünməz!” seriyasından
bir neçə kitab dərc edib və bu
kimi kitabların hazırlanması istiqamətində
növbəti işlər
görülür.
N.Məmmədova “Respublika Xatirə Kitabı redaksiyasının,
həmçinin, “Vətən
daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkildiyini və bu filmlərin artıq geniş ictimaiyyətə təqdim
olunduğunu vurğuladı.
“Son olaraq
bildirim ki, xalqımızın 30 illik
həsrətinə 44 gündə
son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları
- öz canlarını
Vətən üçün
fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq,
xatirələri həmişə
bizə əziz olacaq. İllər, qərinələr ötəcək,
onlar heç vaxt unudulmayacaqlar.
Sağlamlıqlarını
itirmiş qazilərimiz
də bizim fədailərimizidr, onların
hünəri ilə bu gün başımızın
üstündə nikbin
bir səma pərvaz edir”-deyə N.Məmmədova bildirdi.
Tədbirin sonunda
“44 gün-Tarixi zəfər”
kitabının cildləri
şəhid ailələrinə
təqdim edildi, xatirə şəkili çəkildi, şəhid
ata-anaları, şəhid
yaxınları oğullarının
xatirəsini əbədiləşdirdiyi,
onların adlarını
kitablarda yaşatdığı
üçün redaksiya
rəhbərliyinə və
kollektivinə təşəkkür
etdilər. Hər ana, hər ata
bildirdi ki, oğullarının adı
və şəkli həkk olunan bu kitabları doğma övladları kimi bağırlarına basıb saxlayacaqlar...
Xatirə Kitabının
həyata keçirdiyi
bu uca missiya
şəhidlərin adlarını
tarixə həkk etməklə yanaşı,
həm də onların ailələrinə
bir təsəllidir...
Şəhid ailələrindən ayrılıb
Bakıya qayıdırıq,
təəssüratlarımız həm qəmlidir, həm də qürürverici. Üç
rəngli bayraq, müqəddəs torpaq uğrunda canını fəda edənlərin ata-analarını dinlədik,
müsahibələr götürdük,
titrək səslərin,
qırıq ürəklərin,
qürurdan qabaran kökslərin harayını
duyduq, sağlıq olsun, növbəti saylarımızda İmişli
şəhidlərinin yaxınlarından
götürdüyümüz müsahibələri də
təqdim edəcəyik.
Həm göz yaşları, həm də könül sevgisi ilə yada saldıq şəhidlərimizi. Onlar unudulmayacaqlar, necə deyərlər, uğrunda ölməyi bacaranlar olduğu üçün bu torpaq Vətənə çevrildi...Var olasan, Vətən!
Bakı Xəbər .- 2025.- 8 noyabr, (¹ 204).- S.13;14.