Heydər Əliyev Xatirə

Kitabının yaradıcısıdır

 

Bakı Ekspo Mərkəzində qələbəlik vardı, ölkəmizin ev sahibliyi etdiyi XI Bakı Beynəlxalq Kitab Sərgisinin son günü idi. Hər tərəfdən kitablar dil açıb danışır, ölkələri, xalqları, insanları bir araya gətirən kitabdır, kitaba bəslənən sönməz məhəbbətdir.

 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası da sərgidə təmsil olunub. Redaksiya nəşr etdiyi, araya-ərsəyə gətirdiyi kitabları, nəşr örnəklərini təqdim etdi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Xatirə Kitabı Redaksiyası fərqli, maraqlı tədbirlərlə, şəhidlərimizin xatirəsinə işıq tutan təqdimatlarla diqqət mərkəzində ola bildi.

Redaksiya oktyabrın 2-də Nizami Gəncəvi təqdimat zonasında "Vətən daşı... ya 44 günün dastanı" seriyasından Vətən müharibəsi şəhidi Dəyanət Əliyevə həsr olunmuş filmi nümayiş etdirdi. Oktyabrın 6-da Respublika Xatirə Kitabı Redaksiyasının "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunmuş "Cəsur Vətən oğlu" kitabının təqdimatını keçirdi. Redaksiyanın oktyabrın 7-də isə keçdirdiyi təqdimat, tədbir əvvəlkilərdən çox fərqlənirdi. Bu tədbir Xatirə Kitabı Redaksiyasının yaradıcısı ulu öndər Heydər Əliyevə həsr olunanHeydər Əliyev Xatirə Kitabının yaradıcısıdırkitabının təqdimatı Xatirə Kitabının 30 illik fəaliyyəti ilə bağlı idi.

Nizami Gəncəvi təqdimat zonasında keçirilən tədbirə akademik, millət vəkili Ziyad Səmədzadə, yazıçı Seyran Səxavət, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, yazıçı-publisist Zemfira Məhərrəmli, “Bakı-Xəbərqəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Aydın Quliyev, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Alqış Musayev, şair-publisist Rəfail Tağızadə, əməkdar jurnalist Zöhrə Əliyeva, şairə Mahcamal, əməkdar jurnalist Bəxtiyar Qaraca, şairə Arzu Nehrəmli, professor Qulu Məhərrəmli digər tanınmış ölkə ziyalıları, alimləri, qələm adamları, jurnalistləri, yazıçı şairləri, Heydər Əliyevi şəxsən tanıyan, onunla ünsiyyətdə olan şəxslər toplaşmışdılar. Xatirə Kitabı Redaksiyasının ulu öndərin ruhuna, xatirəsinə böyük sevgi ehtiramla ünvanladığı, həsr etdiyiHeydər Əliyev Xatirə Kitabının yaradıcısıdırkitabının işığına toplaşanlar həm redaksiyanın məhsuldar, səmərəli fəaliyyətindən danışdılar, həm ulu öndərin xatirəsini yad etdilər. Zalda böyük bir canlanma vardı, bir tərəfdə qonaqlar tədbirin başlanmasını gözləyirdi, başqa bir tərəfdə isə redaksiyanın 30 illik fəaliyyətini özündə əks etdirən slayd təqdim edilirdi.

30 il kiçik sadə bir rəqəm deyil, 30 ilin içində bəlkə bir ömrə sığmayan əmək, zəhmət, fədakarlıq var. Xatirə Kitabı Redaksiyası bu illər ərzində üzərinə düşən ağır məsuliyyətli, eyni zamanda da müqəddəs missiyanı şərəflə daşıyıb. Şəhidlərimizin xatirəsini əbədiləşdirən bir redaksiyanın keçdiyi yol müqəddəs yoldur, Vətən savaşında sinəsini sipər edən oğulların adını, özünü, ruhu yaşadan, təbliğ edən kitablaşdıran bir redaksiyanı belə təqdim etmək daha doğru olardı.

Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdırkitabının təqdimatı Xatirə Kitabının 30 illik fəaliyyətinə həsr olunan tədbirin moderatoru əməkdar jurnalist, professor Qulu Məhərrəmli idi. “Hesab edirəm ki, Xatirə Kitabı bir abidədir. Ümumiyyətlə hər kitab bir abidədir. Bu abidəni elə yaratmaq lazımdır ki, gələcək nəsil onun verdiyi enerji ilə isinə, sabaha baxa bilsin. Xatirə kitabı da yaradılmış o abidələrdən biridir. Əlbəttə, Heydər Əliyevin Azərbaycan xalqının taleyində hansı rolu oynadığını burda əyləşənlərin hər biri çox gözəl bilir. Həm Sovet dövründə Azərbaycanın iqtisadiyyatının inkişafında, respublikamızın yüksəlişində, milli oyanışda, müstəqillik dövründə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında atdığı addımların hər biri tarixdir. Bu tarixdə böyük bir yaddaşa çevrilən Xatirə Kitabı var”.

