Diaspor Azərbaycan-Rusiya münasibətlərində mühüm vasitədir...

 

Azərbaycan diasporu dünyanın bir çox ölkələrində milli kimliyimizi, mədəniyyətimizi dövlət maraqlarımızı təbliğ edən mühüm ictimai qüvvə kimi formalaşıb. Bu baxımdan Rusiya Federasiyasındakı Azərbaycan diasporu xüsusi yer tutur.

 

Rusiyada yaşayan milyonlarla soydaşımız təkcə orada yaşayan milli azlıq deyil, həm Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq mədəni körpü rolunu oynayır. Onların fəaliyyəti həm sosial-mədəni, həm siyasi iqtisadi sahələrdə iki dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.

 

Azərbaycan diasporu üçün Rusiyadaqara günlərbitdi

 

Düzdür, son dövrlərdə şimal qonşumuzun ərazisində bu diasporun fəaliyyətinə müəyyən problemlər yaradılmışdı. Amma Azərbaycan dövlətinin atdığı addımlar, həyata keçirdiyi siyasət bu durumun tamamilə dəyişməsinə gətirib çıxardı. Azərbaycan Rusiya liderlərinin Düşənbə görüşündə nümayiş etdirilən qarşılıqlı hörmət, Vladimi Putinin üzrxahlıq jesti konstruktiv dialoq iki ölkə arasında qarşılıqlı etimad mühitinin bərpa olunduğunu göstərir. Rusiyalı politoloq, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova bunun diaspor faktoruna da müsbət təsir göstərdiyini bəyan edir: “Mən heç vaxt şübhə etməmişəm ki, Azərbaycan Rusiya prezidentləri ortaq dil tapacaqlar. Siyasi iqtisadi əməkdaşlıq son aylarda da dayanmayıb. Təəssüf ki, bəzi səriştəsiz şəxslər məsuliyyətsiz bəyanatlarla bu münasibətlərə zərbə vurmağa çalışdılar. Onlar guya dövlət strukturlarından Azərbaycana azərbaycanlılara qarşı hörmətsiz mövqe sərgiləmək üçünicazəaldıqlarını düşünüblər. Əslində isə bu, həqiqətə uyğun deyil”.

 

Qeyd edək ki, Rusiyada Azərbaycan diaporuna qarşı hücumda erməni lobbisinin rolu az olamayıb. Amma Tatyana Poloskova vurğulayır ki, erməni lobbisinin nümayəndələrinin Rusiya informasiya məkanında uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, bu gün onların təsir imkanları əhəmiyyətli dərəcədə azalıb: “MənKrokus”da törədilmiş terror aktı ilə bağlı ASALA izinə dair versiyanı səsləndirəndə bəzi radikal erməni fəallar tərəfindən təhdidlər alsam da, erməni icmasının məsul nümayəndələri özləri mənə yazaraq bu təhdidlərə əhəmiyyət verməməyimi istədilər. Bu terror aktında erməni izi ehtimalını səsləndirməyimin səbəbi hadisənin üslubu eyni anda orada Azərbaycan diasporunun tədbirinin keçirilməsi idi”. Tatyana Poloskova vurğulayıb ki, Rusiya informasiya məkanında bəziekspertlər” real vəziyyəti təhlil etmək əvəzinə, şəxsi reytinqlərini artırmaq məqsədilə qalmaqallı açıqlamalara üstünlük verirlər. Belə yanaşma isə dövlət maraqlarına, peşəkar etika prinsiplərinə uyğun gəlir: “AzərbaycanRusiya münasibətlərinin sabitləşməsi hər iki dövlət, xüsusilə Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan faydalıdır. Zəngəzur dəhlizi kimi yeni logistik imkanlar Rusiyanın regional iqtisadi maraqlarına əlavə üstünlüklər qazandıracaq. Mən bu ilin sonunadək azərbaycanlı tərəfdaşlarla birlikdə Bakıda kommersiya müəssisəsi açmağı planlaşdırıram bunun doğru qərar olduğuna inanıram”. Politoloq əlavə edib ki, Moskvada azərbaycanlıların öldürülməsi ilə bağlı hadisə iki ölkənin müvafiq qurumları tərəfindən birgə araşdırılır: “Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsində diaspor təşkilatları daha fəal olmalıdır. Onlar yalnız mədəni idman tədbirləri ilə məhdudlaşmamalı, real hüquqi ictimai fəaliyyət göstərməlidirlər. Mən yaxşı bilirəm ki, Azərbaycanda ruslara qarşı heç vaxt ayrı-seçkilik olmayıb. Onlar Azərbaycanı sevir, bu ölkəni öz vətənləri hesab edirlər. Eyni zamanda, Rusiyada Azərbaycana, onun inkişafına hörmətlə yanaşan çoxsaylı insanlar var”. Hazırda da Rusiya ictimai-siyasi dairələrində Azərbaycan haqqında obyektiv informasiya mühitinin formalaşmasında diaspor mühüm rol oynayır. Onlar həmçinin Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, adaptasiyası sosial inteqrasiyası ilə bağlı dövlət orqanları ilə əməkdaşlıq edirlər.

