Elektron ticarət və
nağdsız ödəniş
sistemi sürətlə
inkişaf edir...
İnformasiya kommunikasiya texnologiyalarının
(İKT) tətbiqinin səviyyəsi
hər bir ölkənin intellektual və elmi potensialının,
dövlət idarəçiliyində
şəffaflığın, demokratiyanın inkişafının
əsas göstəricilərindəndir.
Dünya bazarında
elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumilikdə, hazırda ölkələrin
iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya
texnologiyalarından səmərəli
istifadəsindən əhəmiyyətli
dərəcədə asılıdır.
Azərbaycanda son illərdə bu sahənin inkişaf etdirilməsi üçün
ardıcıl addımlar
atılır, bu istiqamət dövlət siyasətinin prioritetlərindən
birinə çevrilib.
Ölkəmiz İKT-nin inkişafı baxımından dünyanın
qabaqcıl ölkələri
ilə eyni sırada qərarlaşıb
Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün
görülən işlər
nəticəsində ölkənin
ümumdünya elektron
məkanına daha sürətli inteqrasiyası,
sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət,
distant təhsil və s.) təşəkkül
tapması, informasiya və bilik bazarının
yaradılması, iqtisadiyyatın
müxtəlif sahələrində
səmərəliliyin artırılması,
məhsul və xidmətlərin keyfiyyətinin
yüksəldilməsi istiqamətində
mühüm addımlar
atılmışdır. Məhz,
bütün bunların
nəticəsində, Azərbaycan
İKT-nin inkişafı
baxımından dünyanın
qabaqcıl ölkələri
ilə eyni sırada qərarlaşıb.
Azərbaycanda kosmik sənayenin yaradılması
da bunun ən böyük sübutlarından biridir. Məlumat üçün
qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması
haqqında" 4 noyabr
2008-ci il tarixli Sərəncamı ilə
əlaqədar olaraq tanınmış alim və mütəxəssislərin
iştirakı ilə
müvafiq Dövlət
Proqramı hazırlandı.
Dövlət Proqramında
kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya
peyklərinin orbitə
çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü
mərkəzin yaradılması,
orbital mövqelərin
əldə olunması
üçün Beynəlxalq
Telekommunikasiya İttifaqı
ilə işlərin davam etdirilməsi, eləcə də digər mühüm vəzifələrin icrası
öz əksini tapırdı. Beləliklə,
BMT Baş Assambleyasının
64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə
dair qətnamə qəbul edildi ki, bununla da
Azərbaycanda kosmik sənayenin yaradılmasına
start verildi. Bir il sonra,
2010-cu ildə isə
"Azərkosmos" ASC yaradıldı.
2013-cü il, fevral ayının 7-də Azərbaycanın
ilk peyki olan "Azerspace-1" telekommunikasiya
peykinin Fransız Qvianasında yerləşən
Kuru kosmodromundan orbitə buraxılması
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə elan edilmiş "İnformasiya-kommunikasiya
texnologiyaları ili"nə
ən böyük töhfə idi. Azərbaycan Respublikasının
sayca üçüncü,
təyinatına görə
ikinci telekommunikasiya peyki. "Azerspace-2" isə
25 sentyabr, 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi
Amerika) Kuru kosmodromundan orbitə buraxıldı.
Elektron ticarətin
payı nağdsız
ödənişlərin 88 faizinə yaxınlaşıb
Göründüyü kimi, Azərbaycan, hər bir sahədə
olduğu kimi, İKT sahəsində də özünün inkişaf,
tərəqqi dövrünü
yaşayır. Başqa
bir tərəfdən,
ölkədə elektron
ticarət sürətlə
inkişaf edir. Azərbaycanda elektron ticarətin payı nağdsız ödənişlərin
88 faizinə yaxınlaşıb.
2025-ci ilin yanvar-sentyabr
ayları ərzində
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların
həcmi 7,3 milyard manat təşkil edib ki, bu
da ötən ilin eyni dövrü
ilə müqayisədə
15,8 faiz artım deməkdir. Bu artım təkcə nominal rəqəmlərdə
deyil, həm də ödənişlərin
strukturunda özünü
göstərir. Hesabat
dövründə əməliyyatların
4,2 milyard manatı elektron ticarət vasitəsilə həyata keçirilib ki, bu da əhalinin
onlayn alış-verişə
olan marağının
güclü olduğunu
göstərir. Digər tərəfdən,
POS-terminallar üzrə
əməliyyatlar 1 milyard
629 milyon manat, bankomatlardan çıxarışlar
isə 1 milyard 138 milyon manat təşkil
edib. Xaricdə aparılan əməliyyatlar
269 milyon manatla məhdudlaşsa da, bu göstərici Azərbaycanın
beynəlxalq maliyyə
əməliyyatlarına inteqrasiyasının
göstəricisi kimi qiymətləndirilə bilər.
Təkcə bu ilin sentyabr ayında
Azərbaycanda nağdsız
ödənişlərin məbləği
ötən ilin eyni dövrü ilə müqayisədə
24 % artaraq – 8 milyard
898 milyon manat təşkil edib. Bunun 7 milyard 808 milyon manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.
Ümumilikdə, bütün bunları
ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh
edən millət vəkili Vüqar Bayramovun fikrincə, ümumilikdə, son dövrlər
Azərbaycanda nağdsız
əməliyyatların həcmində
artımlar müşahidə
edilir: “Nağdsız əməliyyatların həcminin
artması praktik olaraq bir tərəfdən
həm artıq plastik kartlardan istifadə ənənəsinin
yaranması, digər tərəfdən isə,
təşviqedici tədbirlərlə
bağlıdır. O cümlədən,
“ƏDV geri al” layihəsi
də praktik olaraq plastik kartlardan istifadəni genişləndirməsinə xidmət
etdi. O baxımdan təbii ki, elektron ticarətin rolunun artırılması vacibdir.
Çünki bir tərəfdən elektron ticarətin inkişafı
müşahidə olunur.
Digər tərəfdən
reallıq ondan ibarətdir ki, dövlət
tərəfindən bu
təşviq edilir.
Ona görə ki, elektron
ticarətin artırılması
həm nağdlı ödənişlərə olan
tələbi azaldır,
həm də ümumilikdə vergidən
yayınmanın qarşısının
alınmasına gətirib
çıxarır. Başqa
bir tərəfdən
bu, həm də daha yeni elektron və virtual xidmətlərin, məhsulların
təklif edilməsi aspektindən vacibdir. Çünki bu, nəticə etibarı ilə daha innovativ
məhsulların elektron
qaydada təqdim olunmasına gətirib çıxarır. Bütün
bunlar da, xüsusən
kiçik və orta sahibkarlığın
inkişafı baxımından
vacib hesab olunur”.
Vidadi ORDAHALLI
Bakı Xəbər 2025.- 13 noyabr
(¹ 205).- S.8.