Q.Məhərrəmli ilk dövrdən Xatirə Kitabı layihəsinin həyata keçirilməsində iştirakı, əməyi olan hər bir şəxsi, o cümlədən bu redaksiyaya uzun müddət rəhbərlik edən yazıçı-dramaturq Nahid Hacızadəni yad etdi: “Nəzakət xanımın rəhbərliyi ilə bu yolu davam etdirən insanlara dərin hörmət ehtiramımızı ifadə edirik. “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdırkitabında çox qiymətli insanların yazıları, Heydər Əliyev haqda xatirələri var”-deyə bildirən Q.Məhərrəmli sözü akademik, millət vəkili Ziyad Səmədzadəyə verdi. Z.Səmədzadə çıxışında Xatirə Kitabı Redaksiyasının fəaliyyətinə toxundu kollektivin əməyi nəticəsində meydana çıxan kitabları xüsusi qiymətləndirdiyini bildirdi. “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdırnəşrindən danışan Z.Səmədzadə bildirdi ki, bu kitab ulu öndərin ruhuna böyük bir ehtiramın təzahürüdür. “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri çoxdur. Xatirə Kitabı da dövlətin tarixinin bir hissəsidir. Dövlətin, xalqın tarixini öyrənənlər ilk növbədə Xatirə Kitabı Redaksiyanın nəşr etdiyi kitablara müracət edəcəklər. Mənim taleyimdə Heydər Əliyev çox böyük rol oynayıb. Nəzakət xanım belə bir böyük missiyanı öz üzərinə götürüb Heydər Əliyevlə bağlı belə bir kitab meydana çıxarıb. Bu adi bir hadisə deyil, böyük hadisədir”-deyə Z.Səmədzadə bildirdi.

BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova da çıxında Heydər Əliyevlə bağlı düşüncələrini bölüşdü bildirdi ki, 18 yaşlı tələbə olarkən ilk dəfə Heydər Əliyevin qarşısında çıxış edib. Sonrakı illərdə Heydər Əliyevin ona böyük etimad göstərərək təhsil nazirinin müavini vəzifəsinə təyin etdiyini deyən İ.Hüseynova qeyd etdi ki, hər zaman böyük tarixi şəxsiyyətin - Heydər Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışıb: “Xoşbəxtəm ki, XX əsrin dahi şəxsiyyəti Heydər Əliyevlə bir neçə dəfə şəxsən ünsiyyətdə olmuşam, onun bilavasitə təşəbbüsü ilə dövlət vəzifəsinə irəli çəkilmişəm. Xatirə Kitabı RedaksiyasıHeydər Əliyev Xatirə Kitabının yaradıcısıdırkitabının təqimatını keçirir. Deyərdim ki, Heydər Əliyev təkcə Xatirə Kitabının yox, bir çox gözəlliklərin yaradıcısıdır”.

Sonra sözBakı-Xəbərqəzetinin baş redaktoru Aydın Quliyevə verildi. A.Quliyev bildirdi ki, Heydər Əliyev mətbuata çox bağlı adam idi mətbuatın gücünü çox gözəl bilirdi. A.Quliyev Heydər Əliyevlə ilk dəfə Naxçıvanda Ali Məclisdə görüşdüyünü xatırladı. “Bu gün tədbirinə toplaşdığımız Xatirə Kitabı Redaksiyası da Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Mən buna elə Heydər Əliyevin yaratdığı böyük əsərlərdən biri kimi baxıram. Bu gün Nəzakət xanım da, onun kollektivi özlərini qədər təvəzökar aparsalar da, amma bir həqiqət var. Həqiqət ondan ibarətdir ki, Respublika Xatirə Kitabı Redaksiyası olduqca böyük bir görüb, böyük bir missiyanı aparır. Heydər Əliyev ilkin mərhələdə bu redaksiyanı İkinci Dünya müharibəsində həlak olanların həyat hekayələrini yaşatmaq məqsədilə yaratmışdısa, sonradan bunun üstünə əlavələr gəldi, Birinci Qarabağ müharibəsində şəhid olanlarla bağlı bir neçə cildə qədər kitab yazıldı. Aprel döyüşlərini, Tovuz döyüşlərini, İkinci Qarabağ müharibəsini əhatə edən sözün əsl mənasında Zəfər salnaməsi meydana gəldi. Taleyin bir xoşbəxtliyidir ki, indi Xatirə Kitabı Redaksiyası Heydər Əliyevin xatirəsinə bir kitab hazırlayıb. Bu olduqca əhəmiyyətli bir hadisədir”.