 

İqtisadi əlaqələrin belə dərinləşməsi diaspor faktoruna da təsir edir

 

Rusiyada yaşayan azərbaycanlı sahibkarlar iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında da fəal iştirak edirlər. Onların bir çoxu ticarət, logistika, xidmət kənd təsərrüfatı sahələrində uğurlu biznes layihələri həyata keçirir.

 

Qeyd edək ki, hazırda Azərbaycanla logistika əlaqələrinin inkişaf etdirilməsi Rusiya üçün olduqca mühümdür. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətli ölkəsidir: “Azərbaycan öz ərazisində beynəlxalq səviyyədə mühüm xarakter daşıyan infrastruktur layihələr həyata keçirib. Müasir yol şəbəkəsinin, nəqliyyat qovşaqlarının qurulmasına dəmir yollarının çəkilməsinə böyük sərmayələr yatırıb. Rusiya ilə Azərbaycan sərhədində nəzarət-keçid işləri effektiv həyata keçirilib, müasir avadanlıqlar alınıb, elektron sənəd dövriyyəsi yaradılıb. İran tərəfində buna nail olmaq vacibdir. İxrac idxal yüklərinin, malların daşınması ilə məşğul olan avtomobil daşıyıcılarının işinin effektivliyi İran tərəfdəki nəzarət-keçid məntəqələrinin işinin effektivliyindən asılıdır. Bu günlərdə İranda olarkən gördük ki, Azərbaycan tərəfinə İrandan daxil olmaq üçün növbədə dayanan yük maşınlarının əksəriyyəti Rusiya avtomobilləridir. Bu, ölkələrimiz arasında sıx iqtisadi-ticarət əlaqələrin mövcud olması baxımından çox yaxşıdır”. Təbii ki, iqtisadi əlaqələrin belə dərinləşməsi diaspor faktoruna da təsir edir. Diasporun iqtisadi fəallığı Azərbaycan-Rusiya münasibətlərinə real töhfə verir. Məsələn, Rusiyada yaradılan Azərbaycan Biznes Forumu Ticarət Evləri yerli adamları ilə əlaqələri gücləndirir, Azərbaycanın ixrac potensialını tanıdır iqtisadi diplomatiyanı dəstəkləyir. Humanitar sahədə diasporun rolu böyükdür. Rusiyada fəaliyyət göstərən azərbaycanlı xeyriyyəçilər uşaq evlərinə, məktəblərə xəstəxanalara dəstək göstərir, sosial layihələrdə iştirak edirlər. Bu, həm cəmiyyətin rifahına xidmət edir, həm Azərbaycan icmasının nüfuzunu artırır. Rusiyada Azərbaycan gənclərinin təşkilatlanması diasporun davamlılığı üçün əsas amillərdəndir. “Rusiya Azərbaycanlı Gənclər Təşkilatı” (AMOR) bu istiqamətdə mühüm işlər görür. Layihə Rusiya-Azərbaycan dostluğunu möhkəmləndirir, gəncləri mədəniyyət, təhsil sosial fəaliyyətlərə cəlb edir. AMOR-un rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri sayəsində gənclər arasında milli özünüdərk, humanizm təbiətə qayğı kimi dəyərlər təbliğ olunur. “Təmiz Şəhər”, “Yaşıl DünyaDostluq körpüsükimi layihələr həm ekoloji, həm mədəni baxımdan diaspor fəaliyyətinin miqyasını genişləndirib. Azərbaycan dövləti diasporun inkişafını strateji prioritetlərdən biri kimi qəbul edir. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlıq edir, onların birləşməsi əlaqələndirilmiş şəkildə çıxış etməsini təmin edir. Ümumiyyətlə, Rusiyada Azərbaycan diasporu həm milli kimliyimizin qorunmasında, həm iki dövlət arasında münasibətlərin inkişafında mühüm vasitədir. Onların fəaliyyəti Azərbaycanla Rusiya arasında dostluğun, qarşılıqlı hörmətin strateji əməkdaşlığın dərinləşməsinə xidmət edir.

 

Nahid SALAYEV

Bakı Xəbər .- 2025.- 16 oktyabr (¹187).- S.8.