III MDB Oyunları Azərbaycan regionlarının yüksək inkişaf dinamikasının yeni təzahürü oldu

 

Son illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında regionların bərabər davamlı inkişafı əsas prioritetlərdən birinə çevrilib. Bu siyasətin mühüm istiqamətlərindən biri idman infrastrukturunun regionlarda geniş şəkildə formalaşdırılmasıdır.

 

Mərkəzlə regionlar arasındakı fərqlərin azaldılması, əhalinin sağlam həyat tərzinə təşviqi gənclərin sosial fəallığının artırılması məqsədilə ölkənin hər bölgəsində müasir idman obyektləri, stadionlar, olimpiya kompleksləri idman məktəbləri tikilib istifadəyə verilib. Bu proses artıq Azərbaycan regionlarında da beynəlxalq əhəmiyyətli yarışların digər tədbirlərin həyata keçirilməsinə imkan verir.

 

Azərbaycanın yeddi şəhəri beynəlxalq idman yarışına uğurla ev sahibliyi etdi

 

Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları fonunda yuxarıda qeyd edilənlər bir daha öz təsdiqini tapdı. Xatırladaq ki, elə bu günlərdə Gəncə Stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib. III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib. O deyib: "On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib".

 

Bu arada onu da qeyd edək ki, Azərbaycan oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş 35 bürünc) medal əldə etmişdi. III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəriGəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl Xankəndi ev sahibliyi edib. Burada onu da qeyd edək ki, 2004-cü ildən etibarən həyata keçirilənRegionların sosial-iqtisadi inkişafı Dövlət ProqramlarıAzərbaycanın iqtisadi sosial həyatında dönüş nöqtəsi yaratdı. Bu proqramlar çərçivəsində kənd şəhərlərdə yollar, körpülər, məktəblər, xəstəxanalarla yanaşı, idman obyektlərinin inşasına xüsusi diqqət yetirildi. Məqsəd yalnız idman uğurlarını artırmaq deyil, həm regionlarda sağlam aktiv gənclik yetişdirmək idi. Bu gün Azərbaycanın hər bir bölgəsində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Əgər 2000-ci illərin əvvəlində belə obyektlər cəmi bir neçə şəhərdə mövcud idisə, hazırda onların sayı 50-dən artıqdır. Bu komplekslər yalnız yarışların keçirildiyi yerlər deyil, həm gənclərin asudə vaxtlarını səmərəli keçirdikləri, idmanla peşəkar səviyyədə məşğul olduqları mərkəzlərdir. Elə prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, idman Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Onun təşəbbüsü ilə paytaxtla yanaşı, bütün regionlarda idmanın inkişafına xüsusi önəm verilib. Dövlət başçısının müxtəlif rayonlara səfərləri zamanı idman komplekslərinin açılışında iştirakı bu sahəyə verdiyi dəstək, regionlarda idmana olan marağı daha da artırıb. Məsələn, Quba, Qəbələ, Gəncə, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan digər şəhərlərdə inşa edilən olimpiya kompleksləri beynəlxalq standartlara cavab verir. Mingəçevir Su İdmanı Mərkəzi, Gəncə Atletika Stadionu, Qəbələ Atıcılıq Mərkəzi kimi obyektlər təkcə yerli deyil, beynəlxalq yarışlara da ev sahibliyi edir.

 

Regionlarda idman obyektləri təkcə idman həyatını deyil, sosial iqtisadi mühiti canlandırır

 

Regionlarda idman obyektlərinin formalaşması təkcə idman həyatını deyil, ümumilikdə sosial iqtisadi mühiti canlandırıb. Bu obyektlərin tikintisi fəaliyyəti minlərlə insana yeri yaradıb, xidmət sektorunu genişləndirib, turizmin inkişafına təkan verib. Məsələn, Qəbələ Lənkəran bölgələri təkcə təbiəti ilə deyil, həm idman turizmi ilə tanınmağa başlayıb. Bu regionlarda keçirilən beynəlxalq turnirlər həm yerli iqtisadiyyata, həm ölkənin idman imicinə müsbət təsir göstərir. İdman infrastrukturu həmçinin gənclərin sağlam həyat tərzinə meyilini artırıb, onları zərərli vərdişlərdən uzaqlaşdıran sosial mühərrik rolunu oynayır.

 

Azərbaycanın idman uğurlarıOlimpiya dünya çempionatlarında qazanılan medallar, beynəlxalq arenada tanınan idmançılartəsadüfi nəticə deyil. Bu nailiyyətlərin əsasında regionlarda yaradılan güclü baza dayanır. İdman məktəbləri, uşaq-gənclər idman mərkəzləri peşəkar məşqçi hazırlığı sistemi bu uğurları təmin edən əsas faktorlardandır. Hazırda ölkənin bir çox tanınmış idmançılarıgüləş, boks, cüdo, ağırlıqqaldırma karate üzrə dünya səviyyəsində uğur qazanan idmançılarməhz bölgələrdə yetişmiş gənclərdir. Bu da regional infrastrukturun qədər səmərəli işlədiyini sübut edir. Regionlarda keçirilən yerli respublika səviyyəli yarışlar, “İdman hamı üçündevizi ilə aparılan kampaniyalar əhalidə idmana marağı artırıb. Artıq idman yalnız peşəkar yarışlarla məhdudlaşmır – o, insanların gündəlik həyat tərzinə çevrilir. Müasir idman zalları, stadionlar açıq hava meydançaları kənd şəhərlərdə gənclərin toplaşdığı sosial mərkəzlər funksiyasını daşıyır. Bundan əlavə, televiziya sosial media vasitəsilə bölgələrdə keçirilən yarışların işıqlandırılması idmanın təbliğinə mühüm töhfə verir. Dövlət özəl sektorun ortaq təşəbbüsləri nəticəsində regionlarda idman klublarının sayı da artmaqdadır. Azərbaycanın 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyasında regionlarda idman infrastrukturunun daha da genişləndirilməsi xüsusi yer tutur. Yeni idman məktəblərinin, üzgüçülük hovuzlarının, idman parklarının tikintisi, qadın uşaqlar arasında idmanın təşviqi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, “yaşil enerji zonalarıkonsepsiyası çərçivəsində idman infrastrukturu da ekoloji baxımdan dayanıqlı formada inşa edilir. Bu, Azərbaycanın həm modern, həm ekoloji baxımdan məsuliyyətli inkişaf modelinə sadiqliyini göstərir. Beləliklə, Azərbaycanın regionlarında həyata keçirilən inkişaf siyasəti ölkəni mərkəzdən kənar bölgələrdə dinamik müasir infrastrukturla təmin edib. Bu gün idman infrastrukturu Azərbaycanın regional inkişaf modelinin ayrılmaz hissəsinə çevrilib. Müasir idman kompleksləri, gənclər üçün yaradılan imkanlar dövlətin davamlı dəstəyi sübut edir ki, Azərbaycan regionları təkcə iqtisadi deyil, həm sosial-mədəni inkişaf baxımından yeni mərhələyə qədəm qoyub.

 

Tahir TAĞIYEV

Bakı Xəbər  2025.- 11-13 oktyabr (№184).- S.8.