A.Quliyev vurğuladı ki, Xatirə Kitabı Redaksiyası öz missiyasını layiqincə yerinə yetirir şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda fədakarlıqla çalışır.

Yazıçı Seyran Səxavət çıxışında Xatirə Kitabı Redaksiyasının 30 illik şərəfli fəaliyyətini yüksək qiymətləndirdi, eyni zamanda Heydər Əliyevlə görüşündən danışdı. Əməkdar jurnalist Zöhrə Əliyeva, yazıçı-publisist Zemfira Məhərrəmli, şairə Arzu Nehrəmli çıxış edərək öz fikirlərini bölüşdülər.

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək rəhbərlik etdiyi redaksiyanın fəaliyyətindən danışdı. Xatirə Kitabı Redaksiyasına 2001-ci ildə gəldiyini deyən N.Məmmədova bildirdi ki, o zaman redaksiyaya Nəriman Həsənli rəhbərlik edib, bu kitabın yaradılmasında onun böyük rolu olub. N.Məmmədova bildirdi ki, Xatirə Kitabı məhz Heydər Əliyevin təşəbbüsü fərmanı ilə yaradılıb. “Respublika Xatirə Kitabı Redaksiyası 1995-ci ildə ayrıca bir təşkilat olaraq fəaliyyətə başlayıb. Mən bu redaksiyaya gələndə Xatirə Kitabının kiril əlifbası ilə üç cildi çap olunmuşdu. 2001-ci ildə bu nəşrlər latın qrafikasına çevrildi. Xoşbəxtliyim onda oldu ki, o kitabın ilk cildindən başlayaraq 16 cildi çıxdı...

Respublika Xatirə Kitabının bugünədək iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Kitabda təkcə tarix sıralanmır, həm itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi, vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə dövlətimizin başçısı tərəfindən göstərilən diqqətin bariz nümunəsi öz əksini tapır.Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi mədəni həyatında xüsusi əhəmiyyət kəsb edir. Bu kitab çox nəcib müqəddəs bir missiya yerinə yetirir. Haqqında bir neçə dəfə qərar sərəncam verilsə , bu kitaba əsl qayğı ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərardan sonra göstərilib. Əvvəlki illərdə fəaliyyəti üçün hətta vəsait ayrılmayan bu kitab ümummilli liderin məlum qərarından sonra öz fəaliyyət hüququnu bərpa edib. Sonra da Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixliVətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqındaQanunla Respublika Xatirə Kitabı (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edilib bununla da kitabın həyatında bir dönüş yaranıb.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Vətən müharibəsində həlak olanların adlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi “44 gün - Tarixi zəfəradlı çoxcildlik ensiklopedik kitabın Bakı bölgələrdə, Naxçıvan Muxtar Respublikasında təqdimat mərasimlərini keçirib. Adıçəkilən kitabın (“A-Ə” hərfləri üzrə) I cildi Beynəlxalq Muğam Mərkəzində təqdim olunub. Bu təbdirdə şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri rəsmi şəxslər iştirak ediblər.

Redaksiya “44 gün - Tarixi zəfəradlı çoxcildlik ensiklopedik kitabın II III cildlərinin əsasən bölgələrdə təqdimatlarını keçirib, kitablar şəhid ailələrinə paylanılıb.

Kitabın IV cildi çapa hazırdır, onun da təqdimatlar əsasında şəhid ailələrinə çatdırılması redaksiyanın əsas ümdə arzusudur”.

N.Məmmədova vurğuladı ki, redaksiyanın hazırladığı "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı maraqlı fikirlər yer alıb. “Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib”. N.Məmmədova vurğuladı ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən əsir ya girov götürülmüş, itkin düşmüş şəxslərin xatirələrini əbədiləşdirmək məqsədilə dörd cilddə kitab hazırlayıb: “Həmin kitablarda əsasən əsir düşmüş girov götürülmüş insanlarla bağlı ensiklopedik məlumatlar yer alıb. Bu kitabların nəşrinin bugünkü gələcək nəslin daha vətənpərvər olmasında xüsusi əhəmiyyəti var. Artıq Azərbaycan ictimaiyyəti bilir ki, erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 3 875 Azərbaycan vətəndaşı naməlum şəraitdə itkin düşüb, yaxud əsir ya girov götürülüb. Redaksiyanın apardığı araşdırmalar hər kəsin qarşısında əsir girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı erməni millətçilərinin qəddarcasına törətdiyi işgəncə cinayətlərə bütün aydınlığı ilə işıq salmaq onu dünya ictimaiyyətinə çatdırmaq kimi bir vəzifə qoyur...”-deyə N.Məmmədova bildirdi.

 

İradə SARIYEVA

 

Bakı Xəbər.- 2025.- 8 oktyabr, ¹181.- S.12-13.